Qaynarxətt: (+99470) 997 11 77
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
29-11-2018, 20:23 Oxunub: 27

Saakaşvili Zurabişvilini təbrik edəcəkmi? - AÇIQLAMA

Saakaşvili Zurabişvilini təbrik edəcəkmi? - AÇIQLAMA
 
Gürcüstan Mərkəzi Seçki Komissiyası noyabrın 28-də keçirilmiş prezident seçkilərinin ikinci turundan sonra bülletenlərin 98,76 faizinin nəticələrini açıqlayıb. 3705 məntəqədən 3659-nun nəticələri artıq bəllidir.

İlkin rəsmi məlumatlara əsasən seçki dairələrinin böyük əksəriyyətində hakim "Gürcü arzusu” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili qalib gəlib.

Maraqlıdır, eks-prezident Mixail Saakaşvili Salome Zurabişvilini Gürcüstan prezidenti seçilməsi münasibətilə təbrik edəcəkmi?

Həmçinin, müxalifət namizədi Qriqol Vaşadzenin məğlubiyyətinin ardınca Saakaşvilinin Gürcüstana gəlişi gözlənilirmi?

Müxalif Vahid Milli Hərəkat Partiyasının Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputatı Azər Süleymanov Modern.az-a açıqlamasında Salome Zurabişvilinin qələbəsini Saakaşvilinin qəbul etmədiyini söyləyib.

"Gürcüstanda keçirilən seçkilər seçki deyil. Salome Zurabişvili seçilmədi, güc strukturları tərəfindən təyin olundu. Gürcüstanın bütün şəhərlərində görünməyən saxtalaşdırma baş verdi. Saxtalaşdırma ilə bağlı əlimizdə lazımi qədər faktlar var. Ona görə də nə Saakaşvili, nə də onun komandası Zurabişvilini nəinki təbrik etmək, heç ölkə prezidenti də görə bilməz. Dünən Saakaşvili bəyanat verib. Bu gün saat 6-da Filarmoniyanın qarşısında toplaşıb qərarımızı verəcəyik. Saakaşvilinin tərəfdarları 11 müxalifət partiyasından ibarətdir. Bugünkü toplantıda gələcək planlarımız barəsində qərar verəcəyik”.

Azər Süleymanov Saakaşvilinin Gürcüstana gəlmək istəyindən də danışıb:

"Hazırda Saakaşvilinin Gürcüstana gələcəyi günü gözləyirik. Saakaşvilinin ölkəsinə gəlməsi mümkündür. Vaxtilə Kiyevə necə daxil olmuşdusa, Gürcüstana da o cür daxil olacaq. Saakaşvilinin Gürcüstana gələ bilməsi üçün yollar var. Təbii ki, onun  ölkəyə gəlməsinə görə hakimiyyət qarşıdurma yarada bilər”.

Qeyd edək ki, rəsmi məlumata görə, Salome Zurabişvili 59,61 faiz səs toplayıb. Onun lehinə 1 milyon 143 min 111 nəfər səs verib.

Müxalif "Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadze isə 40,39 faiz səs toplayıb. Onu 774 min 468 seçici dəstəkləyib.

Artıq S.Zurabişvili  və tərəfdarları qələbəni qeyd ediblər. Beləliklə, Gürcüstanda ilk dəfə qadın president seçilib.

Konstitusiyaya uyğun olaraq S.Zurabişvilinin andiçmə mərasimi dekabrın 16-da olacaq.

XƏBƏR LENTİ
17:30 | Qış şaxtalı keçəcək? - RƏSMİ AÇIQLAMA 17:15 | Baş nazir təqaüdlər və müavinətlərlə bağlı QƏRAR VERDİ 17:00 | Ramil Usubovdan YENİ TƏYİNAT 16:45 | Yoxsul insanlara ŞAD XƏBƏR: iki ton ərzaq paylanacaq 16:30 | “Bizi Azərbaycana silah satmaqda qınamaq lazım deyil” - Lukaşenko 15:29 | Türkiyədə SOCAR neft-kimya kompleksinin idarə heyətində dəyişiklik olub 15:22 | Daha bir vəzifədə olan şəxs istefa verir? 15:06 | Baş nazirdən MÜHÜM AÇIQLAMA: 2019-cu ildən... 14:50 | “Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı YENİ TƏFƏRRÜATLAR 14:37 | Aİ növbəti dəfə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib 13:26 | Azərbaycanda dəfnetmə qaydaları DƏYİŞDİ : Pulsuz olacaq 12:55 | Mövlud Çavuşoğlu: "Azərbaycanın QDİƏT-ə sədrliyi müddətində bir sıra problemləri həll etmək mümkün oldu" 12:39 | Bakı Limanı köçürülür 12:21 | Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - FOTO 11:29 | Düşmən ölkənin “nəfəsliyi” kiçilir - Paşinyana "tələs" çağırışı... 11:15 | Valideynlərindən uşağa inanılmaz işgəncə - Foto 11:02 | Yeni başçı özünə müavin təyin etdi 10:45 | Şəhərdaxili ictimai nəqliyyatda sərnişinlərin həyatı nə üçün sığortalanmır? - Qanunda boşluq 10:21 | Mətanət "Maşın" şoudan niyə imtina etdi? - AÇIQLAMA 10:10 | Cəbhədən XƏBƏR VAR 09:59 | "Özüm bilərəm" - Avtobusu qapısı açıq şəkildə idarə edən sürücüdən sərnişinə cavab 09:48 | "Bunu yalnız qorxaqlar edə bilərlər" - Qurban Qurbanov