Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
29-12-2018, 11:47 Oxunub: 153

Abel Məhərrəmovun Madrid MACƏRASI - Və yaxud Allahşükür Paşazadə bu olayları niyə yasalamaqla məşğuldur?

Abel Məhərrəmovun Madrid MACƏRASI - Və yaxud Allahşükür Paşazadə bu olayları niyə yasalamaqla məşğuldur?
 
Mənim Abel Məhərrəmovla bağlı heç bir qərəzçiliyim yoxdur və buna heç zaman əsas da olmayıb. Yazılarımı oxuyanlar da orada qərəzçilik olmadığını bildirirlər. Unversitetdə baş verən neqativ hallar haqqında 2003-cü ildən başlayaraq "Hürriyət”, "Azadlıq”, "Yeni Müsavat”, "Bizim yol”, "Müxalifət”... qəzetlərində ictimai düşüncədə bəyənilən, yaxşı qəbul olunan, bəziləri BDU-da işlədiyib zamanda olmaqla, "BDU-nun Elmi İşlər Prorektoruna”, "Abel Məhərrəmovun Avtoritarizmi”, "Bakı Devlət Universitetində Məhkəmə”, "Bakı Devlət Universitetində 37-ci il Repressiyası” adlı 20-dən aşırı ifşaedici yazı dərc elətdirmişəm, faktlar açıqlamışam. İstəmişəm, belə hallar aradan qaldırılsın. Bununla ilgili tədbirlər görüləcəyini düşünmüşəm, təəssüf, belə olmayıb. Məcbur olub 2013-cü ildə dərc elətdirdiyim "Abel Məhərrəmovun biblioqrafiyası” adlı iri həcmli yazımı poçt vasitəsilə, xəbərnamə ilə dövlət rəhbərlərinə çatdırmışam. Yenə də bir soraq çıxmayıb.

Başqa məqsədlə 2014-cü ilin oktyabrında Respublika prezidentinə, AR Milli Məclisinin sədrinə, AMEA prezidentinə göndərdiyim "Düzün Sözü” adlı kitabımda BDU haqda da üç tənqidi yazım var idi. Kitabdakı bu yazılarımın da nəzərə çarpacağını və A.Məhərrəmovun neqativ əməlləri barədə ölçü götürüləcəyini düşünürdüm...

Başqa bir cəhət. A.Məhərrəmov bir zaman Heydər Əliyevin haqqında o, Kremldə işləyərkən oraya azərbaycanlılardan tonlarla şikayət məktubunun göndərildiyini televiziya ekranlarından dedi. O zamanlar bu fikri söyləyən başqaları da ortaya çıxdı. Sözsüz, azərbaycanlılar arasında SSRİ rəhbərləri sırasında yüksək mövqeyə yüksəlmiş soydaşları haqqında belə bir iş tutmaq fikrində olan, belə bir namussuzluğa qol qoyan adam tapılmazdı. Mən çox düşündüm, A.Məhərrəmovun dediyi bu fikrin əsassız, ziyanlı olduğu qənaətinə gəldim və fikrimi mətbuat vasitəsilə yaydım.

Doğrusuna qalsa, tonlarca şikayət məktublarının yazılmasını və başqa işlərini təşkil etmək, yerinə yetirmək üçün "tonlarca” para lazım olmalı idi. Bu paraların ermənilərdə olmasına heç kimdə şübhə ola bilməzdi. Çünki 70-ci illərdədən bu yana onlar öz soydaşlarının harada yaşamasından asılı olmayaraq heç kimdən, heç nədən çəkinməyərək, onlardan hər ay para yığırdılar. Bu erməni paralarının adı çəkilən məktubların təşkili işlərinə sərf etmələri hansısa şübhə doğura bilərmi? Düşmənlərin Heydər Əliyev haqqında öz xalqı adından tonlarca şikayət məktubu göndərməkdə məqsədləri nə idi? Bu işdə onların qlobal məqsədləri Heydər Əliyevin ləkələnərək SSRİ rəhbərliyindən uzaqlaşdırılması, öz xalqı ilə arasında etimadsızlıq, inamsızlıq və düşmənçilik yaradılması idi...

