Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
24-12-2017, 20:27 Oxunub: 181

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİB

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİB


18:02

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Dumanın təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsi sədrinin birinci müavini Dmitri Savelyev prezident İlham Əliyevi təbrik edib.


Xeberekspress.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin parlaq siyasi istedadınız və müdrik diplomatik qabiliyyətiniz sayəsində bu gün Azərbaycan dünyanın siyasi arenasında nüfuzlu yer tutur. Siz ölkənizi qətiyyətlə yeni qələbələrə doğru aparırsınız. Azərbaycan xalqı Sizin müdrik rəhbərliyinizlə ölkənin gələcəyini qurmaq üçün ətrafınızda sıx birləşib.

Zati-aliləri, Sizi bir daha ürəkdən təbrik edirəm. Qoy, Sizin bütün planlarınız ən yüksək dəqiqliklə həyata keçsin, Azərbaycanın mövqeləri daha da möhkəmlənsin, şöhrəti daha da artsın.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm".

X X X

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan:

"Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin çoxşaxəli və Azərbaycanın firavanlığı naminə yorulmaz fəaliyyətiniz ən yüksək hörmətə layiqdir.

İcazə verin, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji, respublikanın rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar diləyim.

Sizə və xanımınız Mehriban Arif qızına möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm".

X X X

Həmkarlar İttifaqlarının Ümumi Konfederasiyasının baş katibi Vladimir Şerbakovdan:

"Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Həmkarlar İttifaqları Ümumi Konfederasiyası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Birliyin həmkarlar ittifaqları Azərbaycan Respublikasının iqtisadi və sosial tərəqqi yolunda inamla irəliləməsini, milli demokratiyanın daha da möhkəmlənməsini, ölkənizin dünyada nüfuzunun artmasını ürəkdən alqışlayır.

Biz bunu bir dövlət başçısı, tanınmış milli lider kimi Sizin tərəfinizdən müəyyən edilmiş və həyata keçirilən uzunmüddətli siyasi xəttin gerçəkləşməsinin aşkar nəticələri hesab edirik.

Həmkarlar İttifaqları Ümumi Konfederasiyası və onun üzvü olan təşkilatlar ölkə Prezidenti kimi milli və beynəlxalq həmkarlar hərəkatının fəaliyyətinə verdiyiniz dəstəyə görə Sizə dərindən minnətdardırlar.

Möhtərəm İlham Heydər oğlu, Sizə ən səmimi və xoş arzularımı çatdırır, möhkəm cansağlığı və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni uğurlar diləyirəm".

X X X

Rusiyanın "Qazprom" Publik Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Aleksey Millerdən:

"Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə "Qazprom" Publik Səhmdar Cəmiyyətinin idarə heyəti adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və çoxşaxəli fəaliyyətinizdə yeni uğurlar arzu edirik".

X X X

Rusiyanın "LUKOYL" Publik Səhmdar Cəmiyyətinin prezidenti Vahid Ələkbərovdan:

"Hörmətli İlham Heydər oğlu.

İcazə verin, doğum gününüz münasibətilə Sizi "LUKOYL" Publik Səhmdar Cəmiyyətinin rəhbərliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edim.

Siz ali dövləti vəzifənizdə özünüzü qeyri-ordinar, parlaq şəxsiyyət, prinsipial və ardıcıl mövqeli siyasi xadim və dövlətin lideri kimi göstərmisiniz. Sizin rəhbərliyinizlə Azərbaycanda sosial-iqtisadi inkişafda, başqa ölkələrlə ticari-iqtisadi əməkdaşlığın genişlənməsində sanballı uğurlar qazanılıb, daxili bazara xarici investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaradılıb.

Fürsətdən istifadə edib, Sizə "LUKOYL"un Azərbaycan Respublikası ərazisində fəaliyyətinə daim göstərdiyiniz diqqətə və köməyə görə dərin təşəkkürümü bildirmək, həmçinin Sizi əmin etmək istəyirəm ki, biz azərbaycanlı tərəfdaşlarımızla əməkdaşlığı bundan sonra da fəal surətdə genişləndirəcəyik.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və çoxşaxəli fəaliyyətinizdə yeni uğurlar diləyirəm".

