Qaynarxətt: (+99470) 997 11 77
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
10-01-2019, 16:19 Oxunub: 6

Azərbaycanı sevməyən və burun silməsi ilə yadda qalan “kommunist”

Azərbaycanı sevməyən və burun silməsi ilə yadda qalan “kommunist”
 

Anatoli İvanoviç Lukyanov...

Yaddaşlı oxucu, sovetlər dövrünü görmüş və yaşamış yaşlı və orta yaşlı nəslin nümayəndələri söhbətin kimdən getdiyini bildilər.

Söhbət keçmiş SSRİ Ali Sovetinin sonuncu sədri, Mixail Qorbaçovun ən yaxın və sadiq tərəfdarlarından olan, hələ gənc yaşlarından komsomolun və Kommunist Partiyasının üzvü olmasına baxmayaraq, SSRİ-nin çöküşü layihəsində aktiv rol oynamış, kommunist əqidəsinə xəyanət etmiş (hərçənd ki, sonradan Gennadi Züqanovla birgə Rusiya Kommunist Partiyasının təsisçilərindən biri və 1993-2003-cü ildə Rusiya Dumasının deputatı olub) Lukyanovdan gedir.

O Lukyanovdan ki gənc yaşlarından məsul vəzifələrə irəli çəkilsə də, "ulduzu” Qorbaçov "perestroykası”nda parlayıb, əvvəlcə, 1988-1990-cı illərdə iki palatadan – İttifaqlar Sovetindən  və Millətlər Sovetindən ibarət olan SSRİ Ali Soveti sədrinin birinci müavini işləyib, 1990-cı ilin martından SSRİ-nin çöküşünə kimi isə sədrlik funksiyasını yerinə yetirib.

Sədrlik etdiyi dövrdə Ali Sovetin sessiyalarında (iclaslarında) daha çox ermənilərə və onları dəstəkləyənlərə açıq və gizli rəğbəti, eyni zamanda, Azərbaycana o qədər də xoş olmayan münasibəti ilə seçilib.

O Lukyanovdan ki məhz qorbaçovların, yazovların, primakovların, barannikovların qanlı ssenarisi ilə həyata keçirilən 20 Yanvar hadisələrindən az sonra Qorbaçov tərəfindən, necə deyərlər, ödülləndirilib, ölkənin rəsmən ikinci şəxsi (sonradan ikinci şəxs statusu Qorbaçov tərəfindən təsis edilən vitse-prezidentə, "QÇKP” hadisələrinin baş rollarından birinin ifaçısı Yanayevə verildi) statusuna qaldırılıb.

Əgər Lukyanova Qorbaçovun simpatiyası, xüsusilə də qatı ermənipərəst Raisa Qorbaçovanın ətrafında lövbər salan erməni mafiyasının dəstəyi olmasaydı, belə bir vəzifəyə irəli çəkilməzdi.

Lukyanov mənim yeniyetməlik xatirələrimdə, hafizəmdə həm də çox iyrənccəsinə və çox kobudcasına, heç nə olmamış, heç kim yox imiş kimi davranaraq, Ali Sovetin sessiyalarında bir neçə dəfə sanki fınxıraraq, bərkdən burnunu dəsmal çıxarıb silməsi ilə qalıb.

O, hər dəfə dəsmal çıxarıb və bərkdən fınxırıb burnunu siləndə az qalırdı ekrandan hər yerə yayıla, Ali Sovetin iclaslarının keçirildiyi möhtəşəm bina lərzəyə, adamın ürəyi ağzından gələ.

Bəli, dünən 89 yaşında dünyasını dəyişən Lukyanov mənim yaddaşımda bu cür - Azərbaycanı sevməyən, həm də ürəkləri ağıza gətirən burnunu silməsi ilə qalıb. 

İslam dinində ölənin arxasınca danışmazlar, deyilib.

Odur ki, mən də, sadəcə, Allah etdiyi günahlarını bağışlasın, deyirəm!

Oxu.az


XƏBƏR LENTİ
15:30 | İcra Hakimiyyəti polisi təkzib etdi: “Rəsulzadənin barelyefi oğurlanıb” 15:25 | Röya: "Yumurta qədər hörmətimiz yoxdur" - FOTO 15:22 | Nazirdən ciddi kadr dəyişikliyi - İri şəhərlərə təyinat 15:01 | Sosial sığınacaqlar gücləndirilmiş iş rejiminə keçib 14:53 | İlham Əliyev “SOCAR karbamid” zavodunun açılışında - YENİLƏNİB + FOTO 14:15 | Yanvarın 17 və 18-də məktəblərdə dərs olmayacaq - ƏMR VERİLDİ 13:45 | QMİ-dən 20 Yanvar faciəsinin ildönümü ilə bağlı BƏYANAT 13:30 | Putinə qarşı sui-qəsdin qarşısı alınıb 13:15 | Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadə 10 faiz azaldıla bilər 13:00 | Nazirlik: Şiddətli külək şəraitində açıq havada və qızdırılmayan qapalı binalarda iş dayandırılmalıdır 11:49 | Diqqət! Bakının bir hissəsində qaz olmayacaq 11:46 | Xaçmaz sakini həmyerlisini qətlə yetirib 11:35 | Nazirlikdən ifrat hidrometreoloji hadisə ilə bağlı — AÇIQLAMA 11:32 | Millimizin üzvü bir hissə oynadı 11:30 | Dövlət qulluğuna qəbul üçün keçirilmiş daxili müsahibələrin nəticələri açıqlandı 11:25 | Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib 11:12 | Lionda Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib 10:18 | Lionda Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib 10:15 | Bakıda gecəyarısı dəhşətli hadisə - Yaralılar var 10:11 | Vergi islahatları əhalinin rifahını yaxşılaşdıracaq - ARAŞDIRMA 09:57 | Valyuta məzənnələri 09:53 | Bu gün Parisdə Azərbaycan və Ermənistan XİN başçıları görüşəcəklər