Qaynarxətt: (+99470) 997 11 77
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
5-12-2018, 11:00 Oxunub: 10

Nazir: “Bu il ARDNF-nin aktivləri 2,5 mlrd. dollar artacaq”

2019-cu ilin dövlət büdcəsinin bilavasitə neftin qiyməti ilə bağlı olan parametri yalnız Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xarici valyuta ilə satışlarından ödədikləri mənfəət vergisi ilə bağlıdır. Yəni, neftin qiyməti aşağı endiyi təqdirdə biz daha aşağı mənfəət vergisi əldə edə bilərik.

Xeberekspress.Az report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, digər hallarda büdcə faktiki olaraq sığortalanıb.

"Burada digər parametr - icmal büdcə də var. Bu büdcə ilk növbədə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirləridir. Yəni bu gün bizin təqdim etdiyimiz büdcədə neftin qiyməti 60 ABŞ dolları olduğu təqdirdə, büdcə xərcləri, həmçinin ARDNF-nin bəzi xərcləri icra edildikdən sonra Fondun cari ildə aktivləri 2,5 mlrd. dollar artacaq".

 

Nazir əlavə edib ki, büdcə üzrə müəyyən risklər də mövcuddur: "Əgər neft qiymətləri biz müəyyən etdiyimizdən aşağı olarsa öncə biz təmkinli olmalıyıq. Dərhal nəyisə dəyişməməliyik, "counter split" siyasəti yürütməliyik. Orta rəqəm götürməliyik. Orta rəqəm də 60 dollardır. Neftin qiymətinin 45 dollar olması ssenarisində isə ARDNF-nin ilin sonuna olan aktivləri ötən ilin sonuna nisbətən dəyişməyəcək. Burada biz 45 mlrd. dollarlıq aktivlərdən danışırıq. İlin sonuna qədər bu aktivlərin bir qədər də artması gözlənilir".

S.Şərifov dünya bazarında neft qiymətinə digər amillərin də təsir etdiyini qeyd edib: "Nəticə etibarı ilə vacib amil tələb-təklifdir. Müvəqqəti amillər, siyasi söz müdaxilələri bazara həm müsbət, həm də mənfi təsir edir. Amma bu təsirlər müvəqqəti də ola bilər. Digər tərəfdən də neft qiymətinin 140 dollardan 27 dollara qədər düşməsi bizim yaddaşımızda qalıb. Biz görmüşük ki, bu səviyyəyə düşsə də, heç bir iqtisadi reallığı əks etdirmir. İqtisadi reallıq onun üzərində qurulub ki, bazara təkliflər verən şist neft şirkətləri tədricən müflisləşməyə, sıradan çıxmağa başladılar. Həmin şirkətlərin böyük hissəsini artıq iri neft şirkətləri alıblar. Artıq şist neftin istehsalı ilə onlar məşğuldur. Onlar isə bir barel neftin hasilat qiymətini yaxşı bilirlər. Nəticə etibarı ilə neftin kəskin ucuzlaşması onun istehsalına, dünya bazarının neftlə təchizatına orta müddətli çərçivədə çox mənfi təsir göstərir. Ona görə də burada balans gözlənilməlidir".

XƏBƏR LENTİ
17:30 | Qış şaxtalı keçəcək? - RƏSMİ AÇIQLAMA 17:15 | Baş nazir təqaüdlər və müavinətlərlə bağlı QƏRAR VERDİ 17:00 | Ramil Usubovdan YENİ TƏYİNAT 16:45 | Yoxsul insanlara ŞAD XƏBƏR: iki ton ərzaq paylanacaq 16:30 | “Bizi Azərbaycana silah satmaqda qınamaq lazım deyil” - Lukaşenko 15:29 | Türkiyədə SOCAR neft-kimya kompleksinin idarə heyətində dəyişiklik olub 15:22 | Daha bir vəzifədə olan şəxs istefa verir? 15:06 | Baş nazirdən MÜHÜM AÇIQLAMA: 2019-cu ildən... 14:50 | “Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı YENİ TƏFƏRRÜATLAR 14:37 | Aİ növbəti dəfə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib 13:26 | Azərbaycanda dəfnetmə qaydaları DƏYİŞDİ : Pulsuz olacaq 12:55 | Mövlud Çavuşoğlu: "Azərbaycanın QDİƏT-ə sədrliyi müddətində bir sıra problemləri həll etmək mümkün oldu" 12:39 | Bakı Limanı köçürülür 12:21 | Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - FOTO 11:29 | Düşmən ölkənin “nəfəsliyi” kiçilir - Paşinyana "tələs" çağırışı... 11:15 | Valideynlərindən uşağa inanılmaz işgəncə - Foto 11:02 | Yeni başçı özünə müavin təyin etdi 10:45 | Şəhərdaxili ictimai nəqliyyatda sərnişinlərin həyatı nə üçün sığortalanmır? - Qanunda boşluq 10:21 | Mətanət "Maşın" şoudan niyə imtina etdi? - AÇIQLAMA 10:10 | Cəbhədən XƏBƏR VAR 09:59 | "Özüm bilərəm" - Avtobusu qapısı açıq şəkildə idarə edən sürücüdən sərnişinə cavab 09:48 | "Bunu yalnız qorxaqlar edə bilərlər" - Qurban Qurbanov