Qaynarxətt: (+99470) 997 11 77
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
9-01-2019, 22:30 Oxunub: 7

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə İstanbul Böyükşəhər Bələdiyyəsi arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə İstanbul Böyükşəhər Bələdiyyəsi arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyə Başkanlığının müşaviri Hüseyn Erən, mədəniyyət idarəsinin sədr müavini Ömər Birinci və İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının müdiri Sedat Çakır ilə görüşüb. Bu barədə AZƏRTAC-a Fonddan məlumat verilib.

Bələdiyyənin binasında keçirilən görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əsas prioritet məqsədlərindən söz açan G.Əfəndiyeva yarandığı gündən etibarən türk dünyası mədəniyyətini və irsini qorumaq, öyrənmək və təbliğ etmək məqsədilə Fondun həyata keçirdiyi tədbirlər, layihələr və proqramlardan danışıb.

H.Erən Fond tərəfindən görülən işlərin qısa zamanda rəğbətlə qarşılandığını bildirib. Fondun türkdilli xalqların zəngin mədəni irsinin mühafizəsi, beynəlxalq arenada tanıdılması istiqamətində həyata keçirdiyi layihələrin önəmini vurğulayıb. O, həmçinin bu kimi mühüm vəzifənin icra olunmasında Fond ilə bələdiyyə arasında uğurlu qarşılıqlı əməkdaşlığa inandığını, İstanbul Böyükşəhər Bələdiyyəsinin Fonda tam dəstək verməyə hər zaman hazır olduqlarını söyləyib.

Görüş zamanı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihələrindən biri - türk dünyasının böyük yazıçısı və dramaturqu Hüseyn Cavidin "İblis” əsərinin İstanbulda səhnələşdirilməsi üçün artıq məşqlərə başlanıldığı qeyd edilib. Tamaşanın rejissoru Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Məlahət Abbasovadır. Eyni zamanda, əməkdaşlıq çərçivəsində türk dünyasının mədəni irsinin təbliği istiqamətində simpozium, konfrans, sərgilərin, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılan "Dədə Qorqud” kamera orkestrinin konsertinin İstanbulda fərqli məkanlarda təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub.


XƏBƏR LENTİ
15:30 | İcra Hakimiyyəti polisi təkzib etdi: “Rəsulzadənin barelyefi oğurlanıb” 15:25 | Röya: "Yumurta qədər hörmətimiz yoxdur" - FOTO 15:22 | Nazirdən ciddi kadr dəyişikliyi - İri şəhərlərə təyinat 15:01 | Sosial sığınacaqlar gücləndirilmiş iş rejiminə keçib 14:53 | İlham Əliyev “SOCAR karbamid” zavodunun açılışında - YENİLƏNİB + FOTO 14:15 | Yanvarın 17 və 18-də məktəblərdə dərs olmayacaq - ƏMR VERİLDİ 13:45 | QMİ-dən 20 Yanvar faciəsinin ildönümü ilə bağlı BƏYANAT 13:30 | Putinə qarşı sui-qəsdin qarşısı alınıb 13:15 | Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadə 10 faiz azaldıla bilər 13:00 | Nazirlik: Şiddətli külək şəraitində açıq havada və qızdırılmayan qapalı binalarda iş dayandırılmalıdır 11:49 | Diqqət! Bakının bir hissəsində qaz olmayacaq 11:46 | Xaçmaz sakini həmyerlisini qətlə yetirib 11:35 | Nazirlikdən ifrat hidrometreoloji hadisə ilə bağlı — AÇIQLAMA 11:32 | Millimizin üzvü bir hissə oynadı 11:30 | Dövlət qulluğuna qəbul üçün keçirilmiş daxili müsahibələrin nəticələri açıqlandı 11:25 | Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib 11:12 | Lionda Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib 10:18 | Lionda Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib 10:15 | Bakıda gecəyarısı dəhşətli hadisə - Yaralılar var 10:11 | Vergi islahatları əhalinin rifahını yaxşılaşdıracaq - ARAŞDIRMA 09:57 | Valyuta məzənnələri 09:53 | Bu gün Parisdə Azərbaycan və Ermənistan XİN başçıları görüşəcəklər