Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
30-11-2018, 18:33 Oxunub: 190

"Nargis" fondu və Macarıstan səfirliyi Azərbaycanda birgə xeyriyyə konserti və yarmarkası keçirəcək

"Nargis" fondu və Macarıstan səfirliyi Azərbaycanda birgə xeyriyyə konserti və yarmarkası keçirəcək
 

Dekabrın 15-də Nargis jurnalı və fondu, Macarıstanın Azərbaycandakı səfirliyinin birgə təşkil etdiyi xeyriyyə konserti və yarmarkası keçiriləcək.

Xeberekspress.Az bildirir ki, fonddan Trend-ə verilən məlumata görə, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsert proqramında dünya şöhrətli macar pianoçu Endre Hegedyuş və skripkaçı Feliks Layko iştirak edəcəklər.

Tədbir gecənin qonaqlarının müxtəlif macarıstan məhsullarını (şokolad, salyami və s.) əldə edərək xeyriyyəçiliyə töhvə vermiş olacaqları kiçik yarmarka ilə başlayır.

Endre Hegedyuş - virtuoz pianoçu, beynəlxalq müsabiqələrin mükafatçısı, Ferens Listin musiqi irsinin tanınmış interpretatorudur. O, 27 albom yazdırıb, Macarıstan televiziya kanalları 18 saatdan çox davam edən konsertləri əsasında 12 sənədli film çəkiblər. Otuz ildən artıq musiqi karyerası ərzində Endre Hegedyuş dünyanın yarısını gəzərək 2600-dən çox konsert verib.

Feliks Layko - skripkaçı və bəstəkar, sitra musiqi aləti ifaçısıdır. O, Kann Film Festivalı çərçivəsində "Qızıl Palma budağı" mükafatına layiq görülmüş Macarıstan bəstəkarı Kornel Mundrutsonun "Delta" adlı filmində baş rola çəkilib, əfsanəvi "Buto" rəqqası Mina Tanakinin çıxışını müşayiət edib, məşhur Serbiya truba ifaçısı Boban Markoviç və skripkaçı Aleksandr Balanesko ilə çıxış edib. Feliks Layko bir sıra teatr tamaşalarına musiqi yazıb, 1998-ci il "Sarayevo qışı" mədəniyyət festivalı marşının müəllifidir

Tədbirlərin əsas məqsədi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi üçün vəsait toplamaqdır. Bu vəsaiti əsasən gözdən əlil və zəif görən uşaqların oxu və yazı bacarıqlarını mənimsəməsi üçün zəruri olan Brayl çap maşınını almağa xərcləməyi planlaşdırılır.

Tamaşaçı qismində 5 saylı internat məktəbinin şagirdləri və müəllim heyyəti, eləcə də görmə qabiliyyəti olmayan və zəif görən müəllimlərdən ibarət 38 saylı musiqi məktəbinin müəllim heyəti dəvət olunacaqdır.

Konsertə biletləri Iticket kassalarından və saytından əldə etmək mümkündür.

Hər hansı bir sual yarandıqda

 

Arzu Məmmədova

Phone: (99412) 464 9111/12/13

Mobile: (99451) 3105772

a.mammadova@nargismagazine.az

Ətraflı məlumatı Nargis jurnalının rəsmi səhifələrindən əldə edə bilərsiniz:

Instagram: https://www.instagram.com/nargis_magazine/

Facebook: https://www.facebook.com/nargismagazine


XƏBƏR LENTİ
23:00 | Fuad Qəhrəmanlının qızı atasını yalan danışmaqda ittiham etdi — VİDEO 22:40 | Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib - SİYAHI 22:20 | Zəncirvari nəqliyyat qəzası baş verdi: dörd nəfər yaralandı 22:00 | ABŞ İrana qarşı geniş koalisiya quracağına inanır 21:45 | Sabah bəzi rayonıarda leysan yağacaq, duman olacaq 21:38 | Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub 21:29 | TAP kəməri üzrə borudüzmə işləri bitmək ərəfəsindədir 21:26 | “İndiki vəsaitlərin 90 %-i işbaz müəllimlərin əlindədir” – Pulsuz kitablar hazırlayan təlimçi 18:07 | Xırdalanda 4 avtomobil yandı 17:57 | 1500-dən çox valideynə AĞIR CƏZA 17:50 | “Maşın”da onlar yarışacaq – SİYAHI 17:35 | Kişi buynuz çıxartdı - FOTOFAKT 17:16 | Azərbaycan elektrik enerjisinin istehsalını artırmağı planlaşdırır 16:58 | Patriot almaq ASAN, "patriot" olmaq ÇƏTİNDİR... - Səudiyyə ordusunda CASUS ZABİT VAR? 16:47 | Azərbaycanda dəhşətli hadisə - Sığorta şirkətinin işçiləri diri-diri yanaraq öldü 16:37 | Dünya iqtisadiyyatında yeni mərhələ başlayır? - ŞƏRH 16:14 | Namiq Qaraçuxurlunu şantaj edib, 300 min istəyiblər 15:34 | Bakıda məşhur dönərxana bağlandı - Zəhərlənənlər var 15:06 | Ramil Usubov Stanislav Zasla Əməkdaşlıq Planı imzaladı 14:42 | Bu rayonlarda direktor yerləri boşdur - SİYAHI 14:04 | “Azərsu” Şamaxıda su qıtlığını aradan qaldırmaq üçün hökumətə təklif verib 13:47 | "“Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi dəyərini artırdı" - Əli Həsənov