Qaynarxətt: (+99470) 997 11 77
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
10-01-2019, 13:37 Oxunub: 6

Azərbaycana 47967 manatlıq dərman keçirmək istədi, saxlanıldı

Azərbaycana 47967 manatlıq dərman keçirmək istədi, saxlanıldı
 

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Mill.Az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarətini "Yaşıl dəhliz" buraxılış sistemi vasitəsilə keçərkən saxlanılıb və "Qırmızı dəhliz"ə yönləndirilərək ona məxsus çantalara rentgen aparatı ilə baxış keçirilib. Baxış zamanı şübhəli təsvirlər müşahidə olunduğundan çamadanlar yoxlanılıb və vətəndaşa məxsus baqajın içərisindəki şəxsi geyim əşyaların arasından sellofan paketə bükülmüş qutuda qablaşdırılan, hər birində 10 həb olmaqla, 470 konvalyut "Novartis Femara 2.5 mg" markalı dərman preparatı və həmin dərmanlara aid boş qutular aşkarlanıb. Yoxlama zamanı həmin şəxsə məxsus digər baqajın içərisində isə hər birində 10 həb olmaqla 343 konvalyut "Novartis Femara 2.5 mg" markalı dərman preparatları aşkar edilib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspert arayışına əsasən, tədqiqata təqdim edilmiş 1 ədəd konvalyutda ümumi 10 ədəd həb, üzərində "Novartis Femara 2,5 mg" sözləri yazılmış, sarı rəngli dairəvi formalı həblər letrozol tərkibli dərman preparatıdır və bu dərman preparatının 813 konvalyutunun qiyməti 47967 manat müəyyən edilib ki, bu da külli miqdar hesab olunur.

 

Faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
16:35 | Prezident: "Mən xahiş etdim ki, Xoşbəxt müəllim bura dəvət olunsun" 16:32 | "Azəriqaz": Havaların soyuq keçəcəyi günlərdə təbii qaza olan tələbat artırılacaq 16:27 | Nazir tibb müəssisələrinin rəhbərləri ilə şəxsən görüşərək XƏBƏRDARLIQ EDİB 16:25 | Azərbaycanda daha bir şəxsə vəzifə verildi 16:23 | "Biz xəbəri yayırıq ki, əhali gözlənilən kəskin havaya hazırlıqlı olsun" 15:30 | İcra Hakimiyyəti polisi təkzib etdi: “Rəsulzadənin barelyefi oğurlanıb” 15:25 | Röya: "Yumurta qədər hörmətimiz yoxdur" - FOTO 15:22 | Nazirdən ciddi kadr dəyişikliyi - İri şəhərlərə təyinat 15:01 | Sosial sığınacaqlar gücləndirilmiş iş rejiminə keçib 14:53 | İlham Əliyev “SOCAR karbamid” zavodunun açılışında - YENİLƏNİB + FOTO 14:15 | Yanvarın 17 və 18-də məktəblərdə dərs olmayacaq - ƏMR VERİLDİ 13:45 | QMİ-dən 20 Yanvar faciəsinin ildönümü ilə bağlı BƏYANAT 13:30 | Putinə qarşı sui-qəsdin qarşısı alınıb 13:15 | Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadə 10 faiz azaldıla bilər 13:00 | Nazirlik: Şiddətli külək şəraitində açıq havada və qızdırılmayan qapalı binalarda iş dayandırılmalıdır 11:49 | Diqqət! Bakının bir hissəsində qaz olmayacaq 11:46 | Xaçmaz sakini həmyerlisini qətlə yetirib 11:35 | Nazirlikdən ifrat hidrometreoloji hadisə ilə bağlı — AÇIQLAMA 11:32 | Millimizin üzvü bir hissə oynadı 11:30 | Dövlət qulluğuna qəbul üçün keçirilmiş daxili müsahibələrin nəticələri açıqlandı 11:25 | Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib 11:12 | Lionda Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib