Qaynarxətt: (+99470) 997 11 77
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
6-12-2018, 17:00 Oxunub: 11

Televiziyalar MTRŞ-nın ədəbi dillə bağlı iradlarına münasibət bildirdi - SORĞU

Televiziyalar MTRŞ-nın ədəbi dillə bağlı iradlarına münasibət bildirdi - SORĞU
 

Azərbaycan televiziyaları Milli Televiziya və Radio Şurasının (MTRŞ) ötən gün keçirilən hesabat iclasında televiziyalarda ədəbi dilin bütün normalarının pozulması ilə bağlı iradlarına münasibət bildirib.

Xeberekspress.Az report-a istinadən bununla bağlı televiziyaların mövqeyini təqdim edir:

ARB televiziyasının mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli sayta deyib ki, dünən baş tutan tədbir olduqca böyük əhəmiyyət kəsb edirdi: "Hər bir televiziyaya lazımi raportlar verildi və biz də öz növbəmizdə bu iradları aparıcılarımıza çatdırıb bütün zəruri tədbirləri görəcəyik".

"Lider" televiziyasının "Lider Xəbər" departamentinin rəhbəri Aynurə Vəliqızı report-a açıqlamasındatəmsil etdiyi efir məkanı ilə bağlı qüsurların az olduğunu deyib: "Buna baxmayaraq dünənki iclasdan qayıdan kimi xəbər və şou aparıcıları ilə danışıqlar oldu və onlara bəzi tövsiyələr verildi. Bir faktı da qeyd edim ki, televiziyamızda tanınmış dil mütəxəssisləri tərəfindən mütəmadi şəkildə təlimlər təşkil edilir. "Lider" televiziyası yaranandan bu məsələyə ciddi fikir verilir. İşimizi bundan sonra daha da gücləndirəcəyik. Gələcəkdə televiziyamızın bu cür siyahıda adının çəkilməsini istəmirik. Fəaliyyətimizi elə adımıza uyğun olaraq davam etdirmək niyyətindəyik".

 

ATV kanalının İctimai-siyasi verilişlər departamentinin baş redaktoru Vaqif Aydınoğlu  isə qeyd edib ki, televiziyalarda aparıcıların dil məsələsi ilə bağlı monitorinqlər hər zaman olub və bundan sonra da davam edəcək: "Təbii ki, televiziyaların üzərinə düşən vəzifə belə səhvlərə yol verməmək, səlis danışıq qabiliyyəti olan aparıcıları ön planda tutmaq və bu işi davam etdirməkdir. Efir zamanı bu sahədə müəyyən çatışmazlıqların olması qaçılmazdır. Əlimizdən gələni edəcəyik bu kimi nöqsanlar maksimum dərəcədə az olsun. Həmişə öz işimizə məsuliyyətli yanaşmışıq, bundan sonra da belə olacaq. Hər gün mütəmadi şəkildə aparıcılarla efirdən sonra söhbət edirik".

İctimai Televiziyadan sayta bildirilib ki, bu məsələ ilə bağlı müvafiq addımlar atılacaq.

"Xəzər" və "Space" televiziyalarından münasibət öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, MTRŞ-nın ötən gün keçirilən iclasında şura sədri Nuşirəvan Məhərrəmli televiziya və radioların efirlərində ədəbi dillə bağlı vəziyyətin ürəkaçan olmadığını bildirib. Tədbirdə televiziya və radioların efirində gedən ədəbi dil qüsurları açıqlanıb.

XƏBƏR LENTİ
17:30 | Qış şaxtalı keçəcək? - RƏSMİ AÇIQLAMA 17:15 | Baş nazir təqaüdlər və müavinətlərlə bağlı QƏRAR VERDİ 17:00 | Ramil Usubovdan YENİ TƏYİNAT 16:45 | Yoxsul insanlara ŞAD XƏBƏR: iki ton ərzaq paylanacaq 16:30 | “Bizi Azərbaycana silah satmaqda qınamaq lazım deyil” - Lukaşenko 15:29 | Türkiyədə SOCAR neft-kimya kompleksinin idarə heyətində dəyişiklik olub 15:22 | Daha bir vəzifədə olan şəxs istefa verir? 15:06 | Baş nazirdən MÜHÜM AÇIQLAMA: 2019-cu ildən... 14:50 | “Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı YENİ TƏFƏRRÜATLAR 14:37 | Aİ növbəti dəfə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib 13:26 | Azərbaycanda dəfnetmə qaydaları DƏYİŞDİ : Pulsuz olacaq 12:55 | Mövlud Çavuşoğlu: "Azərbaycanın QDİƏT-ə sədrliyi müddətində bir sıra problemləri həll etmək mümkün oldu" 12:39 | Bakı Limanı köçürülür 12:21 | Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - FOTO 11:29 | Düşmən ölkənin “nəfəsliyi” kiçilir - Paşinyana "tələs" çağırışı... 11:15 | Valideynlərindən uşağa inanılmaz işgəncə - Foto 11:02 | Yeni başçı özünə müavin təyin etdi 10:45 | Şəhərdaxili ictimai nəqliyyatda sərnişinlərin həyatı nə üçün sığortalanmır? - Qanunda boşluq 10:21 | Mətanət "Maşın" şoudan niyə imtina etdi? - AÇIQLAMA 10:10 | Cəbhədən XƏBƏR VAR 09:59 | "Özüm bilərəm" - Avtobusu qapısı açıq şəkildə idarə edən sürücüdən sərnişinə cavab 09:48 | "Bunu yalnız qorxaqlar edə bilərlər" - Qurban Qurbanov