Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
1-11-2018, 15:01 Oxunub: 146

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib - FOTO

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib - FOTO
 

Noyabrın 1-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin 25 illiyinə həsr olunmuş iclası keçirilib.

Xeberekspress.Az Trend-ə istinadən xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəsadlarını əks etdirən fotostendlə, eləcə də müxtəlif dillərdə nəşr edilən kitablar, fotoalbomlar, bukletlər və digər əyani vəsaitlərlə tanış olublar.

İclası giriş sözü ilə açan Dövlət Komissiyasının sədri Mədət Quliyev tədbir iştirakçılarını salamlayaraq, Komissiyanın fəaliyyət göstərdiyi 25 il ərzində görülmüş işlər barədə məlumat verib.

M.Quliyev qeyd edib ki, Dövlət Komissiyası fəaliyyət göstərdiyi 25 il ərzində beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşıb, bu sahədə böyük iş təcrübəsi olan Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), BMT, ATƏT, Beynəlxalq İşçi qrupu və digər aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində işləyib, yaranmış ağır humanitar problemin həllində onların imkanlarından istifadə edib. Dövlət Komissiyası üçün faydalı olan bu əməkdaşlıq bundan sonra da səmərəli şəkildə davam etdiriləcək.

Dövlət Komissiyasının sədri deyib: "Bu gün əsası Ümummilli Lider tərəfindən qoyulmuş "Respublika Xatirə Kitabı"nın itkin düşmüş vətəndaşlarımıza həsr edilmiş xüsusi buraxılışının birinci cildi diqqətinizə təqdim olunur. Azərbaycan və ingilis dillərində nəşr edilmiş xüsusi buraxılış bir neçə cilddən ibarət olacaq. Kitab Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Dövlət Komissiyası və "Respublika Xatirə Kitabı" redaksiyası tərəfindən tərtib edilib".

M.Quliyev bildirib ki, Komissiya fəaliyyət göstərdiyi 25 ərzində humanitar problemlərin həlli istiqamətində müvafiq zəruri işlər görüb. Ancaq bu sahədə həllini gözləyən məsələlər çoxdur.

Sonra iclasda gündəlikdə duran məsələlər üzrə məruzələr dinlənilib. Məruzələr ətrafında müzakirələr olub, Komissiya üzvlərinin fikir, təklif və tövsiyələri dinlənilib. Komissiyanın və İşçi qrupunun fəaliyyəti qənaətbəxş hesab edilib.

İclasın sonunda çıxış edən Komissiya sədri M.Quliyev deyib ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı problem Azərbaycan dövlətini, ictimaiyyəti narahat edən və həllini gözləyən vacib məsələdir: "Ona görə də həm Komissiya üzvləri, həm də İşçi qrupu öz məsuliyyətini dərindən dərk etməli, işini möhtərəm Prezident cənab İlham Əliyevin tələbləri səviyyəsində qurmalıdır".

Sədr qarşıda çox ciddi məsələlərin həllini gözlədiyini, xüsusən də BQXK ilə birlikdə həyata keçirilən "Ante Mortem" proqramının icrasının mühüm əhəmiyyət kəsb etdiyini, ekshumasiya və identifikasiya işlərinin aparılması üçün hüquqi-normativ bazanın hazırlanmasının, bu məqsədlə aidiyyəti dövlət qurumlarının və BQXK-nın mütəxəssislərindən ibarət ayrıca İşçi qrupunun yaradılmasının və təxirə salınmadan müzakirələrin aparılmasının vacibliyini bildirib.

Qeyd edilib ki, Ermənistan ordusu tərəfindən həyata keçirilən təxribatlar və atəşkəs rejiminin intensiv pozulması halları narahatlıq yaradan əsas amildir: "Təəssüf ki, belə əməllər insan itkisi ilə nəticələnir və müharibə qurbanlarının sayı artır. İşğal faktının mövcudluğu, Ermənistanın problemin həllində qeyri-konstruktiv mövqeyi sülh variantını hələ də sual altında qoyur. Bu baxımdan Komissiya olaraq biz hər bir situasiyaya hazır olmalıyıq. Yalnız tam hazırlıq şəraitində və koordinasiyalı fəaliyyət nəticəsində üzərimizə düşən vəzifələri dolğun şəkildə icra edə bilərik".

Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın yeganə problemi olması, bununla əlaqədar reallıqların dünya ictimaiyyətinə çatdırılması barədə göstərişləri üzrə fəaliyyətin daha səmərəli və məqsədyönlü həyata keçirilməsi üçün səylərin və əlaqələndirmə işinin gücləndirilməsinin vacibliyini qeyd edən M.Quliyev Komissiyanın İşçi qrupunun fəaliyyəti nəticəsində üzə çıxarılan həqiqətlərin, ölkəmizlə bağlı məlumatların beynəlxalq aləmdə yayılmasında müvafiq qurumların imkanlarından sistemli şəkildə istifadə olunmasının əhəmiyyətini vurğulayıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Prezident İlham Əliyevin qurumun üzvlərinə göstərdiyi etimadı bundan sonra da doğruldacaqlarını, ölkə rəhbəri tərəfindən Dövlət Komissiyasının qarşısında qoyulan vəzifələrin icrası üçün daha da əzmlə çalışacaqlarını bildirib.



XƏBƏR LENTİ
11:04 | Bakıda qayın yeznəsini bıçaqladı 10:58 | Hökumət gələn il üçün manatın məzənnəsinə dair proqnozunu AÇIQLADI 10:55 | Azərbaycanda maşınlar daha çox nədən xarab olur? - Ustalar sizi belə aldadır 10:51 | APOEL-dən ardıcıl üçüncü qələbə 10:46 | Klinton ağlını itirib – Donald Tramp 10:42 | Azərbaycan 9 ayda 501,5 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edib 16:21 | Keçmiş kürəkən qayınatasının evindən 5 minlik qızıl oğurladı 15:56 | Bakıda 15 yaşlı qız yoxa çıxdı 15:40 | “Neftçi”yə 40 min avroluq cərimə 15:24 | Son dəqiqə! Mitinqə görə Bakıda 3 metrostansiya bağlandı - AÇIQLAMA 15:13 | "Mitinqə görə avtobusların hərəkət sxemi dəyişdirildi" - BNA 12:38 | Dövlət sifarişi ilə oxuyanlar üçün təhsil xərclərinin miqdarı artırılır 12:19 | Azərbaycan iqtisadiyyatının “təhlükəsizlik yastığı”nın gəlirləri çoxalır, model dəyişir - ŞƏRH 11:58 | 2 yaşlı uşaq yuyucu maddə içdi 11:41 | Ukraynanın Baş Prokurorun müavini təyin edilən azərbaycanlı kimdir? - DOSYE 11:07 | Neft Fondunun gələn il üçün büdcə gəlirləri 12,3 milyard manat nəzərdə tutulur 22:00 | Azərbaycanda gələn il səhiyyə sahəsinə nə qədər vəsait ayrılıb? 21:40 | Təyyarə avtomobillə toqquşdu, pilot öldü 21:20 | Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı 21:00 | Gələn il elm xərclərinə ayrılan vəsait 42,1 faiz artırılıb 20:50 | “Barselona”nın “Yeni Messi” planı 20:40 | XXXII Yay Olimpiya Oyunlarına 10 milyon manat ayrılacaq