Qaynarxətt: (+99470) 997 11 77
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
11-01-2019, 15:27 Oxunub: 6

Aİİ rəhbərliyi yanında İctimai Nəzarət Şurasının üzvləri qış imtahan sessiyasını izləyiblər

Aİİ rəhbərliyi yanında İctimai Nəzarət Şurasının üzvləri qış imtahan sessiyasını izləyiblər
 

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi yanında İctimai Nəzarət Şurasının üzvləri imtahan keçirilən otaqlarda olub, ayrı-ayrı fənlər üzrə qış imtahan sessiyasını izləyiblər. Şuranın üzvləri tələbələrin sessiyaya hazırlığı, sualların tərtibi, imtahan prosesi barədə müəyyən söhbətlər aparıblar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, rektor Ceyhun Məmmədov İctimai Nəzarət Şurasının üzvlərinə imtahan prosesi barədə ətraflı məlumat verib, sualları cavablandırıb. Bildirib ki, 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə sessiya dövründə yarana biləcək mənfi halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək üçün Operativ Qərargah yaradılıb. Ceyhun Məmmədov imtahanların bir qayda olaraq yazılı, zərurət yarandığı hallarda şifahi və test formasında keçirildiyi barədə Nəzarət Şurasının üzvlərini məlumatlandırıb. Diqqətə çatdırıb ki, imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkili məqsədilə institut rəhbərliyi tərəfindən xüsusi komissiya yaradılıb. İmtahanlara nəzarət müəllim-koordinatorlar tərəfindən həyata keçirilir. İmtahanlar arasında 2 gündən az olmayan müddət təyin edilib, imtahan üçün 2 saat vaxt ayrılıb.

Qeyd olunub ki, sessiya boyunca tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmini, şəffaflığın qorunması məqsədilə ictimaiyyət nümayəndələrinin müşahidəçi qismində iştirakı üçün lazım olan şərait yaradılıb. İmtahan otaqlarının qarşısında müraciət və təklif qutuları asılıb. Hər gün imtahanlar yekunlaşdıqdan sonra qutular açılaraq, tələbələrin şikayətlərinə baxılır və problemlər həll olunur.

Xatırladaq ki, İctimai Nəzarət Şurasının əsas məqsədi Aİİ-nin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, universitet ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin təşkili, aşkarlığın və şəffaflığın təmin olunması, universitet əməkdaşlarının və təhsilalanların hüquqlarının müdafiəsi və fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflər verilməsini təmin etməkdən ibarətdir.


XƏBƏR LENTİ
16:35 | Prezident: "Mən xahiş etdim ki, Xoşbəxt müəllim bura dəvət olunsun" 16:32 | "Azəriqaz": Havaların soyuq keçəcəyi günlərdə təbii qaza olan tələbat artırılacaq 16:27 | Nazir tibb müəssisələrinin rəhbərləri ilə şəxsən görüşərək XƏBƏRDARLIQ EDİB 16:25 | Azərbaycanda daha bir şəxsə vəzifə verildi 16:23 | "Biz xəbəri yayırıq ki, əhali gözlənilən kəskin havaya hazırlıqlı olsun" 15:30 | İcra Hakimiyyəti polisi təkzib etdi: “Rəsulzadənin barelyefi oğurlanıb” 15:25 | Röya: "Yumurta qədər hörmətimiz yoxdur" - FOTO 15:22 | Nazirdən ciddi kadr dəyişikliyi - İri şəhərlərə təyinat 15:01 | Sosial sığınacaqlar gücləndirilmiş iş rejiminə keçib 14:53 | İlham Əliyev “SOCAR karbamid” zavodunun açılışında - YENİLƏNİB + FOTO 14:15 | Yanvarın 17 və 18-də məktəblərdə dərs olmayacaq - ƏMR VERİLDİ 13:45 | QMİ-dən 20 Yanvar faciəsinin ildönümü ilə bağlı BƏYANAT 13:30 | Putinə qarşı sui-qəsdin qarşısı alınıb 13:15 | Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadə 10 faiz azaldıla bilər 13:00 | Nazirlik: Şiddətli külək şəraitində açıq havada və qızdırılmayan qapalı binalarda iş dayandırılmalıdır 11:49 | Diqqət! Bakının bir hissəsində qaz olmayacaq 11:46 | Xaçmaz sakini həmyerlisini qətlə yetirib 11:35 | Nazirlikdən ifrat hidrometreoloji hadisə ilə bağlı — AÇIQLAMA 11:32 | Millimizin üzvü bir hissə oynadı 11:30 | Dövlət qulluğuna qəbul üçün keçirilmiş daxili müsahibələrin nəticələri açıqlandı 11:25 | Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib 11:12 | Lionda Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib