Qaynarxətt: (+99470) 997 11 77
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
5-12-2018, 15:15 Oxunub: 14

Azərbaycan Rusiyaya etiraz etdi

Azərbaycan Rusiyaya etiraz etdi
 

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti Yerevanda keçirilmiş Rusiya-Ermənistan "Lazarev klubu"nun ilk iclası ilə bağlı açıqlama yayıb. Sonxeber.az-ın məlumatına görə, açıqlamada deyilir ki, Ermənistan və Rusiya KİV-ləri bu ilin 30 noyabr – 1 dekabr tarixlərində Yerevanda keçirilmiş Rusiya-Ermənistan "Lazarev klubunun" birinci iclası barədə məlumatlar veriblər.

"Özünü ictimai diplomatiyanın yeni formatı qismində təqdim edən bu klubun əsas təşəbbüskarlarından və təşkilatçılarından biri, hazırda Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının yeddinci çağırışında MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitə sədrinin birinci müavini vəzifəsini tutan Konstantin Zatulindir.

Təşkilatçılar tərəfindən Ermənistan Respublikasının işğal etdiyi Azərbaycan Respublikasının ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələrinin iclasa dəvət olunması, həmçinin iclas zamanı K.Zatulinin özü, eləcə də Rusiya XİN-in Veteranlar Şurasının keçmiş sədri, fövqəladə və səlahiyyətli səfir ranqı olan Vladimir Kazimirov, K.Zatulinin rəhbərlik etdiyi MDB ölkələrinin institutunun direktor müavini Vladimir Yevseyev və digər şəxslər tərəfindən səsləndirilən və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı açıq hücum xarakteri daşıyan fikirlər Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə xələl gətirmək məqsədi güdür", - deyə qeyd olunan açıqlamada sonra bildirilir ki, bundan əlavə, K.Zatulinin səsləndirdikləri MDB çərçivəsində əməkdaşlığın inkişafı maraqlarına qarşı gələrək, onun Dövlət Dumasının müvafiq komitə rəhbərinin birinci müavini statusuna uyğun gəlmir.

Həmçinin, qeyd edilir ki, V.Yevseyevin açıqlaması isə tamamilə cəfəngiyyatdır və MDB çərçivəsində əməkdaşlıq ruhuna zərbədir.

"Nəhayət, "Lazerev klubu"nun ümumi tonu Rusiya Federasiyası da daxil olmaqla, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinin irəli aparılması səyləri ilə ziddiyyət təşkil edir", - deyə sonda qeyd olunur.


XƏBƏR LENTİ
17:30 | Qış şaxtalı keçəcək? - RƏSMİ AÇIQLAMA 17:15 | Baş nazir təqaüdlər və müavinətlərlə bağlı QƏRAR VERDİ 17:00 | Ramil Usubovdan YENİ TƏYİNAT 16:45 | Yoxsul insanlara ŞAD XƏBƏR: iki ton ərzaq paylanacaq 16:30 | “Bizi Azərbaycana silah satmaqda qınamaq lazım deyil” - Lukaşenko 15:29 | Türkiyədə SOCAR neft-kimya kompleksinin idarə heyətində dəyişiklik olub 15:22 | Daha bir vəzifədə olan şəxs istefa verir? 15:06 | Baş nazirdən MÜHÜM AÇIQLAMA: 2019-cu ildən... 14:50 | “Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı YENİ TƏFƏRRÜATLAR 14:37 | Aİ növbəti dəfə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib 13:26 | Azərbaycanda dəfnetmə qaydaları DƏYİŞDİ : Pulsuz olacaq 12:55 | Mövlud Çavuşoğlu: "Azərbaycanın QDİƏT-ə sədrliyi müddətində bir sıra problemləri həll etmək mümkün oldu" 12:39 | Bakı Limanı köçürülür 12:21 | Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - FOTO 11:29 | Düşmən ölkənin “nəfəsliyi” kiçilir - Paşinyana "tələs" çağırışı... 11:15 | Valideynlərindən uşağa inanılmaz işgəncə - Foto 11:02 | Yeni başçı özünə müavin təyin etdi 10:45 | Şəhərdaxili ictimai nəqliyyatda sərnişinlərin həyatı nə üçün sığortalanmır? - Qanunda boşluq 10:21 | Mətanət "Maşın" şoudan niyə imtina etdi? - AÇIQLAMA 10:10 | Cəbhədən XƏBƏR VAR 09:59 | "Özüm bilərəm" - Avtobusu qapısı açıq şəkildə idarə edən sürücüdən sərnişinə cavab 09:48 | "Bunu yalnız qorxaqlar edə bilərlər" - Qurban Qurbanov