Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
31-10-2018, 16:43 Oxunub: 172

Elmar Məmmədyarov Bolqarıstan Milli Assambleyasının spikeri Tsveta Karayançeva ilə görüşdü

Elmar Məmmədyarov Bolqarıstan Milli Assambleyasının spikeri Tsveta Karayançeva ilə görüşdü
 

Bolqarıstana rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Bolqarıstan Respublikası Milli Assambleyasının spikeri Tsveta Karayançeva ilə görüşüb.

Azərbaycan XİN-dən Milli.Az-a verilən məlumata görə, görüş zamanı tərəflər strateji tərəfdaşlığa əsaslanan iki dost ölkə arasındakı münasibətlərin inkişaf səviyyəsindən məmnunluqlarını bildiriblər. Bu xüsusda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri zamanı 4 mart 2015-ci il tarixində Sofiyada imzalanmış "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında" Birgə Bəyannamənin əhəmiyyəti vurğulanıb.

Bolqarıstan Milli Assambleyasının spikeri Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə iştirak etmək məqsədilə 2018-ci ilin sentyabr ayında Azərbaycana səfərini məmnunluqla xatırlayıb.

Görüş zamanı tərəflər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyətini təqdir ediblər.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm nəqliyyat və enerji layihələri, eləcə də Bolqarıstan şirkətlərinin sözügedən layihələrə cəlb olunması ilə bağlı fikir mübadiləsi aparan tərəflər iqtisadi əməkdaşlığın daha da inkişafı baxımından sözügedən sahələrin böyük potensiala malik olduğunu bildiriblər və bu istiqamətdə fəaliyyətin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


XƏBƏR LENTİ
17:07 | Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi açıqlaması 17:04 | Türkiyədə Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb 16:55 | İntihar edən gənclərdən yeni xəbər 16:25 | Dərslər başlamadan bunları edin - Həkim 16:10 | Gəncə hadisələrinə görə tutulanlardan biri AZADLIQDA 15:18 | “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert 15:15 | Bakıda ərəblərin şam işığında romantik görüşü yanğınla bitdi 15:13 | Putin: "Rusiya beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ-la dialoqa açıqdır" 15:11 | Azərbaycanın xarici dövlət borcu açıqlandı 15:09 | SON DƏQİQƏ: Bakıda güclü yanğın 14:13 | İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib - Bəyanat 14:09 | Paytaxtın bu ərazisində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur 14:06 | Ankara-Moskva münasibətlərində SOYUQ KÜLƏK - Ekspert səbəbləri AÇIQLADI 13:42 | "Liverpul" Premyer Liqa tarixində ən bahalı saziş bağlamağa hazırlaşır 13:39 | Şənbə günü hava necə olacaq? 13:18 | Türkiyədə gizli neft satan azərbaycanlılar saxlanıldı 13:09 | İş axtaranlara ŞAD XƏBƏR 12:32 | Vilayət Eyvazovdan polislərə tapşırıq: "Nəzakətli olmaq lazımdır" - VİDEO 12:10 | Almaniyada azərbaycanlıların davası ilə bağlı cinayət işi başlanıldı - Deportasiya olunacaqlar 11:24 | Mədət Quliyevdən yeni təyinat 10:54 | Bu il ilk dəfə dərsə gedəcək şagirdlər, tələbələr… - STATİSTİKA 10:30 | Sürücülərin diqqətinə