Qaynarxətt: (+99470) 997 11 77
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
11-01-2019, 16:20 Oxunub: 7

“Adsız yüksəkliklər” filmi Bakıda ilk dəfə nümayiş olunacaq

“Adsız yüksəkliklər” filmi Bakıda ilk dəfə nümayiş olunacaq
 

Yanvarın 21-dən etibarən "Flame Towers”də yerləşən "Park Cinema”da rejissor Hilal Baydarovun ekranlaşdırdığı "Adsız yüksəkliklər” bədii filmi nümayiş ediləcək.

AZƏRTAC xəbər verir ki, xronometrajı 93 dəqiqə olan ekran əsəri yanvarın sonlarında Şarjah Film Platforumunda və başqa beynəlxalq film festivallarında ölkəmizi təmsil edəcək. Daha öncə film Kanadada Monreal Film Festivalında və Almaniyada Cottbus Film Festivalında nümayiş olunub.

Rejissor filmdə fəlsəfi bir problemi - insanın təbiət qarşısında diz çökməsini ortaya qoyur.

Sirli bir səs özünü kameradan təqdim edir. Bu səs dağlarda təcrid halında yaşayan kiçik bir insan qrupunun başına gələn qəribə hadisələri müşayiət və idarə edir. Onun tərəfdaşı "səyyah” adlanan, səkkiz ildən sonra doğulduğu yerə qayıdan və evlərini heç vaxt tərk edib getməmiş insanlar arasında müxtəlif qorxular oyandıran gənc bir adamdır. Səyyah icmanın zahidlik, tabelik və ən uyğun olanın həyatda qalması kimi xarakterizə olunan sərt və arxaik qaydalarını silkələyir. Şahmat oyunçusu kimi, o, başqalarının reaksiyalarını provokasiya edir və oyun prosesindəki məğlubiyyətləri qəbul edir.

Kamera arxasında da dayanan rejissor bu filmində təkəbbürün, birgəyaşayışın və iyerarxiyanın mahiyyətini tədqiq edir.


XƏBƏR LENTİ
16:23 | "Biz xəbəri yayırıq ki, əhali gözlənilən kəskin havaya hazırlıqlı olsun" 15:30 | İcra Hakimiyyəti polisi təkzib etdi: “Rəsulzadənin barelyefi oğurlanıb” 15:25 | Röya: "Yumurta qədər hörmətimiz yoxdur" - FOTO 15:22 | Nazirdən ciddi kadr dəyişikliyi - İri şəhərlərə təyinat 15:01 | Sosial sığınacaqlar gücləndirilmiş iş rejiminə keçib 14:53 | İlham Əliyev “SOCAR karbamid” zavodunun açılışında - YENİLƏNİB + FOTO 14:15 | Yanvarın 17 və 18-də məktəblərdə dərs olmayacaq - ƏMR VERİLDİ 13:45 | QMİ-dən 20 Yanvar faciəsinin ildönümü ilə bağlı BƏYANAT 13:30 | Putinə qarşı sui-qəsdin qarşısı alınıb 13:15 | Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadə 10 faiz azaldıla bilər 13:00 | Nazirlik: Şiddətli külək şəraitində açıq havada və qızdırılmayan qapalı binalarda iş dayandırılmalıdır 11:49 | Diqqət! Bakının bir hissəsində qaz olmayacaq 11:46 | Xaçmaz sakini həmyerlisini qətlə yetirib 11:35 | Nazirlikdən ifrat hidrometreoloji hadisə ilə bağlı — AÇIQLAMA 11:32 | Millimizin üzvü bir hissə oynadı 11:30 | Dövlət qulluğuna qəbul üçün keçirilmiş daxili müsahibələrin nəticələri açıqlandı 11:25 | Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib 11:12 | Lionda Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib 10:18 | Lionda Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib 10:15 | Bakıda gecəyarısı dəhşətli hadisə - Yaralılar var 10:11 | Vergi islahatları əhalinin rifahını yaxşılaşdıracaq - ARAŞDIRMA 09:57 | Valyuta məzənnələri