Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
2-01-2019, 12:48 Oxunub: 105

Ozobiç: "Azərbaycan millisində oynamaq təklifi alsam..."

Ozobiç: "Azərbaycan millisində oynamaq təklifi alsam..."
 

Avrokuboklarda çoxlu oyun keçirdik. Beynəlxalq matçlarımız daha çox olduğundan baş məşqçimiz çempionat oyunlarında rotasiyalar etdi. Ümid edirəm ki, çempionatın sonunda titul əldə edəcəyik. Birinci pillədəki "Neftçi" bizdən 3 xal öndədir. Orada iki xorvatiyalı - Qoran Paratski və Slavko Braliç də çıxış edir.

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Filip Ozobiç  deyib. Xorvatiyalı yarımmüdafiəçi ölkəsinin mətbuatına müsahibəsində əvvəlcə ötən ilin yayında "Qəbələ"dən "Qarabağ"a keçidindən danışıb: "Qəbələ"ni qoyub getdiyim üçün onlardan üzr istəyirəm. Amma bu, futboldur. Ayrılıq qərarı bir qədər üzücü oldu. Onlar zarafatca soruşurdular ki, nəyin çatmırdı. Amma indi mənim klubum "Qarabağ"dır".

Ozobiç AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan və Xorvatiya millilərinin eyni qrupa düşmsəinə münasibət bildirib. O, Xorvatiyanı qrupun aşkar favoriti adlanıdırıb: "Azərbaycanlı oyunçuları tanıyıram. "Qarabağ" millinin onurğa sütunudur.  Əksər futbolçuların beynəlxalq oyun təcrübəsi var. Onların arasında Mahiri fərqləndirərdim. Gənc hücumçu böyük potensiala, sürətli və sol ayaqla oynamağa qadirdir. "Qarabağ" onun üçün özünü xaricdə göstərmək baxımından yaxşı tramplindir. Xorvatiya mütləq qrup birincisi kimi mərhələ adlayacaq".

Ozobiç "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Azərbaycan millisindən gedişi ilə bağlı sualı cavablandırarkən bunun səbəbini bilmədiyini qeyd edib: "Nəyin baş verdiyini bilmirəm. Qurbanov "Qarabağ"da özünü yaxşı baş məşqçi kimi göstərdi. Öz komandasını sevən, topla oyunu və matça nəzarət etməyi sevən mütəxəssisdir".

Üç ilə yaxındır ölkəmizdə çıxış edən 28 yaşlı futbolçu Azərbaycan millisində oynamaq perspektivindən də danışıb: "Vətəndaşlıq üçün şərtləri yerinə yetirsəm və millidə oynamağım üçün mənə zəng etsələr, mütləq təklifi qəbul edəcəyəm. "Qarabağ"la ötən yay 2+1 illik müqavilə bağlamışam. Orada işlərim qaydasındadır. Xorvatiyanın böyük klublarda yüksək səviyyəli futbolçuları olsa da, Azərbaycana qarşı oynamaq çətindir. Təəssüf ki, "Hayduk"da çıxış etdiyim vaxt zədələndim və nəyə qadir olduğumu göstərə bilmədim. Bilmək olmaz ki, bu, olmasaydı, karyeranda hansısa dönüş ola bilərdimi? Amma mən xoşbəxtəm, "Qarabağ" xoşuma gəlir"


XƏBƏR LENTİ
15:26 | İmkanlı şəxslərə müraciyyət 15:11 | İlham Əliyev Xələf Xələfovu təltif etdi 15:10 | Təcili olaraq işlənmiş video kolposkop alıram 15:07 | Zakir Həsənov yenə cəbhədə 15:07 | Zakir Həsənov yenə cəbhədə 15:02 | "Hakim “Leş Tofiq”ə bəraət qazandırsa, nə qədər ömrüm var onu biabır edəcəm..." 14:58 | Sabahın hava PROQNOZU: yağış, sulu qar, qar... 14:54 | Prezident icra başçısını ordenlə təltif etdi 14:47 | Tarixdə bu gün 21 sentyabr Sülh günü kimi qeyd edilir. 11:51 | “Başqa dildə olan məhsulların Azərbaycanda satılması əhali üçün təhlükəlidir...” - QALMAQAL 11:36 | Şamaxıda kütləvi dava: - tərəfləri ayıran kişinin qulağını kəsdilər 11:17 | Kremlin KTMT planı: İkibaşlı oyun - TƏHLİL 11:04 | Bakının “Rus NATO-su”ndakı gizli adamı - İrəvanda təlaş 10:51 | Azərbaycandan Türkiyə limanları vasitəsilə yük daşımalarının həcmi AÇIQLANIB 23:00 | Qəribə dələduzluq: "Qızılları imkanlı şəxslərə satacam" - TƏFƏRRÜAT 22:30 | “İradə ilə Nuranın kaprizi insanı sənətindən küsdürür” 22:00 | Dolların sentyabrın 23-nə olan məzənnəsi açıqlanıb 21:40 | Bakıda polis əməkdaşını avtomobil vurub 21:20 | Vladimir Putin Qırğızıstan Prezidenti ilə görüşüb 21:06 | 200 milyon insanın həyatı TƏHLÜKƏDƏDİR - XƏBƏRDARLIQ 17:55 | Prezident Mehriban İmanovaya YÜKSƏK VƏZİFƏ VERDİ 17:46 | Zöhrə Ağamirova Olimpiadaya vəsiqə qazanan ilk azərbaycanlı idmançı oldu