Qaynarxətt: (+99470) 997 11 77
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
6-12-2018, 15:39 Oxunub: 10

160 minlik dələduzluq...

160 minlik dələduzluq...
 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Qədir Sultanovun məhkəməsi başlayıb. 

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. 

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses dekabrın 13-də davam etdiriləcək. 

Q.Sultanov zərərçəkmiş Xanımbacı İsmayılovaya 160 min manat pul "atmaq”da ittiham olunur.

X.İsmayılovanın qızı Həcər Quliyeva və nəvəsi Sahib Quliyev dələduzluqda ittiham edilib. H.Quliyeva 10 il 6 ay, oğlu Sahib isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Onlardan şikayətçi olan şəxs isə elə öz qohumları olub. X.İsmayılovanın kürəkəni Rasim Salmanov bildirib ki, Sahib onun etibarından istifadə edərək 2,1 milyon manat pulu onun bank hesabından çıxararaq mənimsəyib. R.Salmanov "Bizim Market” şəbəkəsinin sahibidir. İstintaq zamanı S.Quliyev ona 263 min manat nağd pul ödəyib, 700 min manatlıq əmlak verib. Sahib istintaqa ilkin ifadəsində pulun 1 milyonunu nənəsi Xanımbacıya verdiyini deyib.

Qədir Sultanov isə bu prosesdən sonra ortaya çıxıb və X.İsmayılovaya söz verib ki, onun qızı Həcəri həbsdən çıxartdıracaq. Bu işdə ona Sahib Şükürov və Natiq Məmmədov adlı şəxslər də kömək edib. Q.Sultanovun birgə iş gördüyü Sahib Şükürov o zaman Xanımbacı İsmayılovdan bu iş üçün 800 min manat almaqda ittiham edilmişdi. 

S.Şükürov bu ilin avqust ayında  dələduzluğa görə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin zaman məhkəmə prosesində Qədir Sultanov şahid kimi ifadə verib. Daha sonra o da cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib. Natiq Məmmədov isə istintaqdan yayındığı üçün axtarışa verilib. 

XƏBƏR LENTİ
17:30 | Qış şaxtalı keçəcək? - RƏSMİ AÇIQLAMA 17:15 | Baş nazir təqaüdlər və müavinətlərlə bağlı QƏRAR VERDİ 17:00 | Ramil Usubovdan YENİ TƏYİNAT 16:45 | Yoxsul insanlara ŞAD XƏBƏR: iki ton ərzaq paylanacaq 16:30 | “Bizi Azərbaycana silah satmaqda qınamaq lazım deyil” - Lukaşenko 15:29 | Türkiyədə SOCAR neft-kimya kompleksinin idarə heyətində dəyişiklik olub 15:22 | Daha bir vəzifədə olan şəxs istefa verir? 15:06 | Baş nazirdən MÜHÜM AÇIQLAMA: 2019-cu ildən... 14:50 | “Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı YENİ TƏFƏRRÜATLAR 14:37 | Aİ növbəti dəfə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib 13:26 | Azərbaycanda dəfnetmə qaydaları DƏYİŞDİ : Pulsuz olacaq 12:55 | Mövlud Çavuşoğlu: "Azərbaycanın QDİƏT-ə sədrliyi müddətində bir sıra problemləri həll etmək mümkün oldu" 12:39 | Bakı Limanı köçürülür 12:21 | Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - FOTO 11:29 | Düşmən ölkənin “nəfəsliyi” kiçilir - Paşinyana "tələs" çağırışı... 11:15 | Valideynlərindən uşağa inanılmaz işgəncə - Foto 11:02 | Yeni başçı özünə müavin təyin etdi 10:45 | Şəhərdaxili ictimai nəqliyyatda sərnişinlərin həyatı nə üçün sığortalanmır? - Qanunda boşluq 10:21 | Mətanət "Maşın" şoudan niyə imtina etdi? - AÇIQLAMA 10:10 | Cəbhədən XƏBƏR VAR 09:59 | "Özüm bilərəm" - Avtobusu qapısı açıq şəkildə idarə edən sürücüdən sərnişinə cavab 09:48 | "Bunu yalnız qorxaqlar edə bilərlər" - Qurban Qurbanov