Qaynarxətt: (+99470) 997 11 77
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
5-12-2018, 16:00 Oxunub: 13

Gömrük Xidmətinin Bakıda saxlanılan keçmiş rəhbəri vətəninə qaytarılacaq - YENİLƏNİB

Gömrük Xidmətinin Bakıda saxlanılan keçmiş rəhbəri vətəninə qaytarılacaq - YENİLƏNİB
 

14:57

Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin keçmiş sədri Adamkul Junusovun Bişkekə qaytarılması ilə bağlı müvafiq prosedur məsələlərini yerinə yetirmək üçün yaxın vaxtda Bakıya müstəntiqlər qrupu göndəriləcək.

Report Qırğız Respublikası KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Dövlət İqtisadi Cinayətlərlə Mübarizə Xidmətindən bildirilib. Həmçinin bu şəxsin Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanıldığını təsdiqlənib.

Qırğız Respublikasında 2013-2016-cı illərdə Dövlət Gömrük Xidmətinin sədri vəzifəsində çalışmış, bu il avqust ayından İnterpol xətti ilə axtarışa verilən Ədəmqul Junusov Cinayət Məcəlləsinin xidməti 304-cü maddəsi (vəzifəsindən sui-istifadə) ilə ittiham olunur.

-----------
11:34

 

Qırğız Respublikasının hüquq-mühafizə orqanları tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş bu ölkənin Dövlət Gömrük Xidmətinin sabiq sədri Adamkul Junusov Bakıda saxlanılıb.

Xeberekspress.Az-ın report-a istinadən xəbərinə görə, Qırğız Respublikası Cinayət Məcəlləsinin 304-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə axtarışda olan Adamkul Junusov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında tutulub.

Qeyd edək ki, A.Junusov bu ilin avqust ayında axtarışa verilib. O, 2013-2016-cı illərdə Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin sədri vəzifəsində çalışıb.


XƏBƏR LENTİ
17:30 | Qış şaxtalı keçəcək? - RƏSMİ AÇIQLAMA 17:15 | Baş nazir təqaüdlər və müavinətlərlə bağlı QƏRAR VERDİ 17:00 | Ramil Usubovdan YENİ TƏYİNAT 16:45 | Yoxsul insanlara ŞAD XƏBƏR: iki ton ərzaq paylanacaq 16:30 | “Bizi Azərbaycana silah satmaqda qınamaq lazım deyil” - Lukaşenko 15:29 | Türkiyədə SOCAR neft-kimya kompleksinin idarə heyətində dəyişiklik olub 15:22 | Daha bir vəzifədə olan şəxs istefa verir? 15:06 | Baş nazirdən MÜHÜM AÇIQLAMA: 2019-cu ildən... 14:50 | “Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı YENİ TƏFƏRRÜATLAR 14:37 | Aİ növbəti dəfə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib 13:26 | Azərbaycanda dəfnetmə qaydaları DƏYİŞDİ : Pulsuz olacaq 12:55 | Mövlud Çavuşoğlu: "Azərbaycanın QDİƏT-ə sədrliyi müddətində bir sıra problemləri həll etmək mümkün oldu" 12:39 | Bakı Limanı köçürülür 12:21 | Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - FOTO 11:29 | Düşmən ölkənin “nəfəsliyi” kiçilir - Paşinyana "tələs" çağırışı... 11:15 | Valideynlərindən uşağa inanılmaz işgəncə - Foto 11:02 | Yeni başçı özünə müavin təyin etdi 10:45 | Şəhərdaxili ictimai nəqliyyatda sərnişinlərin həyatı nə üçün sığortalanmır? - Qanunda boşluq 10:21 | Mətanət "Maşın" şoudan niyə imtina etdi? - AÇIQLAMA 10:10 | Cəbhədən XƏBƏR VAR 09:59 | "Özüm bilərəm" - Avtobusu qapısı açıq şəkildə idarə edən sürücüdən sərnişinə cavab 09:48 | "Bunu yalnız qorxaqlar edə bilərlər" - Qurban Qurbanov