Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
31-01-2019, 16:59 Oxunub: 185

Abşeronda quruculuq işləri surətlə davam edir

Abşeronda quruculuq işləri surətlə davam edir

 

Abşeron rayonunda sosial-iqtisadi inkişaf dinamik xarakter alıb
Bilirik ki, ölkəmiz müstəqil olduqdan sonra uğurlu strateji addımlara start verilib. Azərbaycan Prezidenti cənab İlham Əliyev yaddaqalan mühüm islahat proqramlarına ciddi nəzər yetirir. Dövlət başçısının bu istiqamətdə həyata keçirdiyi islahatlar Azərbaycan iqtisadiyyatının yeni dövrünün inkişafına təməl yaradır. Bu, hüquqi və siyasi islahatların davamıdır və bölgələrdə də özünü aydın xarakterizə edir. Abşeron rayonunda da bu zəruri prioritetlər vətəndaş-cəmiyyət münasibətinə müsbət təsir göstərir. Rayon İcra hakimiyyətinin başçısı İradə xanım Gülməmmədovanın ölkədəki inkişafla bağlı rayonda həyata keçirdiyi islahatlar ictimaiyyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Bütün bunlar cənab başçının apardığı iqtisadi islahatların sosial əsası və kadr bacarığı kimi təzahür edir.
Bilirik ki, dövlət quruculuğunda ciddi rol oynayan amillərdən biri də, bölgələrin Dövlət Proqramına uyğun yenidən qurulmasıdır. Abşeron rayonundakı dinamik inkişaf bu bölgənin strateji resurslarını bir qədər də möhkəmləndirir.

Abşeronda quruculuq işləri surətlə davam edir

 

Kadr məsuliyyət hiss edəndə...

Bilirik ki, son vaxtlar Abşeron rayonunda əsaslı və dinamik inkişaf var. Ölkə rəhbərinin göstərişləri və  tövsiyyələri Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə xanım Gülməmmədova tərəfindən operativ və dəqiqliklə yerinə yetirilir, nəticədə, rayon sürətlə gözəlləşir. Bu da o anlama gəlir ki, kadr məsuliyyət hiss edəndə, dövlətçilik işində sürətli canlanma yaranır.
Açığı, çox az-az şəxsiyyət var ki, el içində hərtrəfli hörmət qazanır. Az-az ziyalı var ki, onu canlı görmək, gendən də olsa, şəxsiyyət adının fövqünə baxış cilvələmək istəyirsən. Belələri İskəndər Zülqərneynin və Heydər Əliyevin böyük önəm verdikləri əsl insan adını daşımağa layiqdirlər! Şəxsiyyət adı milli örnəklər kimi əks edən İradə xanım Gülməmmədovanın başçı-rəhbər fəhmi də bu ucalıqda bərq vurur. Doğrudan da, o insan ki, yaxşı əməlləri ilə ad qoyur, dövlət dəyərləri onu şübhəsiz, quruculuq işinin yüksək zirvələrinə çıxarır. İctimaiyyətin böyük dəyər verdiyi İradə xanımın əməli işlərində dürüst yanaşma, qayğı və diqqətkeşlik normaları məna tapır. İradə xanım el içində ona görə uca görünür ki, bütün bacarığını əhalinin həyat tərzinə, rəhbəri olduğu rayonun əsaslı inkişafına sərf edir. Onun rəhbər-başçı missiyasının zirvəsində maraqlı ictimai zəminlər bərqərardır; yəni, o, görüləcək hər hansı bir işin qənşərinə öz bitkin ideyasını çıxarır, tez-tez ünsiyyətdə olduğu rayon ictimaiyyətinin problemləri ilə şəxsən maraqlanır, ciddi tədbirlər görülməsi üçün tapşırıqlar verir.
Abşeron rayonu üçün gördüyü işlərin fövqünə qalxanda, belə bir qənaətə gəlmək olur ki, İradə xanım vaxtın, zamanın ucada tutduğu kadrdır. Onun xeyirxahlığı, zəhmətə bağlılığı başçı-rəhbər sevgisində açıq-aşkar görünür. Onun ruhundakı milli hiss Abşeron ictimaiyyətinin diqqət mərkəzindədir. Məhz bununla o, ucalıq qazanır. Bəxtiyar Vahabzadə demişkən:
Yalnız başqasını düşünən zaman,
Qalxır insanlığın fövqünə insan.
Dəfələrlə şahidi olmuşuq; İradə xanım qəbuluna gələnlərə ehtiram göstərir, onların şəxsiyyətini elə qiymətləndirir ki, insan uzun müddət onunla qurduğu bu ünsiyyət sehrinin cazibəsində qalır. Onun ədalət ölçüsündə doğma və yad anlayışı yoxdur. Hamı, hər kəs üçün onun qərarı eynidir.

Abşeronda quruculuq işləri surətlə davam edir

 

İnkişaf gerçək qayğının təzahürüdür
Regionların sosial-iqtisadi inkişafına diqqətin artırılması Abşeronda da vacib məsələ kimi diqqət çəkir. Rayonda aparılan əsaslı yenidənqurma işləri, həyata keçirilən iri miqyaslı layihələr ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin həllinə istiqamətlənib.
Rayon ərazisində sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi, daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, keçirilən tenderlərdə şəffaflığın təmin edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbüt şəraitin yaradılması və s. kimi hallar Abşeron əhalisinin dövlətçilik işindəki rolunu artırır. Biz əbəs yerə demirik, inkişaf gerçək qayğının təzahürüdür. Bu mənada, Abşeron RİH-nin başçısı İradə xanım Gülməmmədova ölkə rəhbərinin etimadını doğruldub. Başçının əhali ilə qarşılıqlı münasibətləri örnək nümunələr yaradıb və hazırda da sakinlər onun qəbuluna böyük inam hissi ilə yazılırlar. Çünki yaxşı bilirlər ki, rayon rəhbərliyi onların problem və qayğıları ilə dərindən maraqlanır, problemlərin həlli istiqamətində müxtəlif tədbirlər görür.

Abşeron - gözəlliklər yurdu

Abşeronda quruculuq işləri surətlə davam edir

 

 2018-ci ildə də Abşeron rayonunda abadlıq-quruculuq işləri sürətlə davam etdirilib, əhalinin elektrik enerjisi, içməli su, kanalizasiya, təbii qazla təchizatı, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. Rayonun daxili imkanları hesabına Xırdalan şəhərində Hacı Zeynalabdın Tağıyev, Qalubiyyə, Məhəmməd Füzuli, Səttar Bəhlulzadə, Yusif Məmmədəliyev küçələrində abadlaşdırılma işləri həyata keçirilib, Misir Dostluq Parkı yenidən qurulub. Saray qəsəbəsində Şəhidlərin xatirəsinə abidə ucaldılıb, şəhidlərin adına olan park, eyni zamanda, Vəli Axundov parki abadlaşdırılıb. Aşağı Güzdək qəsəbəsində Həzi Cavadov, Novxanı kəndində Mehdi Hüseynzadə küçələrində daxili imkanlar hesabına abadlıq işləri görülüb. Masazır kəndinin mərkəzi küçəsi olan Əlağa Vahid prospektinin işıqlandırılması məqsədilə işıq dirəkləri basdırılıb, müəyyən uzunluqda kabel xətti çəkilib. Eyni zamanda, "Yeni Bakı” yaşayış massivinə gedən yola asfalt örtük döşənib. Ceyranbatan və Mehdiabad qəsəbələrində parkların, Masazır kəndində Heydər Əliyev və Zərifə Əliyeva adına küçələrin yenidən qurulması işləri sürətləndirilib.
Ötən dövrdə Abşeron rayonu üzrə qeyri-məşğul əhalinin ödənişli ictimai faydalı əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı rayon Məşğulluq Mərkəzi, rayon Təmir Abadlıq İdarəsi və digər aidiyyəti idarələrlə birgə təkliflər hazırlanıb, küçə, prospekt, park, xiyaban və magistral yolların ətrafında görüləcək abadlıq və quruculuq işləri, Xırdalan şəhərində təmir olunacaq beş çoxmənzilli yaşayış binası müəyyən edilib. Həmçinin, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonun inzibati və təhkim olunmuş ərazilərində fəaliyyət göstərən sahibkarlara güzəştli kredit verilib.
Eləcə də, rayonun kənd və qəsəbələrində yaşayan sakinlərlə səyyar-qəbullar keçirilib, əhalinin qarşılaşdığı problemlərin həlli istiqamətində addımlar atılıb.
Bir sözlə, bütün vacib işlər Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasına yönəldilib. Rayonda gedən sosial-iqtisadi inkişaf sürətlənib, Abşeron gözəlliklər yurdu kimi diqqət çəkir. Bu da İradə xanım Gülməmmədovanın Abşerona və abşeronlulara verdiyi töhfələrdir.

İslahat günün tələbidir

Abşeronda quruculuq işləri surətlə davam edir

 