A.Məhərrəmov özünün "Madrid olayları”na görə cəzalandırıldı. Respublika prezideni cənab İlham Əliyev noyabrın 6-da onu sərəncamla tutduğu vəzifədən qovub uzaqlaşdırdı. Güman edirəm, prezidentin bu sərəncamı verməsində gec də olsa, mənim yazılarımın az-çox rolu olmamış deyil. Ancaq A.Məhərrəmovun özbaşınalıqları ilə bağlı dərc olunan yazılara zamanında reaksiya verilsəydi, onun özbaşınalıqları belə böyük vüsət almazdı.

A.Məhərrəmov hazırda özünün "Madrid olayları”nı inkar etmək, Qafqaz Müsəlmanları İidarəsinin rəisi cənab Hacı Allahşükür Paşazadə də bu olayları "bir Hacı olaraq” yasalamaqla məşğuldur. Doğrudur, "Hacı və yasalama” başqa bir yazının konusudur. Ancaq AR Baş Nazirinin Birinci Yardımçısı, Abel müəllimin pusquda dayanan qudası Yaqub Eyyubov prezidentin sözünün, adı çəkilən sərəncamının təsirini azaltmağa, Abel qudasını "sudan quru çıxartmağ”a çalışır. Bu, xalqın dövlətə, onun rəhbərinin nüfuzuna təsir göstərə bilməyəcəyinə kim zəmanət verə bilər? Dövlət başçısı bir sözü bir yol deyər, bir sərəncamı da bir yol verər. Ancaq adları vurğulanan səlahiyətli şəxslər Abelimizin (deyim tərzi Hacıbala müəllimə məxsusdur) "Madrid olayları” barədə dövlət başçısının sözünü, sərəncamını ikiləşdirməyə çalışırlar. Mən bir vətəndaş olaraq bu halı yolverilməz sayıram.

Yaqub Eyyubov-Abel Məhərrəmov qudaçılığı və "sudan quru çıxartmağa” çalışma söhbətinin ortaya gətirilməsi mənə aid deyil, el arasında gəzən, hamının bildiyi, söylədiyi söhbətdir. Elin sözü yalan olmaz. Yaqub müəllim doğrudan da bu yöndə çalışmaq istəyirsə belə, onun Vətən və millətsevərliyinə, ölkə prezidentinə sadiqliyinə mənim zərrəcə inamım qalmır. Çünki öncə bu hərəkət ölkə prezidentinin sərəncamını qüvvədən salmağa xidmət edir; eləcə də prezidentin xalq arasındakı nüfuzuna mənfi təsir göstərməyə bilməz. Bir vətəndaş olaraq belə hala mən qəti etirazımı bildirirəm. Yadda saxlayın: nə qədər məmurlarımız, hacılarımız... ölkə prezidentinin fikirlərini, sərəncamlarını, fərmanlarını gücləndirmək yerinə zəiflətmək yolunu tutacaqlar, o qədər də ölkədə "ala qarğa bala çıxara” bilməyəcək.

Bir də, toplunun bildiyi kimi, hakimiyətimizdə hamı-hamının qudası, hamı-hamının yerlisi, hamı-hamının doğmasıdır. Odur, bunlar bir-birinə qanunsuz himayədarlıq edirlər, bir-birinin nöqsanlarını, cinayətlərini ört-basdır edirlər. Bununla, ziyanlı əməllərin yenidən təkrarlanmasına şərait yaranmış olur.

Qanunsuz himayədarlığın verdiyi fəsadları tənqid eləmək bunların aradan qaldırılması üçün heç də yetərli olmur. Mənə belə gəlir, himayədarlıq etmə halları üçün inzibati cəza tətbiq olunmalıdır. Bunun aşağı həddi işdən azad etmək olmalıdır. Belə olarsa, haqsız himayədarlıq edənlər də qanun qarşısında çəkinərlər.

