Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
30-11-2018, 18:07 Oxunub: 154

BP Xəzərdə süni ada yaradır

BP Xəzərdə süni ada yaradır
 

"BP-Azerbaijan” "Dayazsulu Abşeron” layihəsi çərçivəsində Qarabataq adası tərəfdə süni ada yaratmağı planlaşdırır.

Report xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

"2019-cu ildə Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə iki kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Kəşfiyyat quyularından biri Qarabataq adası tərəfdə qazılacaq və burada süni adanın yaradılması nəzərdə tutulub. Həmin ərazidə suyun dərinliyi 3-5 metr təşkil edir”,- deyə B. Aslanbəyli məlumat verib.

O xatırladıb ki, Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə ümumilikdə isə 3 yerdə kəşfiyyat quyusu qazılacaq.

Bundan başqa, vitse-prezident bildirib ki, 2019-cu ildə "Şəfəq-Asiman” perspektiv strukturunda və "Qobustan” layihəsində 1 kəşfiyyat quyusu qazılması nəzərdə tutulub..

Xatırladaq ki, 2014-cü il dekabrın 22-də Azərbaycan Dövlət Neft Şirkəti ( SOCAR ) ilə BP şirkəti arasında Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanıb. Sazişin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır. Müqavilə sahəsi 1 900 kv. km sahəni əhatə edir.

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti daha əvvəl Qəri Counz bildirmişdi ki, Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən perspektiv strukturlarda neft ehtiyatlarının olduğu ehtimal edilir.

BP-nin regional prezidenti qeyd edib ki, əgər ehtiyatlar aşkarlanarsa, ərazi dayaz olduğundan hasilata tez başlanılacaq.


XƏBƏR LENTİ
23:00 | Fuad Qəhrəmanlının qızı atasını yalan danışmaqda ittiham etdi — VİDEO 22:40 | Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib - SİYAHI 22:20 | Zəncirvari nəqliyyat qəzası baş verdi: dörd nəfər yaralandı 22:00 | ABŞ İrana qarşı geniş koalisiya quracağına inanır 21:45 | Sabah bəzi rayonıarda leysan yağacaq, duman olacaq 21:38 | Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub 21:29 | TAP kəməri üzrə borudüzmə işləri bitmək ərəfəsindədir 21:26 | “İndiki vəsaitlərin 90 %-i işbaz müəllimlərin əlindədir” – Pulsuz kitablar hazırlayan təlimçi 18:07 | Xırdalanda 4 avtomobil yandı 17:57 | 1500-dən çox valideynə AĞIR CƏZA 17:50 | “Maşın”da onlar yarışacaq – SİYAHI 17:35 | Kişi buynuz çıxartdı - FOTOFAKT 17:16 | Azərbaycan elektrik enerjisinin istehsalını artırmağı planlaşdırır 16:58 | Patriot almaq ASAN, "patriot" olmaq ÇƏTİNDİR... - Səudiyyə ordusunda CASUS ZABİT VAR? 16:47 | Azərbaycanda dəhşətli hadisə - Sığorta şirkətinin işçiləri diri-diri yanaraq öldü 16:37 | Dünya iqtisadiyyatında yeni mərhələ başlayır? - ŞƏRH 16:14 | Namiq Qaraçuxurlunu şantaj edib, 300 min istəyiblər 15:34 | Bakıda məşhur dönərxana bağlandı - Zəhərlənənlər var 15:06 | Ramil Usubov Stanislav Zasla Əməkdaşlıq Planı imzaladı 14:42 | Bu rayonlarda direktor yerləri boşdur - SİYAHI 14:04 | “Azərsu” Şamaxıda su qıtlığını aradan qaldırmaq üçün hökumətə təklif verib 13:47 | "“Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi dəyərini artırdı" - Əli Həsənov