Qaynarxətt: (+99470) 997 11 77
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
11-01-2019, 14:23 Oxunub: 6

Məmur etinasızlığı: Vətəndaşı boğaza yığan səbəblər - Bəs qanunlar nə deyir?

Məmur etinasızlığı: Vətəndaşı boğaza yığan səbəblər - Bəs qanunlar nə deyir?
 
Bir sıra dövlət qurumlarının vətəndaş şikayətlərinə etinasız münasibəti davam edir. 

Bununla bağlı mediada, sosial şəbəkələrdə də narazılıqlar artmaqdadır.Bəllidir ki, istənilən problemlərin müvafiq dövlət qurumlarına zamanında çatdırılması və vətəndaşların şikayətlərinin dinlənilməsi məqsədilə çağrı mərkəzləri, qaynar xətlər yaradılıb.Amma fakt odur ki, bu çağrı mərkəzləri, qaynar xətlər günün istənilən zamanında ya məşğul rejimdə olur, ya zənglərə cavab verilmir.

Belə olan halda vətəndaş həmin qurumların ünvanlarına üz tutmaq zorunda qalır. Amma bu da səmərə vermir.Bundan əlavə ölkə vətəndaşlarının şikayət etmələri üçün polis, məhkəmə, korrupsiyaya qarşı müvafiq mübarizə idarəsi, eləcə də digər qurumlar mövcuddur.Amma bu qurumlarla da bağlı dəfələrlə narazılıqlar gəlir ki, şikayətləri obyektiv araşdırmırlar.

Vətəndaş üz tutduğu dövlət qurumundan dərdinə çarə tapa bilmir.Şikayətçiyə ya hansısa rəsmi vəzifəli şəxsin yerində olmadığı bildirilir, ya da görüşün başqa vaxta çəkilməsi təklif olunur.Növbəti dəfə də analoji hal təkrarlanır.Beləcə məsələ yubanır, vətəndaş süründürməçiliklə üzləşir. Vətəndaş problemin həllindən əlini üzür, get-gəldən təngə gəlir və rəsmi qurumlara inam, etimad qalmır. Nəticədə insanların yeganə çarəsi mediaya üz tutmaq olur.KİV-in vəzifəsi isə problemi işıqlandırmaqla ictimaiyyətə, dövlət qurumlarına çatdırmaqdır.Təəssüflər olsun ki, bu halda da dövlət qurumları həm mətbuatı, həm də vətəndaşı sadəcə olaraq "yola verir”.Bir sözlə problemə elə "həssas” yanaşıb, vədlər verirlər ki, sanki tez bir zamanda məsələnin həlli mümkün olacaq.

Bir sıra dövlət qurumlarının problemlərin həllinə etinasız və məsuliyyətsiz yanaşmaları artıq vətəndaşları çarəsiz duruma salıb. Qeyd edək ki, ölkə başçısı dəfələrlə insanların sosial iqtisadi problemlərinin həllini daim ümdə məsələ olduğunu bildirib, dövlət qurumlarının rəhbələrinə vətəndaşların müraciətlərinə maksimum diqqət göstərilməsini tapşırıb. Bu sahədə qanunvericilik də təkmilləşdirilib. Bu baxımdan 2015-ci il noyabrın 12-də imzalanmış "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qanunun tətbiqi barədə Fərmanı xüsusi qeyd etmək lazımdır. 
Cebhe.info 

XƏBƏR LENTİ
15:30 | İcra Hakimiyyəti polisi təkzib etdi: “Rəsulzadənin barelyefi oğurlanıb” 15:25 | Röya: "Yumurta qədər hörmətimiz yoxdur" - FOTO 15:22 | Nazirdən ciddi kadr dəyişikliyi - İri şəhərlərə təyinat 15:01 | Sosial sığınacaqlar gücləndirilmiş iş rejiminə keçib 14:53 | İlham Əliyev “SOCAR karbamid” zavodunun açılışında - YENİLƏNİB + FOTO 14:15 | Yanvarın 17 və 18-də məktəblərdə dərs olmayacaq - ƏMR VERİLDİ 13:45 | QMİ-dən 20 Yanvar faciəsinin ildönümü ilə bağlı BƏYANAT 13:30 | Putinə qarşı sui-qəsdin qarşısı alınıb 13:15 | Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadə 10 faiz azaldıla bilər 13:00 | Nazirlik: Şiddətli külək şəraitində açıq havada və qızdırılmayan qapalı binalarda iş dayandırılmalıdır 11:49 | Diqqət! Bakının bir hissəsində qaz olmayacaq 11:46 | Xaçmaz sakini həmyerlisini qətlə yetirib 11:35 | Nazirlikdən ifrat hidrometreoloji hadisə ilə bağlı — AÇIQLAMA 11:32 | Millimizin üzvü bir hissə oynadı 11:30 | Dövlət qulluğuna qəbul üçün keçirilmiş daxili müsahibələrin nəticələri açıqlandı 11:25 | Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib 11:12 | Lionda Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib 10:18 | Lionda Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib 10:15 | Bakıda gecəyarısı dəhşətli hadisə - Yaralılar var 10:11 | Vergi islahatları əhalinin rifahını yaxşılaşdıracaq - ARAŞDIRMA 09:57 | Valyuta məzənnələri 09:53 | Bu gün Parisdə Azərbaycan və Ermənistan XİN başçıları görüşəcəklər