Qaynarxətt: (+99470) 997 11 77
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
21-11-2018, 13:00 Oxunub: 444

YAP-ınmasının 26 illiyi ilə bağlı Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilmişdir.

 

YAP-ınmasının 26 illiyi ilə bağlı Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilmişdir.

 

 

2018-ci il 21 noyabr tarixdə Yeni Azərbaycan Partiyasının yaranmasının 26 illiyi ilə bağlı Laçın Rayon İcra Hakimiyyəti ilə Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. Toplantı laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının konfrans zalında keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Taxta Körpü qəsəbəsində Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, daha sonra "Heydər Əliyev” parkında xeyli ağac əkmişlər. Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov açaraq qeyd etmişdir ki, bu gün üzərimizdə üzvlük vəsiqəsini fəxrlə daşıdığımız Yeni Azərbaycan Partiyasının yaranmasının 26 ili tamam olur. Bu münasibətlə partiyamızın sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevi, partiyanın İdarə Heyəti və Siyasi Şuranın üzvlərini, İcra katibliyinin rəhbərliyini, partiyamızın 700 minə qədər üzvünü, təəssübkeşlərini təbrik edirəm. Sonra Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının Gənclər Birliyinin sədri Vüsal Həsənov çıxış edərək , Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəldiyini qeyd etmişdir. Bu gün Ümummilli liderimiz Heydər Əliyevin qoyduğu tarixi ənənələr Yeni Azərbaycan Partiyası tərəfindən sədaqətlə həyata keçirilməkdədir. Bu tarixi reallığı müdrik Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev qətiyyətli, dönməz siyasəti ilə gerçəkləşdirir. Tədbirdə digər çıxış edənlər Murad Hüseynov, Tahir Bayramov, Əmiraslan Məmmədov və başqaları xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatına yeni nəfəs verdiyini, qurtuluş və tərəqqinin simvoluna çevrildiyini bildirmişlər. Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının fəaliyyətində yaxından iştiraklarına görə fərqlənən Yeni Azərbaycan Partiyası fəallarına fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.

 

Müəllif: Pərviz Məmişov

 

XeberEkspress.az


XƏBƏR LENTİ
17:17 | Minimum pensiya artırılacaq - Nazir açıqladı 17:05 | Prezident İlham Əliyev: "Bu gün Azərbaycan etibarlı tranzit ölkə kimi öz xidmətlərini göstərir" 16:43 | Prezident İlham Əliyev: "Yollar tamamilə yenidən qurulmalıdır ki, qatarların sürəti artsın" 16:24 | Top meydanın ABŞ-a aid hissəsindədir - Ərdoğan qol vura bilər... 16:00 | Sosial xərclər: Gələn ilin büdcəsi rekord vuracaq - TƏHLİL 15:43 | Bakının bu ərazisində yaşayanlara metro ilə bağlı ŞAD XƏBƏR! 15:32 | Niyaməddin Musayevin qarşısına şərt qoyublar: "Saçını qırxdır..." 15:14 | Əyri yola gedən məmurlar haqda prezidentə necə xəbər göndərmək olar? - Bunun üçün... 15:01 | Prezidentin tapşırığına uyğun olaraq Eldar Əzizovdan YENİ ADDIM 14:35 | Zahid Oruc Baş nazirə çağırış etdi 14:04 | Pensiya alanlara ŞAD XƏBƏR: gələn ilin əvvəlindən... 13:52 | Mehriban Əliyeva şəhid ailəsini SEVİNDİRDİ 12:32 | "Düdelanj" - "Qarabağ" oyunu ilə bağlı istintaq davam edir 12:08 | “Ölülər” tamaşası növbəti dəfə təqdim ediləcək 11:54 | Yeni xərclər üçün hazırlıqlara başlayın 11:26 | Ramiz Mehdiyev KARDİNAL DƏYİŞİKLİKLƏRƏ BAŞLAYIR - Bəzi qurumlar LƏĞV EDİLƏCƏK 11:24 | Nazir onları işdən çıxartdı 10:38 | Mixail Şumaxerin meneci: Arvadı yalan danışır, vəziyyəti daha ağırdır 10:24 | Bakıda naməlum şəxs yolu bağladı — Polis araşdırma aparır 09:00 | Azərbaycan nefti bahalaşıb 08:42 | “Facebook” və “Instagram”ın işində nasazlıq yaranıb 08:25 | İşgüzar planları həyata keçirməyə başlayın - Günün qoroskopu