Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
30-11-2018, 18:29 Oxunub: 163

"Nazir 2 min manat maaş alır, amma milyonluq villaları var" - Məmurlara sərt ittiham

"Nazir 2 min manat maaş alır, amma milyonluq villaları var" - Məmurlara sərt ittiham
 

Gələn ildən Vergi Məcəlləsində və "Sosial sığorta haqqında" qanunda bir sıra dəyişikliklər gözlənilir. Vergi mexanizmində ediləcək dəyişiklikdən daha çox, sosial sığorta ödənişləri ilə bağlı məsələ narahatlıq yaradıb.

Xeberekspress.az bildirir ki, bu barədə fikirlərini Mia.az-la bölüşən Müasir Müsavat Patiyasının sədri Hafiz Hacıyev bildirib ki, təklif olunan dəyişikliklər vətəndaşların maraqlarına uyğun deyil. Onun sözlərinə görə, bunun islahat kimi təqdim olunması da yanlışdır:

 

"Bu günə kimi aparılan vergi və sosial siyasətlə bağlı islahatlar millətin yarasına dərman olmayıb. Əksinə son dövrlər bunlar milləti qızıqlandıran, prezidentdən narazı salan qanunlar qəbul edirlər. Öz zəhməti ilə pul qazanan bərbər, ofisiant, "parixmaxer"i vergi hyükünün altında əzmək nəyə xidmət edir? Onsuz da bu zümrə güc-bəla ilə dolanırlar, onları niyə əlavə xərcə salırlar? Məmur şirkətləri milyonlarla manat vergidən yayınır, heç onların arxasınca düşən yoxdur. Bu qədər ədalətsizlik olmaz".

Partiya sədri hökumətə daha münasib təklif verib. O bildirib ki, məmurların sərvəti hesablansın və ona uyğun vergi tətbiq eləsinlər:

"Bunu eləməzlər axı. Çünki öz ciblərindən dövlətə nəsə ödəmək istəmirlər. Yenə də deyirəm, hakimiyyət içindəki bu qruplar dövlət başçısı ilə xalq arasında uşurum yaratmaq istəyirlər, ona görə də hər gün camaatı narazı salacaq bir dəyişiklik edirlər. Bunlar şəhid ailələrinə birdəfəlik ödəməni vermirlər. Belə olan yerdə başqa sözə ehtiyac yoxdur.
Samir Şərifov Milli Məclisdə xalqın ziyanına təklif verməkdənsə, topladığı sərvətdən vergi versin. Əgər lazımdırsa, mən onun mülklərinin yerini də göstərərəm. Nazir 2 min manat maaş alır, amma milyonluq villaları var. Niyə soruşmurlar ki, bunu nəyin hesabına alıb. Əgər bu məmurların dövlətə canı yanırsa, sərvətlərinin 10 faizini bir fonda toplayıb camaata paylasınlar. İnanın ki, ölkədə bir nəfər də yoxsul qalmaz".


XƏBƏR LENTİ
23:00 | Fuad Qəhrəmanlının qızı atasını yalan danışmaqda ittiham etdi — VİDEO 22:40 | Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib - SİYAHI 22:20 | Zəncirvari nəqliyyat qəzası baş verdi: dörd nəfər yaralandı 22:00 | ABŞ İrana qarşı geniş koalisiya quracağına inanır 21:45 | Sabah bəzi rayonıarda leysan yağacaq, duman olacaq 21:38 | Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub 21:29 | TAP kəməri üzrə borudüzmə işləri bitmək ərəfəsindədir 21:26 | “İndiki vəsaitlərin 90 %-i işbaz müəllimlərin əlindədir” – Pulsuz kitablar hazırlayan təlimçi 18:07 | Xırdalanda 4 avtomobil yandı 17:57 | 1500-dən çox valideynə AĞIR CƏZA 17:50 | “Maşın”da onlar yarışacaq – SİYAHI 17:35 | Kişi buynuz çıxartdı - FOTOFAKT 17:16 | Azərbaycan elektrik enerjisinin istehsalını artırmağı planlaşdırır 16:58 | Patriot almaq ASAN, "patriot" olmaq ÇƏTİNDİR... - Səudiyyə ordusunda CASUS ZABİT VAR? 16:47 | Azərbaycanda dəhşətli hadisə - Sığorta şirkətinin işçiləri diri-diri yanaraq öldü 16:37 | Dünya iqtisadiyyatında yeni mərhələ başlayır? - ŞƏRH 16:14 | Namiq Qaraçuxurlunu şantaj edib, 300 min istəyiblər 15:34 | Bakıda məşhur dönərxana bağlandı - Zəhərlənənlər var 15:06 | Ramil Usubov Stanislav Zasla Əməkdaşlıq Planı imzaladı 14:42 | Bu rayonlarda direktor yerləri boşdur - SİYAHI 14:04 | “Azərsu” Şamaxıda su qıtlığını aradan qaldırmaq üçün hökumətə təklif verib 13:47 | "“Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi dəyərini artırdı" - Əli Həsənov