Qaynarxətt: (+99470) 997 11 77
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
10-01-2019, 17:07 Oxunub: 7

Türkiyə ABŞ-ın tələbinə tabe olmaqdan imtina edib

Türkiyə ABŞ-ın tələbinə tabe olmaqdan imtina edib
 

Ankara ABŞ-ın zenit raket kompleksi "Patriot”u almaq haqqında düşünə bilər, lakin Vaşinqtonun öz tələblərini irəli sürməyə davam edəcəyi təqdirdə bu, mümkün olmayacaq.

Xeberekspress "Reuters”ə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici işlər naziri Mövlüt Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Türkiyə Rusiyanın S-400 zenit raket sistemlərinin alınması ilə əlaqədar Birləşmiş Ştatların hər hansı bir tələbini qəbul etmir.

Yanvarın 5-də bildirilmişdi ki, ABŞ nümayəndələri Türkiyənin XİN və Müdafiə Nazirliyinə "Patriot”un alınması müqabilində S-400-lərin sifarişindən imtina etmək şərtini irəli sürüb.

Bununla belə, amerikalıların təklifinə nə endirim güzəşti, nə də texnologiyaların təhvil verilməsi daxildir.

Moskva və Ankara Türkiyəyə S-400-lərin satılması barədə sazişi 2017-ci ilin sentyabrında imzalayıblar. Saziş bu sistemlərlə təchiz edilmiş dörd divizionun satışını nəzərdə tutur. Sazişin məbləği 2,5 milyard dollar təşkil edir və dəyərin yarıdan çoxu Rusiya krediti ilə ödəniləcək. Türkiyə tərəfi komplekslərin alınması qərarından imtina etməyəcəyini dəfələrlə açıqlayıb.

ABŞ və NATO-nun digər üzvləri Ankaranın Rusiyanın zenit raket komplekslərini almasına qarşı çıxırlar. Qərar Vaşinqtonun narazılığına səbəb olub. Belə ki, Türkiyə NATO üzvüdür və alyansın bütün silah sistemləri vahid standart əsasında çalışmalıdır.

Vaşinqton Ankaranı sanksiyalarla hədələyir.


XƏBƏR LENTİ
16:35 | Prezident: "Mən xahiş etdim ki, Xoşbəxt müəllim bura dəvət olunsun" 16:32 | "Azəriqaz": Havaların soyuq keçəcəyi günlərdə təbii qaza olan tələbat artırılacaq 16:27 | Nazir tibb müəssisələrinin rəhbərləri ilə şəxsən görüşərək XƏBƏRDARLIQ EDİB 16:25 | Azərbaycanda daha bir şəxsə vəzifə verildi 16:23 | "Biz xəbəri yayırıq ki, əhali gözlənilən kəskin havaya hazırlıqlı olsun" 15:30 | İcra Hakimiyyəti polisi təkzib etdi: “Rəsulzadənin barelyefi oğurlanıb” 15:25 | Röya: "Yumurta qədər hörmətimiz yoxdur" - FOTO 15:22 | Nazirdən ciddi kadr dəyişikliyi - İri şəhərlərə təyinat 15:01 | Sosial sığınacaqlar gücləndirilmiş iş rejiminə keçib 14:53 | İlham Əliyev “SOCAR karbamid” zavodunun açılışında - YENİLƏNİB + FOTO 14:15 | Yanvarın 17 və 18-də məktəblərdə dərs olmayacaq - ƏMR VERİLDİ 13:45 | QMİ-dən 20 Yanvar faciəsinin ildönümü ilə bağlı BƏYANAT 13:30 | Putinə qarşı sui-qəsdin qarşısı alınıb 13:15 | Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadə 10 faiz azaldıla bilər 13:00 | Nazirlik: Şiddətli külək şəraitində açıq havada və qızdırılmayan qapalı binalarda iş dayandırılmalıdır 11:49 | Diqqət! Bakının bir hissəsində qaz olmayacaq 11:46 | Xaçmaz sakini həmyerlisini qətlə yetirib 11:35 | Nazirlikdən ifrat hidrometreoloji hadisə ilə bağlı — AÇIQLAMA 11:32 | Millimizin üzvü bir hissə oynadı 11:30 | Dövlət qulluğuna qəbul üçün keçirilmiş daxili müsahibələrin nəticələri açıqlandı 11:25 | Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib 11:12 | Lionda Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib