Qaynarxətt: (+99470) 997 11 77
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
9-01-2019, 17:01 Oxunub: 9

Bakıda "exchange" işçisinə hücum - 81 min pul oğurlandı

Paytaxtın Nizami rayonunda valyutadəyişmə məntəqəsinin əməkdaşı soyğunçuların hücumunun qurbanı olub.

Bu barədə sputnik.az-a Nizami rayonunun hüqua-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, yanvarın 8-də saat 18:20-də Qara Qarayev prospektində 93 nömrəli binanın yaxınlığında iki naməlum şəxs "exchange" işçisi olan 40 yaşlı Bakı şəhər sakini Mirzəyev Anar Əfsər oğluna hücum edib. Hücum edənlər Mirzəyevin arxasında gizlənərək onun başına ağır küt alətlə zərbə endiriblər. Qeyd edək ki, hadisə baş verərkən Mirzəyev təzəcə işdən çıxıb evə doğru gedirmiş. Zərərçəkmiş zərbə nəticəsində huşunu itirib. Cinayətkarlar Mirzəyevin əlindəki içində pul olan sellofan torbanı götürərək qaçıb gizləniblər.

Zərərçəkmiş verdiyi ilkin ifadədə torbada 81 750 manat pul olduğunu deyib. Mirzəyev soyğunçuların sifətini görməyib. Çünki, artıq qeyd etdiyimiz kimi, onu arxadan vurublar. Ehtimal var ki, cinayətkarlar "exchange" işçisini izləyərək onun iş qrafiki və hərəkət marşrutunu qabaqcadan müəyyən ediblər. İstintaqın versiyasına görə, hücum edən şəxslər metal predmeti sellofan torbada gizlədiblər və Mirzəyevin başına onunla zərbə endiriblər.

Hazırda Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları şübhəlilərin şəxsiyyətinin müəyyən edilməsi və saxlanması istiqamətində iş aparırlar. Soyğun faktı ilə bağlı cinayət işi açılıb.

Polisin verdiyi məlumata görə, son illərdə Bakıda valyutadəyişmə məntəqəsinin işçisinə qarşı buna bənzər hücum müşahidə edilməyib.

XƏBƏR LENTİ
15:30 | İcra Hakimiyyəti polisi təkzib etdi: “Rəsulzadənin barelyefi oğurlanıb” 15:25 | Röya: "Yumurta qədər hörmətimiz yoxdur" - FOTO 15:22 | Nazirdən ciddi kadr dəyişikliyi - İri şəhərlərə təyinat 15:01 | Sosial sığınacaqlar gücləndirilmiş iş rejiminə keçib 14:53 | İlham Əliyev “SOCAR karbamid” zavodunun açılışında - YENİLƏNİB + FOTO 14:15 | Yanvarın 17 və 18-də məktəblərdə dərs olmayacaq - ƏMR VERİLDİ 13:45 | QMİ-dən 20 Yanvar faciəsinin ildönümü ilə bağlı BƏYANAT 13:30 | Putinə qarşı sui-qəsdin qarşısı alınıb 13:15 | Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadə 10 faiz azaldıla bilər 13:00 | Nazirlik: Şiddətli külək şəraitində açıq havada və qızdırılmayan qapalı binalarda iş dayandırılmalıdır 11:49 | Diqqət! Bakının bir hissəsində qaz olmayacaq 11:46 | Xaçmaz sakini həmyerlisini qətlə yetirib 11:35 | Nazirlikdən ifrat hidrometreoloji hadisə ilə bağlı — AÇIQLAMA 11:32 | Millimizin üzvü bir hissə oynadı 11:30 | Dövlət qulluğuna qəbul üçün keçirilmiş daxili müsahibələrin nəticələri açıqlandı 11:25 | Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib 11:12 | Lionda Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib 10:18 | Lionda Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib 10:15 | Bakıda gecəyarısı dəhşətli hadisə - Yaralılar var 10:11 | Vergi islahatları əhalinin rifahını yaxşılaşdıracaq - ARAŞDIRMA 09:57 | Valyuta məzənnələri 09:53 | Bu gün Parisdə Azərbaycan və Ermənistan XİN başçıları görüşəcəklər