X X X

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, SSRİ Xalq Artisti İosif Kobzondan:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizə möhkəm cansağlığı, şəxsi səadət, Zati-alinizə və yaxınlarınıza rifah, xoş günlər və əmin-amanlıq, sevimli Azərbaycanın firavanlığı və möhtəşəmliyi naminə nəcib fəaliyyətinizdə uğurlar arzu edirəm".

----------

13:08

MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Xeberekspress.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Möhtərəm İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Siz çoxillik dövlət idarəçiliyi təcrübəsinə maliksiniz və haqlı olaraq uzaqgörən siyasi xadim, müdrik rəhbər hesab edilirsiniz.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası cəmiyyət həyatının bütün sahələrində təkmilləşmə və modernləşmə yolu ilə ardıcıl surətdə irəliləyir.

Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu və dünyada baş verən proseslərə münasibətdə fəal mövqeyi Sizin adınızla bağlıdır.

Birlik ölkələrində Sizi sülhün və qarşılıqlı anlaşmanın qorunub saxlanmasına yönəlmiş konstruktiv və bərabərhüquqlu beynəlxalq əməkdaşlığın tərəfdarı kimi yaxşı tanıyır və yüksək qiymətləndirirlər.

Əminəm ki, Sizin siyasi iradəniz və müdrik dövlətçilik mövqeyiniz bundan sonra da iqtisadi cəhətdən güclü və inkişaf etmiş dövlətin formalaşmasına şərait yaradacaq, Müstəqil Dövlətlər Birliyi çərçivəsində əldə edilmiş razılaşmaların reallaşmasına yönəlmiş birgə səylərimiz Azərbaycanın və MDB iştirakçısı olan digər dövlətlərin rifahı naminə daha sanballı praktiki nəticələrə gətirib çıxaracaq.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".

X X X

Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyevdən:

"Hörmətli İlham Heydər oğlu. Sizi doğum gününüz münasibətilə çoxmillətli Dağıstan xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.

Sizin yorulmaz səyləriniz, ölkənin milli maraqlarına və vətəndaşların firavanlığına qayğınız sayəsində gələcəyə istiqamətlənən, sosial-iqtisadi və mədəni inkişaf sahəsində sanballı uğurlar qazanan Azərbaycan dünya birliyində layiqli yer tutur. Qonşumuz Azərbaycanın uğurlarına biz də ürəkdən sevinirik. Sizin xalqlarımız arasında dostluğun möhkəmlənməsinə böyük şəxsi töhfənizi, qarşılıqlı faydalı iqtisadi və humanitar layihələr həyata keçirmək, tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək səylərinizi Dağıstanda yüksək qiymətləndirirlər.

Sizə çoxşaxəli fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzularımı qəbul edin.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm".

X X X

Rusiya Federasiyası Çeçenistan Respublikası hökumətinin sədri Ruslan Edelgeriyevdən:

"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Biz Sizi Azərbaycan xalqının inkişafına və rifahına yönəlmiş uzaqgörən siyasət yürüdən müdrik siyasi xadim və öz ölkəsinin vətənpərvəri kimi tanıyırıq.

Əminəm ki, Sizin səyləriniz sayənizdə Azərbaycan Respublikası bundan sonra da demokratik dövlətçilik təsisatlarının təkmilləşdirilməsi, davamlı iqtisadi və sosial inkişaf yolu ilə irəliləyəcək. Xalqın daimi dəstəyi və etimadı, respublika vətəndaşlarının həyatını daha da firavanlaşdırmaq istəyiniz bundan sonra da Sizin dövləti fəaliyyətinizdə uğurlara şərait yaradacaq.

İcazə verin, bu əlamətdar gündə Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzularımı bildirim".

X X X

Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovdan:

"Möhtərəm İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Siz çoxmillətli Azərbaycanda və onun hüdudlarından kənarda böyük hörmət və nüfuz qazanmısınız. Sizin Vətəninizə sədaqətlə xidmət etməyiniz Azərbaycan Respublikasının möhkəmlənməsinə, onun beynəlxalq mövqeyinin güclənməsinə və ölkə əhalisinin rifahının yaxşılaşmasına şərait yaradır. Azərbaycan Respublikasının qazandığı parlaq uğurlar bütün dünyaya göstərir ki, Siz görkəmli dövlət xadimi, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini layiqincə davam etdirirsiniz.

