Qaynarxətt: (+99470) 997 11 77
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
5-12-2018, 11:15 Oxunub: 11

Minskdə “Mənim Azərbaycanım” adlı sərgi açılıb

Minskdə “Mənim Azərbaycanım” adlı sərgi açılıb
 

Azərbaycanın Belarusdakı səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş "Mənim Azərbaycanım” adlı sərgi təşkil edib.

AZƏRTAC xəbər verir ki, səfirlik Belarus Milli İncəsənət Muzeyində təşkil olunan bu sərgi ilə əlamətdar hadisələrə həsr etdiyi silsilə tədbirlərə yekun vurub.

Sərgidə Azərbaycanın milli geyimləri və musiqi alətləri, xalça nümunələri və milli mətbəximizə aid qablar nümayiş etdirilib.

Tədbirdə Minskdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri, Belarus parlamentinin yuxarı və aşağı palatalarının deputatları, xarici işlər və mədəniyyət nazirlərinin birinci müavinləri, Belarusun tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Sərginin açılış mərasimində Belarus Milli İncəsənət Muzeyinin direktoru Vladimir Prokoptsov, Belarusun mədəniyyət nazirinin birinci müavini Natalya Korçevskaya, bu ölkənin xarici işlər nazirinin birinci müavini Andrey Yevdaçenko, Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov, Belarus Rəssamlar İttifaqının sədri Rıqor Sitnitsa, Yazıçılar İttifaqının sədri Nikolay Çerqinets və rəssam Nailə Qəndilova çıxış ediblər.

Səfir Lətif Qəndilov Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı qonaqlara ətraflı məlumat verib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi sayəsində Azərbaycan xalqı müstəqilliyini qoruyub saxlaya bilib və daha da möhkəmləndirib. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uzaqgörən və qətiyyətli siyasət nəticəsində ölkəmiz dünyada layiqli dövlətlərdən birinə çevrilib.

Bildirilib ki, bu il Azərbaycan ilə qardaş Belarus arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olunur. Səfir 25 il ərzində hər iki dövlətin çətin və şərəfli yol keçdiyini qeyd edərək bildirib ki, iki ölkənin rəhbərləri arasında dostluq münasibətləri sayəsində dövlətlərarası münasibətlərin yeni modeli formalaşıb. Bu da beynəlxalq aləmdə nümunə kimi göstərilə bilər. O, siyasi-iqtisadi münasibətləri yüksək səviyyədə olan Azərbaycan ilə Belarus arasında mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsinin günün vacib tələbi kimi qarşıda durduğunu söyləyib.

Belarus xarici işlər nazirinin birinci müavini Andrey Yevdaçenko iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar səfirlik tərəfindən çoxsaylı tədbirlərin keçirildiyini və səfirliyin yüksək fəallığının təqdirəlayiq olduğunu vurğulayıb. O, bu sərgidə nümayiş etdirilən eksponatların xalqlarımız arasında münasibətlərin daha da yaxınlaşmasına xidmət edəcəyinə əminliyini bildirib.

Tədbir çərçivəsində iki ölkə arasında münasibətlərin inkişafında göstərdikləri xidmətə görə "Belta” İnformasiya Agentliyinin rəhbəri İrina Akuloviçə və Belarus Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin rəisi İvan Polevoda diplomatik münasibətlərin 25 illiyi münasibətilə səfirlik tərəfindən hazırlanmış gümüş xatirə nişanı və kitab təqdim edilib.

Təntənəli tədbirdə simfonik kvartetin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Tədbir Belarusun yerli radio, televiziya, qəzet və internet mediası tərəfindən geniş işıqlandırılıb.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk


XƏBƏR LENTİ
17:30 | Qış şaxtalı keçəcək? - RƏSMİ AÇIQLAMA 17:15 | Baş nazir təqaüdlər və müavinətlərlə bağlı QƏRAR VERDİ 17:00 | Ramil Usubovdan YENİ TƏYİNAT 16:45 | Yoxsul insanlara ŞAD XƏBƏR: iki ton ərzaq paylanacaq 16:30 | “Bizi Azərbaycana silah satmaqda qınamaq lazım deyil” - Lukaşenko 15:29 | Türkiyədə SOCAR neft-kimya kompleksinin idarə heyətində dəyişiklik olub 15:22 | Daha bir vəzifədə olan şəxs istefa verir? 15:06 | Baş nazirdən MÜHÜM AÇIQLAMA: 2019-cu ildən... 14:50 | “Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı YENİ TƏFƏRRÜATLAR 14:37 | Aİ növbəti dəfə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib 13:26 | Azərbaycanda dəfnetmə qaydaları DƏYİŞDİ : Pulsuz olacaq 12:55 | Mövlud Çavuşoğlu: "Azərbaycanın QDİƏT-ə sədrliyi müddətində bir sıra problemləri həll etmək mümkün oldu" 12:39 | Bakı Limanı köçürülür 12:21 | Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - FOTO 11:29 | Düşmən ölkənin “nəfəsliyi” kiçilir - Paşinyana "tələs" çağırışı... 11:15 | Valideynlərindən uşağa inanılmaz işgəncə - Foto 11:02 | Yeni başçı özünə müavin təyin etdi 10:45 | Şəhərdaxili ictimai nəqliyyatda sərnişinlərin həyatı nə üçün sığortalanmır? - Qanunda boşluq 10:21 | Mətanət "Maşın" şoudan niyə imtina etdi? - AÇIQLAMA 10:10 | Cəbhədən XƏBƏR VAR 09:59 | "Özüm bilərəm" - Avtobusu qapısı açıq şəkildə idarə edən sürücüdən sərnişinə cavab 09:48 | "Bunu yalnız qorxaqlar edə bilərlər" - Qurban Qurbanov