Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
31-10-2018, 16:03 Oxunub: 144

Xaricdə uşaqlarının göbək ciyəsi qanını saxlatdıran azərbaycanlılar da var - Məqsəd nədir?

Xaricdə uşaqlarının göbək ciyəsi qanını saxlatdıran azərbaycanlılar da var - Məqsəd nədir?
 

İranın "Royan" Ana Hüceyrələri Texnologiyası Şirkətinin şöbə müdiri Əşkan Mozdgir bu yaxınlarda verdiyi açıqlamasında mərkəzdəki 102 min göbək ciyəsi qanının sahibi arasında Azərbaycan vətəndaşlarının da olduğunu söyləyib.

Xeberekspress.Az Trend-ə istinadən xəbər verir ki, Ə.Mozdgir bildirib ki, mərkəzdə saxlanılan göbək ciyəsi qan ehtiyatının təxminən 1%-ə yaxını xaricdə yaşayan İran vətəndaşları, Kanada, Böyük Britaniya, Türkiyə, İraq, eləcə də Azərbaycan vətəndaşlarına məxsusdur.

Onun sözlərinə görə, göbək ciyəsi qanının saxlanması yerli vətəndaşlar üçün təxminən 761, xaricilər üçün isə 1700 dollara başa gəlir. Göbək ciyəsi qanı 80-ə yaxın xəstəliyin, o cümlədən qan və əsəb xəstəliklərinin müalicəsində istifadə olunur.

Səhiyyə Nazirliyi Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva Trend-ə bildirib ki, institutda kök hüceyrələrin, o cümlədən göbək ciyəsi qanının saxlanılması üçün şərait yoxdur.

Z.Əlimirzəyeva bir çox xəstəliklər zamanı insanın kök hüceyrələrinin özünə köçürüldüyünü söyləyib:

"Körpələrdən göbək ciyəsi qanı da kök hüceyrələrinin əldə edilməsi məqsədi ilə götürülür. İnsanın qanı sağlam olduqda onun kök hüceyrələri götürülərək xüsusi şəraitdə saxlanılır və dondurulur".

 

Göbək ciyəsi qanının ölkədən kənara aparılması hallarının kütləvi olması qənaətində olmayan Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, Azərbaycanda kök hüceyrələrinin saxlanılması üçün bank yoxdur, amma ölkə qanunvericiliyi göbək ciyəsi qanının başqa ölkələrə daşınmasına da qadağa qoymur:

"Bir orqanı başqa ölkəyə aparmaq olmaz, amma bu, toxuma sayılır, toxumanın aparılması ilə bağlı isə məhdudiyyət yoxdur. Digər tərəfdən, Azərbaycanda bunu dəstəkləyən normalar da yoxdur".

Dünyada kök hüceyrələri ilə bağlı aparılan işlərin müəyyən tədqiqat mərhələsində olduğunu nəzərə çatdıran M.Quliyev kök hüceyrələrinin gələcək tibbin böyük uğurlarından biri olacağını vurğulayıb:

"Yəqin ki, Azərbaycanda da "İnsan orqan və (və ya) toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun layihəsi qəbul olunduqdan sonra bu iş həyata keçiriləcək. Layihədə kök hüceyrələrinin köçürülməsi, daşınması və saxlanılması ilə bağlı müddəalar da var. Qonşu ölkələrdə bu sahə ilə bağlı müəyyən tədqiqatlar aparılır və artıq uğurlu nəticələr əldə edilib, kök hüceyrə bankları yaradılıb. Yəqin ki, Azərbaycanda da yaxın illər ərzində bunlar reallaşacaq. Amma bu gün Azərbaycanda kök hüceyrələri bankı yoxdur. Eyni zamanda, onun qurulması üçün əlimizdə hüquqi əsas da yoxdur".


XƏBƏR LENTİ
18:00 | Putin "Orta və yaxın mənzilli raketlərin ləğvi"nə dair müqavilə barədə bəyanatla çıxış edib 17:40 | 91 yaşlı adamın ağ ciyərindən baxın nə çıxdı - FOTO 17:20 | Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış 17:07 | Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi açıqlaması 17:04 | Türkiyədə Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb 16:55 | İntihar edən gənclərdən yeni xəbər 16:25 | Dərslər başlamadan bunları edin - Həkim 16:10 | Gəncə hadisələrinə görə tutulanlardan biri AZADLIQDA 15:18 | “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert 15:15 | Bakıda ərəblərin şam işığında romantik görüşü yanğınla bitdi 15:13 | Putin: "Rusiya beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ-la dialoqa açıqdır" 15:11 | Azərbaycanın xarici dövlət borcu açıqlandı 15:09 | SON DƏQİQƏ: Bakıda güclü yanğın 14:13 | İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib - Bəyanat 14:09 | Paytaxtın bu ərazisində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur 14:06 | Ankara-Moskva münasibətlərində SOYUQ KÜLƏK - Ekspert səbəbləri AÇIQLADI 13:42 | "Liverpul" Premyer Liqa tarixində ən bahalı saziş bağlamağa hazırlaşır 13:39 | Şənbə günü hava necə olacaq? 13:18 | Türkiyədə gizli neft satan azərbaycanlılar saxlanıldı 13:09 | İş axtaranlara ŞAD XƏBƏR 12:32 | Vilayət Eyvazovdan polislərə tapşırıq: "Nəzakətli olmaq lazımdır" - VİDEO 12:10 | Almaniyada azərbaycanlıların davası ilə bağlı cinayət işi başlanıldı - Deportasiya olunacaqlar