Qaynarxətt: (+99470) 997 11 77
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
30-11-2018, 17:50 Oxunub: 15

Elza Seyidcahan Toliki polisə verdi - "Heç kimin ixtiyarı yoxdur ki, xalqın sənətkarını təhqir etsin

Elza Seyidcahan Toliki polisə verdi - "Heç kimin ixtiyarı yoxdur ki, xalqın sənətkarını təhqir etsin
 

Əməkdar artist Elza Seyidcahan prodüser Toliki polisə verib.

Xeberekspress.az-ın yenicag.az-a istinadən məlumatına görə, Elza tərəfindən məhkəməyə verildiyini Tolikin özü canlı yayımda etiraf edib.

 

Xəbərə əsasən, Tolik müğənnilər Damla və Elza Seyidcahan arasındakı qalmaqala görə Bakı Şəhər Baş Polis İdarəsinə çağrılıb.

Konkret olaraq, Seyidcahan Damlanın fanatları tərəfindən ölümlə hədələndiyini, eyni zamanda, Tolikin bu məsələ ilə bağlı fikirlərini əsas gətirərək, polisə şikayət ərizəsi yazıb. Buna görə polis idarəsinə çağırılan Tolik orada izahat yazmalı olub.

Yenicag.az-a açıqlamasında baş verən insidentdən danışan Elza Seyidcahan onu qəzəbləndirənlərin ünvanına alov püskürüb:

"Mən bu səhər bacımı hava limanından yaşadığı ölkəyə yola salırdım. Kefim kök, damağım çağ. Mən adını çəkdiyiniz o verilişlərə baxmıram.

Yaradıcı insanam, konsertimə hazırlaşıram, evimin xanımıyam, öz dünyam, öz aləmim var. O adamların sözləri mənim üçün milçək mızıltısıdır. Qoy adımla reklam olunub, gündəmdə qalsınlar, məni müzakirə edib, kef eləsinlər.

Elə adamlar var ki, küsüb-barışırsan. Küsəndə küsməyə, barışanda barışmağa dəyər. Elə insanlar da var ki, nə küsməyə, nə barışmağa dəyməz. Çirkli milçəklərdir, qoy vızıldasınlar.

Mən əməkdar artistəm, heç kimin ixtiyarı yoxdur ki, xalqın sənətkarını təhqir etsin. Təhqir edənlər də həm Allah, həm də qanun keşikçiləri tərəfindən cavablarını alırlar. Şükür Allaha, əxlaqım, tərbiyəm göz qabağındadır".


XƏBƏR LENTİ
17:30 | Qış şaxtalı keçəcək? - RƏSMİ AÇIQLAMA 17:15 | Baş nazir təqaüdlər və müavinətlərlə bağlı QƏRAR VERDİ 17:00 | Ramil Usubovdan YENİ TƏYİNAT 16:45 | Yoxsul insanlara ŞAD XƏBƏR: iki ton ərzaq paylanacaq 16:30 | “Bizi Azərbaycana silah satmaqda qınamaq lazım deyil” - Lukaşenko 15:29 | Türkiyədə SOCAR neft-kimya kompleksinin idarə heyətində dəyişiklik olub 15:22 | Daha bir vəzifədə olan şəxs istefa verir? 15:06 | Baş nazirdən MÜHÜM AÇIQLAMA: 2019-cu ildən... 14:50 | “Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı YENİ TƏFƏRRÜATLAR 14:37 | Aİ növbəti dəfə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib 13:26 | Azərbaycanda dəfnetmə qaydaları DƏYİŞDİ : Pulsuz olacaq 12:55 | Mövlud Çavuşoğlu: "Azərbaycanın QDİƏT-ə sədrliyi müddətində bir sıra problemləri həll etmək mümkün oldu" 12:39 | Bakı Limanı köçürülür 12:21 | Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - FOTO 11:29 | Düşmən ölkənin “nəfəsliyi” kiçilir - Paşinyana "tələs" çağırışı... 11:15 | Valideynlərindən uşağa inanılmaz işgəncə - Foto 11:02 | Yeni başçı özünə müavin təyin etdi 10:45 | Şəhərdaxili ictimai nəqliyyatda sərnişinlərin həyatı nə üçün sığortalanmır? - Qanunda boşluq 10:21 | Mətanət "Maşın" şoudan niyə imtina etdi? - AÇIQLAMA 10:10 | Cəbhədən XƏBƏR VAR 09:59 | "Özüm bilərəm" - Avtobusu qapısı açıq şəkildə idarə edən sürücüdən sərnişinə cavab 09:48 | "Bunu yalnız qorxaqlar edə bilərlər" - Qurban Qurbanov