Qaynarxətt: (+99470) 997 11 77
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
10-01-2019, 16:12 Oxunub: 7

RƏSMİ: SOCAR-da yoxlamaların aparılması Vergilər Nazirliyinin əsas vəzifələrindən biridir

RƏSMİ: SOCAR-da yoxlamaların aparılması Vergilər Nazirliyinin əsas vəzifələrindən biridir

Vergilər Nazirliyi və SOCAR birgə məlumat yayıb.

Vergilər Nazirliyi və SOCAR-ın Milli.Az-a daxil olan birgə məlumatına görə, son günlər Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) Vergilər Nazirliyi tərəfindən aparılan vergi yoxlamaları ilə bağlı həqiqəti əks etdirməyən, yoxlanılmamış, çaşdırıcı xarakter daşıyan və nəticə etibarilə dövlət qurumlarının və ölkənin ümumi imicinə zərər vuran bəzi məlumatlar yayılmaqdadır:

"Xatırlatmaq istərdik ki, SOCAR regionun ən böyük milli şirkətlərindən biri olmaqla həm əvvəlki illərdə, həm də 2018-ci ilin nəticələrinə görə də Azərbaycan dövlət büdcəsinin gəlirlərini təmin edən böyük vergi ödəyicilərindən biridir. Bununla yanaşı, şirkət həm də dünyanın 20-dək ölkəsində dövlətimizin maraqlarını təmin etməklə, ölkəmizə böyük gəlirlər gətirir.

Bütün şirkətlərdə, o cümlədən SOCAR-da yoxlamaların aparılması Azərbaycan Respublikası Vergilər Nazirliyinin əsas və birbaşa funksional vəzifələrindən biridir. Vergilər Nazirliyi hər il planlı şəkildə iri vergi ödəyicilərində, o cümlədən SOCAR-da müvafiq yoxlamalar aparır və bu il keçirilən yoxlama da növbəti səyyar vergi yoxlamasıdır".

 

Bildirilir ki, bu yoxlamaların SOCAR-ın inzibatı strukturunda aparılan hər hansı dəyişikliklərlə əlaqələndirilməsi yanlışdır və kütləvi informasiya vasitələrində yer alan bir sıra məlumatlar ümumiyyətlə əsassız və uydurmadır:

"Vergi yoxlamaları hər iki strukturun iş fəaliyyətinə təsir etməyən adi bir prosesdir və şirkətin vəzifəli şəxsləri öz səlahiyyətləri çərçivəsində vəzifələrinin icrasını davam etdirirlər.

KİV nümayəndələrinin nəzərinə çatdırılır ki, həqiqəti əks etdirməyən, dövlət orqanlarının rəsmi məlumatlarına istinad edilmədən və ya dəqiqləşdirilmədən yayılan məlumatlar SOCAR-ın ictimai nüfuzuna, ölkəmizi dünya bazarında təmsil edən ən böyük vergi ödəyicisinin imicinə zərbə vurur. Bu baxımdan media nümayəndələrindən xahiş olunur ki, əsassız və dəqiqləşdirilməmiş məlumatları yaymasınlar, zəruri hallarda rəsmi mənbələrdən verilmiş məlumatlardan istifadə etsinlər".


XƏBƏR LENTİ
15:30 | İcra Hakimiyyəti polisi təkzib etdi: “Rəsulzadənin barelyefi oğurlanıb” 15:25 | Röya: "Yumurta qədər hörmətimiz yoxdur" - FOTO 15:22 | Nazirdən ciddi kadr dəyişikliyi - İri şəhərlərə təyinat 15:01 | Sosial sığınacaqlar gücləndirilmiş iş rejiminə keçib 14:53 | İlham Əliyev “SOCAR karbamid” zavodunun açılışında - YENİLƏNİB + FOTO 14:15 | Yanvarın 17 və 18-də məktəblərdə dərs olmayacaq - ƏMR VERİLDİ 13:45 | QMİ-dən 20 Yanvar faciəsinin ildönümü ilə bağlı BƏYANAT 13:30 | Putinə qarşı sui-qəsdin qarşısı alınıb 13:15 | Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadə 10 faiz azaldıla bilər 13:00 | Nazirlik: Şiddətli külək şəraitində açıq havada və qızdırılmayan qapalı binalarda iş dayandırılmalıdır 11:49 | Diqqət! Bakının bir hissəsində qaz olmayacaq 11:46 | Xaçmaz sakini həmyerlisini qətlə yetirib 11:35 | Nazirlikdən ifrat hidrometreoloji hadisə ilə bağlı — AÇIQLAMA 11:32 | Millimizin üzvü bir hissə oynadı 11:30 | Dövlət qulluğuna qəbul üçün keçirilmiş daxili müsahibələrin nəticələri açıqlandı 11:25 | Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib 11:12 | Lionda Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib 10:18 | Lionda Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib 10:15 | Bakıda gecəyarısı dəhşətli hadisə - Yaralılar var 10:11 | Vergi islahatları əhalinin rifahını yaxşılaşdıracaq - ARAŞDIRMA 09:57 | Valyuta məzənnələri 09:53 | Bu gün Parisdə Azərbaycan və Ermənistan XİN başçıları görüşəcəklər