22 Noyabr 2020, Bazar
17 yan 2019, 15:25 | Gündəm / Video
Uşaqları küçələrdən uzaqlaşdıran SƏBƏB – VİDEO

Uşaqları küçələrdən uzaqlaşdıran SƏBƏB – VİDEO
 

Hər dövrün tələbi fərqlidir. Qəribədir ki, küçə oyunları ilə böyüyənlərin uşaqlarının maraqlarını bu gün kompüter oyunları və internet əvəz edib. Çoxu "əşi nə var e küçə oyunlarında" - desələr də, psixoloq bu sualın cavabını belə izah edir.

ARB TV-nin "Günə doğru" proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Sorğu: Evdə olduğun müddətdə zamanı necə dəyərləndirirsən?
- Komputerə baxıram.

Həyətdə oynamaq daha maraqlıdır, yoxsa evdə kompüterlə?
- Evdə

Aida Nəbiyeva (psixoloq) – "Küçə oyunlarında nə var idi? Növbələşmə var idi, sıralanma var idi, məsuliyyət hissi var idi, emosianallıq var idi, paylaşmaq var idi. Qələbəni paylaşmaq qədər gözəl hiss harda var? Küçə oyunları olmayacaqsa, uşaqlar aktiv oyunlar oynamayacaqlarsa vaxtından tez böyüyəcəklər ki, bu da uşaqlığımıza vurulan ən böyük zərbədir".

Cavid İmamoğlu (sosioloq) - "Uşaq evdə qaldıqca internet, yaxud da kompüter asılılığı yaradır və bu onlarda mənfi davranışları formalaşdırır. Artıq uşaq özünə qapalı, ətrafa qapalı böyüyür, yəni sosiallaşmağı düzgün getmir. Nə qədər ki, bu bu cür tərzdə davam edəcək bir o qədər də bizim uşaqların uşaqlığı əllərindən alınacaq".

Zəmanəni, dövrü günahlandırsaq da, əslində bu vərdişlərin keçmişdə qalmasının bir başqa səbəbləri də var.

Aydınxan Əbilov (kulturoloq) - "Əvvəl 5 dərs keçilirdisə, indi az qala 7 dərs keçirilir. Dərsdən sonra müxtəlif dərnəklər, hazırlıq kursları olur. Eyni zamanda uşaqlarımızın böyük bir hissəsi şəhərin müxtəlif yerlərində, məktəblərdə oxuyurlar. Nəqliyyatın sərf olunan vaxtını da nəzərə alsaq uşaqların demək olar ki, biz böyüklər kimi vaxtı yoxdur ki, digər sərbəst vaxtlarında həyətə düşsünlər, oynasınlar".

Cavid İmamoğlu (sosioloq) - Kənddə daha çox uşaqlar oyuna meyillidirlər, çöllə, təbiətlə əlaqəlidirlər, amma şəhərdə bu imkanlarımız azalıb. Bir ona görə ki, boş yerlər, boş parklar, meydançalar aradan qaldırılıb, onların yerində restoranlar binalar və s.-lər var. Şəhər çox sıxdır, uşaqların həyatı üçün təhlükəlidir və valideynlər də ehtiyat edirlər.

Psixoloqlar belə hesab edirlər ki, əgər uşaq oyunları aktiv şəkildə oynanılarsa, uşaqlar mənfi vərdişlərdən uzaqlaşar və sosial bacarıqlar getdikcə artar.

Aida Nəbiyeva (psixoloq) - Yeganə problemdir ki, sosial adaptasiya problemi qarşısında biz aciz qalırıq. Və o zaman da psixoloq müraciət edəndə biz çox çətinlik çəkirik. Niyə görə? Çünki məsləhət görürük uşaqlar uşaq oyunları oynasınlar, həyətdəki oyunları oynasınlar. Çünki bundan böyük sosiallaşma üçün aktiv mühit ola bilməz.

Nəyi və ya kimi gözləyirik? Bizləri uşaqlıq oyunlarına səsləyəcək birimi? Gəlin fərd olaraq uşaqlarımızın dünyasında küçə oyunlarını bərpa edək. Unutmayaq ki, cəmiyyətə adaptasiyanın ilk pilləsi elə küçə oyunlarında başlayır.


Anım günü ilə əlaqədar Bakının bu ərazilərində hərəkət məhdudlaşdırılacaq 25 sen 2021, 18:06 Yoluxanların sayı açıqlandı 25 sen 2021, 17:25 Hava şəraiti ilə bağlı əhaliyə - Xəbərdarlıq 25 sen 2021, 17:03 Rus sülhməramlıların yeni komandanı Karapetyanla görüşdü 25 sen 2021, 15:49 İƏT erməni cinayətləri barədə hesabat hazırlayacaq 25 sen 2021, 15:11 Kriminal dünyada yeni savaş: "Lotu Quli"nin qisası alınır? 25 sen 2021, 15:06 Azərbaycanda yüksək vəzifə tutan xanımlar - SİYAHI 25 sen 2021, 14:41 Mahir Emrelidən Poşla mətbuatına maraqlı açıqlamalar 25 sen 2021, 13:54 Qarabağdakı rus sülhməramlıların yeni komandanı o oldu 25 sen 2021, 13:51 Qarabağdakı rus sülhməramlıların yeni komandanı o oldu 25 sen 2021, 13:27 Azərbaycana qar yağdı - FAKTİKİ HAVA (YENİLƏNİB) 25 sen 2021, 13:24 Sahibə Qafarova Qazaxıstana getdi 25 sen 2021, 12:49 İkinci Qarabağa savaşında qəhrəmanlıq dastanı yazan igidlər: Göynük Qartalları 25 sen 2021, 12:43 “Dövlət qurumlarının sosial mediada səmərəli fəaliyyətinin təşkili” mövzusunda seminar keçirildi 25 sen 2021, 11:34 Sosial yardım alanlara VACİB XƏBƏR 25 sen 2021, 10:08 FHN-in sabiq şöbə müdiri HƏBS EDİLDİ 25 sen 2021, 10:05 Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşdü 25 sen 2021, 09:39 İranın Bakıdakı səfiri Qarabağa daşınan yüklərdən və sərhəddəki təlimdən danışdı 24 sen 2021, 21:36 Rayona ictimai nəqliyyatla gedənlərdən COVİD-19 pasportu tələb ediləcək 24 sen 2021, 19:09 Oktyabrın 1-dən ictimai nəqliyyat həftəsonu da işləyəcək 24 sen 2021, 18:46 Operativ Qərargah məlumat yaydı 24 sen 2021, 18:33 Mehriban Əliyeva Binədə yeni inşa edilən məktəbdə - Fotolar 24 sen 2021, 18:20 Şərəfli Zəfərimizin birinci ili 24 sen 2021, 17:30 Jirinovski deputat mandatından imtina ETDİ 24 sen 2021, 17:28 Ramin Bayramlı bu vəzifəsindən də AYRILDI 24 sen 2021, 17:24