Qəribədir, vəzifə tutanda xalqdan, ona ədalətli xidmətdən danışanlar çox zaman xalqı özününkülərə və özgələrə ayırırlar. Özününkülərə himayəçilik edirlər, "özgələr”ə isə qənim kəsilirlər. Bu, artıq bizdə adi haldır. Ölkədə hər kəs öz səlahiyyətlərindən yararlanaraq "özününkülər”i tutduğu əməllərinə görə olan qınaqdan, ittihamdan, cəzadan qurtaracaqsa, bu ölkənin gələcəyi necə olacaq? Həbsxanalarda cinayətkarlara aid olan yerləri cinayətsiz arxasızların, yazıq-yuzuqların balaları tutacaq?

Cənab Eyyubov xalqı belə-belə əməlləri ilə kükrətsə, arxasında heç zaman qudası A.Məhərrəmov dura bilməyəcək. Odur, onun Abel Məhərrəmov kimi ləkəli adamlardan uzaq durması, xalqa bel bağlaması gərəklidir. Unutmaq olmaz, nöqsan ört-basdır edilsə, o düzəlməz. Nöqsan düzəldilməyən yerdə isə, irəliləyişdən söhbət gedə bilməz.

Abel Məhərrəmovu ölkə başçısı neqativ əməllərinə görə noyabrın 15-də tutduğu (tutduğu!) vəzifədən uzaqlaşdırıb. O isə, rektorluqdan uzaqlaşdırıldıqdan sonra qanunsuz zəbt elədiyi Üzvi Kimya kafedrasının müdirliyi vəzifəsini Yaqub Eyyubov kimi "quda”larına güvənərək öz əlində saxlayır və hələ qanunsuz olaraq "kafedrası” üçün tualet də tikdirir. BDU-da təqribən, 100 kafedra varsa, əlavə olaraq 100 də tualet olmalıdır. Belə ola bilməz. Ona görə də Abel Məhərrəmovun tualetini "qanunsuz” tualet adlandırdım.

Bəhmən SULTANLI \\hurriyyet.org\\ 

XƏBƏR LENTİ
17:07 | Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi açıqlaması 17:04 | Türkiyədə Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb 16:55 | İntihar edən gənclərdən yeni xəbər 16:25 | Dərslər başlamadan bunları edin - Həkim 16:10 | Gəncə hadisələrinə görə tutulanlardan biri AZADLIQDA 15:18 | “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert 15:15 | Bakıda ərəblərin şam işığında romantik görüşü yanğınla bitdi 15:13 | Putin: "Rusiya beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ-la dialoqa açıqdır" 15:11 | Azərbaycanın xarici dövlət borcu açıqlandı 15:09 | SON DƏQİQƏ: Bakıda güclü yanğın 14:13 | İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib - Bəyanat 14:09 | Paytaxtın bu ərazisində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur 14:06 | Ankara-Moskva münasibətlərində SOYUQ KÜLƏK - Ekspert səbəbləri AÇIQLADI 13:42 | "Liverpul" Premyer Liqa tarixində ən bahalı saziş bağlamağa hazırlaşır 13:39 | Şənbə günü hava necə olacaq? 13:18 | Türkiyədə gizli neft satan azərbaycanlılar saxlanıldı 13:09 | İş axtaranlara ŞAD XƏBƏR 12:32 | Vilayət Eyvazovdan polislərə tapşırıq: "Nəzakətli olmaq lazımdır" - VİDEO 12:10 | Almaniyada azərbaycanlıların davası ilə bağlı cinayət işi başlanıldı - Deportasiya olunacaqlar 11:24 | Mədət Quliyevdən yeni təyinat 10:54 | Bu il ilk dəfə dərsə gedəcək şagirdlər, tələbələr… - STATİSTİKA 10:30 | Sürücülərin diqqətinə