Son illər Azərbaycanın digər bölgələri kimi, Abşeron rayonunun da kənd və qəsəbələri, rayonun giriş qapısı hesab edilən Xırdalan şəhəri sürətlə gözəlləşir. Rayonda yeni, modern infrastruktur layihələri həyata keçirilir. Küçələr, yollar, parklar abadlaşdırılır. Rayon əhalisi abadlıq-quruculuq prosesində böyük həvəslə iştirak edir. Birgə işin yekununda zəhmət dövlətçilik dəyərləri kimi ehtiva edir.
Sözün əsl mənasında bu gün Abşeron rayonu böyük bir tikinti meydançasını xatırladır. Rayonun tikinti sektorunda işlər daha sürətli hal alıb. Bundan əlavə, Novxanı kəndində yeni magistral içməli su və kanalizasiya xətləri istifadəyə verilib, Pirəkəşkül, Qobustan kəndlərində içməli su çəkilişi işləri başa çatdırılıb, Mehdiabad və Digah qəsəbələrində kanalizasiya xətlərinin yenilənməsi işləri davam etdirilir.
Abşeron rayonunun yol infrastrukturu da ürəkaçan səviyyədədir. Son illər rayonda yol tikintisi böyük vüsət alıb, əhali bu işləri razılıqla qarşılayıb.
Yaxud, Bakı-Şamaxı, Bakı-Quba magistral avtomobil yollarının Abşeron rayonundan keçən hissəsində 7 yerdə yerüstü piyada keçidi quraşdırılıb, rayonun daxili imkanları hesabına Xırdalan, Ceyranbatan, Saray, Masazır, Hökməli, Məmmədli, Novxanı yaşayış məntəqələrində daxili yollarda asfaltlama işləri həyata keçirilib. Rayon ərazisində Hökməli-Qobu, Mehdiabad-Fatmayı, Mehdiabad-Novxanı, Mehdiabad-Digah-Məmmədli avtomobil yollarının kənarlarında abadlaşdırma işləri görülüb, ümumilikdə, yol kənarlarında, parklarda və digər ərazilərdə minlərlə zeytun, xan çinar, şam və digər növ ağaclar əkilib.
Rayonun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrindəki əsaslı inkişaf rayonda aparılan quruculuq işlərinin bariz səciyyəsidir. Bu sahələr İradə xanımın şəxsi nəzarətindədir.
Nə xoş ki, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yürüdülür və bu siyasi zəminlərin bariz örnəklərini Abşeron RİH-nin başçısı İradə xanım Gülməmmədovanın milli maraqlara və uzaqgörən perspektivlərə əsaslanan kadr işində aydın müşahidə edirik.
İradə xanımın Abşeronda həyata keçirdiyi uğurlu islahatlar nəticəsində rayon ölkəmizin ən qabaqcıl və ən inkişaf etmiş rayonlarından birinə çevrilib, buradakı sürətli canlanma artıq hər kəs tərəfindən birmənalı qəbul edilir.
Artıq özünün böyük inkişaf sevincləri ilə yaşayan Abşeronda quruculuq nüfuzunun artması, rayonun dayanıqlı inkişafının təmin olunması, sakinlərin rifah halının mütəmadi olaraq yüksəlməsi və digər nailiyyətlər İradə xanımın məsuliyyət hissinin silsilələridir.
Ümumiyyətlə, Abşeronda diqqət çəkən sürətli canlanma icra başçısı İradə xanım Gülməmmədovanın yaratdığı ictimai sabitliyin, diqqət və qayğıkeşliyin, yüksək etimadın bariz nümunəsidir. İradə xanımın kadr bacarığı, vətəndaş məsuliyyəti və məmur sevgisi ölkəmizin dövlət dəyərlərinə olan etimadıdır. Əgər bu gün Abşeronda sabitlik və inkişaf dinamik həddədirsə, bunu İradə xanımın başçı məsuliyyəti ilə əlaqələndirməliyik.

Abşeronda quruculuq işləri surətlə davam edir

 

XƏBƏR LENTİ
23:00 | Trampı dəstəkləyən gözəlin tacı əlindən alındı 22:30 | Azərbaycan fəlakətin astanasındadır - Alimlərdən xəbərdarlıq 22:00 | Övladını vegan kimi qidalandıran cütlüyə 18 ay həbs cəzası verilib 21:40 | Putin ABŞ-la bağlı göstəriş verdi 21:20 | Ağlasığmaz məmur saxtakarlığı: Pensiya almaq üçün pasportda yaşını 34 il artırdı 21:00 | Hacı Əliyev baş leytenant rütbəsi almasından danışdı 18:00 | Putin "Orta və yaxın mənzilli raketlərin ləğvi"nə dair müqavilə barədə bəyanatla çıxış edib 17:40 | 91 yaşlı adamın ağ ciyərindən baxın nə çıxdı - FOTO 17:20 | Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış 17:07 | Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi açıqlaması 17:04 | Türkiyədə Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb 16:55 | İntihar edən gənclərdən yeni xəbər 16:25 | Dərslər başlamadan bunları edin - Həkim 16:10 | Gəncə hadisələrinə görə tutulanlardan biri AZADLIQDA 15:18 | “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert 15:15 | Bakıda ərəblərin şam işığında romantik görüşü yanğınla bitdi 15:13 | Putin: "Rusiya beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ-la dialoqa açıqdır" 15:11 | Azərbaycanın xarici dövlət borcu açıqlandı 15:09 | SON DƏQİQƏ: Bakıda güclü yanğın 14:13 | İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib - Bəyanat 14:09 | Paytaxtın bu ərazisində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur 14:06 | Ankara-Moskva münasibətlərində SOYUQ KÜLƏK - Ekspert səbəbləri AÇIQLADI