Qaynarxətt: (+99470) 997 11 77
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
3-02-2019, 13:46 Oxunub: 80

Son dövrlər bəzi mətbuat vasitələrində və sosial şəbəkələrdə Xırdalan şəhərində yolların vəziyyəti ilə bağlı əsassız ittihamlar səsləndirilir.

 
 

Son dövrlər bəzi mətbuat vasitələrində və sosial şəbəkələrdə Xırdalan şəhərində yolların vəziyyəti ilə bağlı əsassız ittihamlar səsləndirilir.

 

Bununla bağlı bildiririk ki, Xırdalan şəhərinin su-kanalizasiya xətlərinin böyük əksəriyyəti 1970-ci illərdə çəkilmiş və bu xətlər 20-25 min nəfər əhali üçün nəzərdə tutulmuşdur. Ötən dövr ərzində xətlərin əksər hissəsi istismar müddətini başa vurduğu üçün yararsız hala düşmüşdür. Hazırda əhalisi dəfələrlə artaraq, 200 min nəfərə çatan Xırdalan şəhərində içməli su və kanalizasiya xətləri əhalinin mövcud tələbatını ödəmir. 
Yay dövründə susuzluqdan, payız-qış mövsümündə yağışlı havalarda subasmadan, kanalizasiya sularının evlərə dolmasından əziyyət çəkən Xırdalan sakinlərinin bu sahədə olan ciddi problemləri nəzərə alınaraq, Xırdalan şəhərinin su-kanalizasiya şəbəkəsinin yenidən qurulması qərara alınmışdır. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə” Kredit Sazişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin keçirdiyi tenderin qalibi olmuş podratçı təşkilatlar tərəfindən 2017-ci ilin iyul ayında Xırdalan şəhərinin su-kanalizasiya şəbəkəsinin yenilənməsi işlərinə başlanılmışdır. Layihə çərçivəsində iki il ərzində 168 km uzunluğunda içməli su, 110 km uzunluğunda kanalizasiya xətlərinin çəkilməsi və ev birləşməsinin verilməsi nəzərdə tutulur. 
Əsasən 3-4 metr dərinlikdən keçən və diametri 600, 800, 1000 mm olan magistral xətlərin çəkilməsi üçün bütöv yolun qazılması qaçılmazdır. Bu da sakinlər arasında müəyyən narazılıqlara səbəb olur. 3-4 metr dərinlikdə və 4-5 metr enində qazılaraq bu xətlərin çəkilib, üstü örtüldükdən sonra gələcək fəsadların olmaması üçün xətlərin test edilməsi və ev birləşmələrinin verilməsi müəyyən zaman tələb edir. 
Küçə və yolların qazılmasından əziyyət çəkən sakinlərimizin vəziyyəti nəzərə alınaraq, su-kanalizasiya işinə rəhbərlik edən "Azərsu” ASC-nin aidiyyəti vəzifəli şəxsləri Rayon İcra Hakimiyyətinə dəvət olunaraq, podratçı təşkilatların, Xırdalan şəhər inzibati ərazi dairəsinin nümayəndəliyin, rayon sukanal idarəsinin işçilərinin iştirakı ilə dəfələrlə müşavirələr keçirilmiş, qazılmış yerlərin ev birləşmələrinin verilərək bərpa edilməsinin sürətləndirilməsi barədə podratçı təşkilatlara ciddi xəbərdarlıqlar olunmuşdur. Bərpa işləri ilə bağlı rayon İcra Hakimiyyəti lazım olan öz köməkliyini göstərməkdədir. 
Kanalizasiya və su xətlərinin çəkilməsi qazıntı işi aparılmaqla həyata keçirilir və bu zaman küçə və yollarda əhalinin, nəqliyyat vasitələrinin hərəkətində çətinliklərin yaranması başa düşülən olmalıdır. 
Su-kanalizasiya ilə bağlı uzun müddətdir problemlər yaşayan Xırdalanımızın gələcək inkişafına, əziyyət çəkən sakinlərimizin problemlərinin həllinə xidmət edəcək bu böyük layihənin növbəti il ərzində başa çatdırılması üçün Abşeron rayon İcra Hakimiyyəti "Azərsu” ASC ilə birlikdə mümkün olan bütün tədbirlər görür və bu iş rayon İcra Hakimiyyətinin ciddi nəzarətində saxlanılır. 
Yaranmış narahatlıqla bağlı Xırdalan sakinlərimizdən üzr istəyir və onları təmkinli olmağa çağırırıq.
Abşeron rayon İcra Hakimiyyəti

Xeberekspress.az

XƏBƏR LENTİ
23:00 | İradə Gülməmmədova Saray qəsəbəsində növbəti səyyar qəbulunu keçirdi 21:41 | Daxili İşlər Nazirliyi polis orqanlarında işə qəbul elan edir 21:35 | Bakı Metropoliteninə 7 yeni ventilyator gətirilir 21:25 | Ölkə prezidentinin Mehriban Əliyeva ilə bağlı qərarı bir daha özünün düzgünlüyünü təsdiqlədi — RƏYLƏR 21:18 | ŞOK! Messi "Barselona"dan gedir: tarix və yeni klubu açıqlandı 21:12 | Ərdoğan: "Ankarada yeni kanal tikiləcək" 18:07 | Bu şəxslər hər ay 300 manat təqaüd alacaq - Prezident fərman imzaladı 18:00 | Sumqayıtda avtobus yaşayış binasına çırpıldı, yaralılar var - VIDEO- FOTOLAR 17:54 | Manat və dolların sabaha olan məzənnəsi 17:41 | İdmançılarımız vətənə 5 medalla dönürlər 16:59 | Nazirlikdən uşaqların sosial müdafiəsi ilə bağlı açıqlama 16:55 | Kiyevdə restorana polis basqını - "Vor zakon"lar saxlanıldı 16:52 | Bayıl sürüşmə zonasında 98 ev söküləcək 16:46 | “Maaşları artırın” – Nazirlikdən müraciət 16:41 | DGK quzu əti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib 16:38 | Putinin daha bir qorxunc raketi - CƏMİ 5 DƏQİQƏYƏ ABŞ-I MƏHV EDƏR... 16:12 | Çingiz Abdullayevlə görüş 16:04 | İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə təsdiq edildi 15:54 | Mətanət Xasıyevaya verdiyi nəmərdən danışdı: "Sənətkarın oxumasını qiymətləndirmişik" 15:43 | Sabaha olan hava proqnozu açıqlandı 14:12 | Avropada Qarabağ üçün birləşək! - Böyük mitinqə çağırış 13:45 | Birinci vitse-prezident Mehriban Əliyeva həyatının mənasını Vətəninə və xalqına xidmətdə görür