Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
31-10-2018, 17:49 Oxunub: 123

Peşə təhsili üzrə səriştələrin tanınması qaydaları açıqlandı - İmtahan keçiriləcək

Peşə təhsili üzrə səriştələrin tanınması qaydaları açıqlandı - İmtahan keçiriləcək
 

Peşə Təhsili üzrə Dövlət Agentliyi vətəndaşların peşə təhsili sahəsi üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri səriştələrin tanınması prosesinin hansı formada həyata keçiriləcəyini açıqlayıb.

Xeberekspress.Az Trend-ə istinadən xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Təhsil standartları və tədris resursları şöbəsinin müdiri Məcid Bayramlı deyib ki, səriştələrin tanınması prosesinin iki hissədən ibarət olması nəzərdə tutulub: "Prosesin bir hissəsini yazılı, yaxud digər formada keçirilən proses kimi, digər hissəsini praktik formada həyata keçirilən imtahan kimi görürük. Nəzəri hissə testlə keçirilə bilər. Prosesin praktik hissəsində imtahan götürəcək şəxslərin həmin sahə üzrə mütəxəssis olması vacibdir. Buna görə də ekspertlərin müəssisələri təmsil edən şəxslərdən ibarət olmasına üstünlük veririk. Qiymətləndirilmə üçün infrastrukturun olması da vacibdir. Eyni zamanda, sertifikatlaşmanın keçiriləcəyi müəssisələr də müəyyənləşməlidir".

M.Bayramlı qeyd edib ki, səriştələrin tanınması prosesini idarə edəcək Sertifikatlaşdırma Mərkəzinin qurulması nəzərdə tutulub: "Sertifikatlaşma Mərkəzi səriştələrin tanınması üzrə bütün normativ sənədləri hazırlayan, bütün prosesləri təşkil edəcək qurum olacaq. Hazırda mərkəzin hansı formada qurulması üzrə danışıqlar aparılır. Yaxın gələcəkdə mərkəzin normativ hüquqi bazasının formalaşdırılmasının yekunlaşdırılması nəzərdə tutulur".

 

Şöbə müdirinin sözlərinə görə, səriştələrin tanınması prosesinin məntiqi nəticəsi olaraq, veriləcək sənədlər işə qəbul zamanı tanınacaq: "Səriştələrin tanınması prosesinin həyata keçirilməsi üçün ilkin olaraq sənədlərin qəbulu aparılacaq. Bu zaman müraciət edən şəxsin iddia etdiyi ixtisas üzrə bilik və bacarıq səviyyəsi şifahi olaraq yoxlanılacaq. İlkin prosesindən sonra imtahan mərhələsi gəlir. Bu mərhələ yazılı və praktik olmalıdır. İmtahanın nəticələrinə uyğun olaraq, müvəffəqiyyətli nəticə göstərən şəxs dövlət nümunəli sənəd əldə edəcək. İmtahanda aşağı nəticə göstərən şəxsin təlimlərə cəlbi nəzərdə tutulur. Şikayətləri olan şəxslər üçün apelyasiya şikayətinin verilməsi imkanın da yaradılması nəzərdə tutulub".


XƏBƏR LENTİ
17:07 | Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi açıqlaması 17:04 | Türkiyədə Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb 16:55 | İntihar edən gənclərdən yeni xəbər 16:25 | Dərslər başlamadan bunları edin - Həkim 16:10 | Gəncə hadisələrinə görə tutulanlardan biri AZADLIQDA 15:18 | “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert 15:15 | Bakıda ərəblərin şam işığında romantik görüşü yanğınla bitdi 15:13 | Putin: "Rusiya beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ-la dialoqa açıqdır" 15:11 | Azərbaycanın xarici dövlət borcu açıqlandı 15:09 | SON DƏQİQƏ: Bakıda güclü yanğın 14:13 | İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib - Bəyanat 14:09 | Paytaxtın bu ərazisində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur 14:06 | Ankara-Moskva münasibətlərində SOYUQ KÜLƏK - Ekspert səbəbləri AÇIQLADI 13:42 | "Liverpul" Premyer Liqa tarixində ən bahalı saziş bağlamağa hazırlaşır 13:39 | Şənbə günü hava necə olacaq? 13:18 | Türkiyədə gizli neft satan azərbaycanlılar saxlanıldı 13:09 | İş axtaranlara ŞAD XƏBƏR 12:32 | Vilayət Eyvazovdan polislərə tapşırıq: "Nəzakətli olmaq lazımdır" - VİDEO 12:10 | Almaniyada azərbaycanlıların davası ilə bağlı cinayət işi başlanıldı - Deportasiya olunacaqlar 11:24 | Mədət Quliyevdən yeni təyinat 10:54 | Bu il ilk dəfə dərsə gedəcək şagirdlər, tələbələr… - STATİSTİKA 10:30 | Sürücülərin diqqətinə