Qaynarxətt: (+99470) 997 11 77
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
3-12-2018, 11:45 Oxunub: 11

Xurmanın qiyməti iki dəfə ucuzlaşıb

 Xurmanın qiyməti iki dəfə ucuzlaşıb
 

Artıq xurma mövsümü sona çatır.

Xeberekspress.Az qafqazinfo-ya istinadla bildirir ki, "Azərbaycan" qəzeti bununla bağlı Ağdaş rayonunun daha çox xurma əkilən Ağcayazı kəndindən reportaj hazırlayıb. Kənd 380 təsərrüfatdan ibarətdir. Həmin təsərrüfatların təxminən 300-də xurma yetişdirilir. Onların arasında 0,20 hektarlığı da var, 10 hektarlığı da. Ümumilikdə isə xurma bağları 200 hektardan çoxdur.

Kənd sakini, fermer Şahmalı Kərimovun deyir ki, 10 hektar xurma bağı var. Onun 6 hektarı tam məhsuldar, 4 hektarı cavan bağlardır: "Məhsuldarlıq keçən il də yaxşı olub. Lakin builki məhsul əvvəlki ildə olduğundan orta hesabla iki dəfəyə yaxın çoxdur. Amma qiymət keçən ildəkindən ucuzdur. Ötən il 9-10 kiloqramlıq yeşikləri 8-9 manata satmışdıq. İndi isə qiymət orta hesabla 3 manatdır".

Fermer deyir ki, qiymətin düşməsi mənfəətə təsir göstərir. Belə ki, xurma bağları davamlı qulluq tələb etdiyindən xərci də çoxdur: "Məhsul yığılıb təhvil verildikdən sonra növbəti yığım dövrünədək hər gün burada çalışanlara 30 manat ödəniş edilir. Budama, suvarma, gübrə verilməsi də pul tələb edən işlərdir. İşin həcmi artdıqda mütləq əlavə işçi qüvvəsi tələb edilir. Daha çox işçi isə yığım mövsümündə olur. Sentyabrın 15-dən başlayaraq yığım qurtaranadək gündəlik işçi sayı orta hesabla 15 nəfərə çatır".

 

Anar Abbasov alıcı və istehsalçı arasında vasitəçilik edir. Dediyinə görə, bu il qiymətin aşağı düşməsinə təsir edən bir neçə amil var: "Əgər onlardan biri bu il keçən illə müqayisədə bağların daha çox məhsul verməsidirsə, digər amil məhsulun başlıca satış bazarı olan Rusiyada milli valyutanın ucuzlaşmasıdır. Üstəlik, gömrük rüsumunun artması da vəziyyətə təsirsiz ötüşməyib".

Kənd sakini Ayaz Abdullayev də qiymətin aşağı olmasından şikayətlənir. Deyir ki, 2017-ci ildə xurmanın qiyməti münasib olduğundan bağ sahibləri bu il əvvəlki dövrlərlə müqayisədə ağaclara daha yaxşı qulluq göstərdilər. Budama, suvarma, ağacların dibinin yumşaldılması, üzvi gübrə ilə təminat yüksək səviyyədə aparıldı. Əvəzində məhsul ikiqat artdı, qiyməti isə ucuzlaşdı.

Qəzet yazır ki, ümumiyyətlə, təkcə xurma deyil, cari il bir sıra kənd təsərrüfatı məhsullarının satışında fermerlər bu cür problemlə üzləşiblər. Xüsusən sarımsaq əkənlər daha çox ziyana düşüblər. Tonlarla sarımsaq insanların əlində qalıb.


XƏBƏR LENTİ
17:30 | Qış şaxtalı keçəcək? - RƏSMİ AÇIQLAMA 17:15 | Baş nazir təqaüdlər və müavinətlərlə bağlı QƏRAR VERDİ 17:00 | Ramil Usubovdan YENİ TƏYİNAT 16:45 | Yoxsul insanlara ŞAD XƏBƏR: iki ton ərzaq paylanacaq 16:30 | “Bizi Azərbaycana silah satmaqda qınamaq lazım deyil” - Lukaşenko 15:29 | Türkiyədə SOCAR neft-kimya kompleksinin idarə heyətində dəyişiklik olub 15:22 | Daha bir vəzifədə olan şəxs istefa verir? 15:06 | Baş nazirdən MÜHÜM AÇIQLAMA: 2019-cu ildən... 14:50 | “Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı YENİ TƏFƏRRÜATLAR 14:37 | Aİ növbəti dəfə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib 13:26 | Azərbaycanda dəfnetmə qaydaları DƏYİŞDİ : Pulsuz olacaq 12:55 | Mövlud Çavuşoğlu: "Azərbaycanın QDİƏT-ə sədrliyi müddətində bir sıra problemləri həll etmək mümkün oldu" 12:39 | Bakı Limanı köçürülür 12:21 | Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - FOTO 11:29 | Düşmən ölkənin “nəfəsliyi” kiçilir - Paşinyana "tələs" çağırışı... 11:15 | Valideynlərindən uşağa inanılmaz işgəncə - Foto 11:02 | Yeni başçı özünə müavin təyin etdi 10:45 | Şəhərdaxili ictimai nəqliyyatda sərnişinlərin həyatı nə üçün sığortalanmır? - Qanunda boşluq 10:21 | Mətanət "Maşın" şoudan niyə imtina etdi? - AÇIQLAMA 10:10 | Cəbhədən XƏBƏR VAR 09:59 | "Özüm bilərəm" - Avtobusu qapısı açıq şəkildə idarə edən sürücüdən sərnişinə cavab 09:48 | "Bunu yalnız qorxaqlar edə bilərlər" - Qurban Qurbanov