Qaynarxətt: (+99470) 997 11 77
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
10-01-2019, 17:21 Oxunub: 5

Azərbaycanda orta ömür uzunluğunun müddəti açıqlandı

Azərbaycanda orta ömür uzunluğunun müddəti açıqlandı

Azərbaycanda gözlənilən orta ömür uzunluğu kişilər üçün 73,1 yaş, qadınlar üçün 77,8 yaş təşkil edir.

Pensiya ödənişi müddəti də məhz bu göstəricilərə və mövcud pensiya yaşına əsaslanmaqla müəyyən olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olan məlumata görə, bu baxımdan həmin göstəriciləri və ölkəmizdə pensiya qanunvericiliyinə əsasən, hazırda pensiya hüququ qazanmaq üçün yaş həddinin kişilər üçün 64, qadınlar üçün 61 yaş olduğunu nəzərə aldıqda, gözlənilən pensiya ödənişinin orta müddəti kişilər üçün 9,1 il, qadınlar üçün isə 16,8 il olmaqla, ümumilikdə orta hesabla 13 il təşkil edir. Bu göstərici (13 il) isə dünya ölkələri arasında yüksək göstəricilər sırasındadır.

Digər tərəfdən, pensiya qanunvericiliyində pensiya yaşına çatmamış dünyasını dəyişən şəxslərlə bağlı da ədalətli, obyektiv yanaşmalar əksini tapır. Belə ki, əmək pensiyasının hazırda üç növü vardır ki, onlardan biri də ailə başçısını itirməyə görə pensiya növüdür. Pensiya yaşına çatmamış dünyasını dəyişən şəxslərin sığorta stajı, ödəmiş olduqları sığorta vəsaitləri hesabına fərdi hesablarında toplanan pensiya kapitalı əsasında qanunvericilikdə nəzərdə tutulan qaydada ailələrinə pensiya təyinatı həyata keçirilir. Hazırda əmək pensiyaçılarının 150,6 mini və ya 11,6 faizi ailə başçısını itirməyə görə pensiya alanlardır.

XƏBƏR LENTİ
15:30 | İcra Hakimiyyəti polisi təkzib etdi: “Rəsulzadənin barelyefi oğurlanıb” 15:25 | Röya: "Yumurta qədər hörmətimiz yoxdur" - FOTO 15:22 | Nazirdən ciddi kadr dəyişikliyi - İri şəhərlərə təyinat 15:01 | Sosial sığınacaqlar gücləndirilmiş iş rejiminə keçib 14:53 | İlham Əliyev “SOCAR karbamid” zavodunun açılışında - YENİLƏNİB + FOTO 14:15 | Yanvarın 17 və 18-də məktəblərdə dərs olmayacaq - ƏMR VERİLDİ 13:45 | QMİ-dən 20 Yanvar faciəsinin ildönümü ilə bağlı BƏYANAT 13:30 | Putinə qarşı sui-qəsdin qarşısı alınıb 13:15 | Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadə 10 faiz azaldıla bilər 13:00 | Nazirlik: Şiddətli külək şəraitində açıq havada və qızdırılmayan qapalı binalarda iş dayandırılmalıdır 11:49 | Diqqət! Bakının bir hissəsində qaz olmayacaq 11:46 | Xaçmaz sakini həmyerlisini qətlə yetirib 11:35 | Nazirlikdən ifrat hidrometreoloji hadisə ilə bağlı — AÇIQLAMA 11:32 | Millimizin üzvü bir hissə oynadı 11:30 | Dövlət qulluğuna qəbul üçün keçirilmiş daxili müsahibələrin nəticələri açıqlandı 11:25 | Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib 11:12 | Lionda Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib 10:18 | Lionda Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib 10:15 | Bakıda gecəyarısı dəhşətli hadisə - Yaralılar var 10:11 | Vergi islahatları əhalinin rifahını yaxşılaşdıracaq - ARAŞDIRMA 09:57 | Valyuta məzənnələri 09:53 | Bu gün Parisdə Azərbaycan və Ermənistan XİN başçıları görüşəcəklər