İcazə verin, məni Azərbaycan Respublikasının yüksək dövlət təltifinə - "Dostluq" ordeninə layiq gördüyünüz üçün bu xoş fürsətdən istifadə edib Sizə bir daha dərin təşəkkürümü bildirim. Mən bunu Azərbaycan ilə Rusiya Federasiyası və onun tərkib hissəsi olan Dağıstan arasında dostluq əlaqələrinin inkişafına və əməkdaşlığa Sizin xüsusi diqqətinizin göstəricisi kimi dəyərləndirirəm. Bizim xalqlarımız arasında mehriban qonşuluq və qardaşlıq münasibətləri həmişə səmimiyyət və etimad kimi xüsusiyyətləri ilə fərqlənib və bu gün də belədir. Biz, dağıstanlılar bu münasibətləri yüksək qiymətləndiririk.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və firavanlıq, ali dövləti vəzifənizdə, Azərbaycan Respublikasının inkişafı naminə bütün işlərinizdə və təşəbbüslərinizdə yeni-yeni uğurlar arzulayıram".

X X X

Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkindən:

"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu xoş fürsətdən istifadə edərək, Sizə Həştərxan vilayəti ilə Azərbaycan arasında ən müxtəlif fəaliyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə göstərdiyiniz daimi diqqət və qayğıya görə dərin minnətdarlığımı bildirirəm.

Bizim aramızda yaranmış etimadı və qarşılıqlı anlaşmanı yüksək qiymətləndirirəm. Əminəm ki, sosial-iqtisadi layihələrin həyata keçirilməsi üzrə apardığımız birgə iş bizim vətəndaşlarımızın rifahı naminə uzunmüddətli strateji tərəfdaşlıq üçün möhkəm təməl olacaq.

Sizi doğum gününüz münasibətilə bir daha ürəkdən təbrik edirəm və Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycan Respublikasının tərəqqisi naminə bütün işlərinizdə yeni uğurlar və nailiyyətlər diləyirəm".

X X X

Rusiya Federasiyasının Arxangelsk vilayətinin qubernatoru İqor Orlovdan:

"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu əlamətdar gündə Sizə Vətən naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayır, müdriklik, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləyirəm".
XƏBƏR LENTİ
15:26 | İmkanlı şəxslərə müraciyyət 15:11 | İlham Əliyev Xələf Xələfovu təltif etdi 15:10 | Təcili olaraq işlənmiş video kolposkop alıram 15:07 | Zakir Həsənov yenə cəbhədə 15:07 | Zakir Həsənov yenə cəbhədə 15:02 | "Hakim “Leş Tofiq”ə bəraət qazandırsa, nə qədər ömrüm var onu biabır edəcəm..." 14:58 | Sabahın hava PROQNOZU: yağış, sulu qar, qar... 14:54 | Prezident icra başçısını ordenlə təltif etdi 14:47 | Tarixdə bu gün 21 sentyabr Sülh günü kimi qeyd edilir. 11:51 | “Başqa dildə olan məhsulların Azərbaycanda satılması əhali üçün təhlükəlidir...” - QALMAQAL 11:36 | Şamaxıda kütləvi dava: - tərəfləri ayıran kişinin qulağını kəsdilər 11:17 | Kremlin KTMT planı: İkibaşlı oyun - TƏHLİL 11:04 | Bakının “Rus NATO-su”ndakı gizli adamı - İrəvanda təlaş 10:51 | Azərbaycandan Türkiyə limanları vasitəsilə yük daşımalarının həcmi AÇIQLANIB 23:00 | Qəribə dələduzluq: "Qızılları imkanlı şəxslərə satacam" - TƏFƏRRÜAT 22:30 | “İradə ilə Nuranın kaprizi insanı sənətindən küsdürür” 22:00 | Dolların sentyabrın 23-nə olan məzənnəsi açıqlanıb 21:40 | Bakıda polis əməkdaşını avtomobil vurub 21:20 | Vladimir Putin Qırğızıstan Prezidenti ilə görüşüb 21:06 | 200 milyon insanın həyatı TƏHLÜKƏDƏDİR - XƏBƏRDARLIQ 17:55 | Prezident Mehriban İmanovaya YÜKSƏK VƏZİFƏ VERDİ 17:46 | Zöhrə Ağamirova Olimpiadaya vəsiqə qazanan ilk azərbaycanlı idmançı oldu