Qaynarxətt: (+99470) 997 11 77
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
14-12-2017, 16:15 Oxunub: 241

Ağdaşda 17 yaşlı oğlanın qətlinin SƏBƏBİ - YENİLƏNİB

Ağdaşda 17 yaşlı oğlanın qətlinin SƏBƏBİ - YENİLƏNİB



16:00

Ağdaşda rayonunda törədilən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Xeberekspress.Az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Ağdaş şəhərinin Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı əslən Ağdaş rayonundan olan və Bakıda yaşayan 2000-ci il təvəllüdlü Hacıyev Tərlan Fikrət oğlu həmyaşıdı, Ağdaş şəhər sakini Nəsibov Ətraf Nəsib oğlunu bıçaqlayıb. Ürək və kürək nahiyəsindən bıçaq xəsarətləri alan Ətraf Nəsibov hadisə yerində dünyasını dəyişib.

Qətli törədən Tərlan Hacıyev hadisə yerindən qaçaraq Qəbələ rayonunda yaşayan qohumunun evində, sonra isə meşə ərazisində gizlənsə də, günorta saatlarında Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən operativ əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Rayon sakinlərinin APA-nın yerli bürosuna verdiyi məlumata görə, Ağdaş Dövlət Humanitar Kollecinin 2-ci kurs tələbəsi olan Ətraf Nəsibovun namus üstündə qətlə yetirildiyi bildirilir. Belə ki, Ətraf Nəsibov Tərlan Hacıyevin Ağdaşda orta məktəbin 10-cu sinfində oxuyan və dayısının evində yaşayan bacısı ilə görüşüb. Sonradan qız barəsində xoşagəlməz fikirlər söyləyən Ətraf Nəsibovun bu hərəkəti Tərlan Hacıyevin xoşuna gəlməyib. Tərlan Hacıyev bacısına görə Bakıdan Ağdaşa gələrək Ətraf Nəsibovu amansızlıqla qətlə yetirib. Qətli törədən Tərlan Hacıyevin valideynlərinin hazırda Türkiyədə olduğu bildirilir.

Qeyd edək ki, hadisə Ağdaş Dövlət Humanitar Kollecinin ərazisindən kənarda, dərslərarası fasilə vaxtı baş verib. Ətraf Nəsibov kolleci özbaşına tərk edərək poçtun yanına gedib və məlum hadisə bu zaman qeydə alınıb.

Kollecdən APA-nın yerli bürosuna bildirilib ki, Ətraf Nəsibov dərslərini yaxşı oxuyan, sakit təbiətli insan olub, tələbə gənclər təşkilatının üzvü kimi təhsil ocağının tədbirlərində fəal iştirak edirmiş.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfində cinayət işi açılıb, araşdırma aparılır.

----------

12:30

Ağdaş rayonunda 17 yaşlı gənci qətlə yetirən şəxsin adı məlum olub.

Xeberekspress.Azın report-a istinadən məlumatına görə, Ağdaş rayon Hümanitar Kollecin 3-cü kurs tələbəsi Coşqun Nəsibovu şəhərin Müşviq İsayev küçəsində yaşayan, 2000-ci il təvəllüdlü Tərlan Fikrət oğlu Hacıyev bıçaqlayaraq qətlə yetirib.

İkin məlumatlara görə, hadisə qısqanclıq zəminində baş verib.

Belə ki, qətlə yetirilən Ə.Nəsibov hadisəni törədən şəxsin bacısının arxasınca gedib. Bundan xəbər tutan qızın qardaşı T.Hacıyev onu söhbət etmək üçün çağırıb və Ə.Nəsibovu öldürüb.

Hadisəni törədən şəxs daha sonra qaçıb.

Hazırda hüquq mühafizə orqanları tərəfindən əməliyyat axtarış tədbirləri aparılır.

---------

12:08

Ağdaş rayonunda qətlə yetirilən 17 yaşlı gəncin adı məlum olub.

Xeberekspress-ın report-a istinadən məlumatına görə, hadisə Ağdaş şəhəri, Bəkir Nəbiyev küçəsində qeydə alınıb.

Belə ki, Ağdaş şəhəri, Əhməd Cavad küçəsində yaşayan, 2000-ci il təvəllüdlü Coşqun Ətraf oğlu Nəsibov bıçaqlanaraq öldürülüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

----------

11:10

Ağdaşda qətl hadisəsi baş verib.

Xeberekspress.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün 10.30 radələrində Ağdaş şəhərindəki Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında qeydə alınıb.

16-17 yaşlarında olduğu deyilən oğlanın ürəyindən bıçaqlanaraq öldürüldüyü bildirilir.

Onun meyiti müayinə olunmaq üçün Ağdaş morquna aparılıb.

Faktla bağlı araşdırma aparılır. Ölən və hadisəni törədənin kimliyi hələlik məlum deyil.
XƏBƏR LENTİ
23:46 | Mehriban Əliyeva Vladimir Putinlə görüşəcək 23:38 | Qadın güləşçilərin Çeboksarı sınağı 23:36 | Prezident: “Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi” 23:34 | Qaladakı qəzada ölənlər dəfn edildi, qonaq gedirlərmiş... - FOTO 23:32 | Bakı sakinindən hədə-qorxu ilə 7000 manat tələb edilib 17:34 | Kliniki Tibbi Mərkəzdə YAP ın yaradılmasının 27ci ildönümünə həsr olunmuş tədbir keçirildi. 17:13 | Bu şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI 16:51 | İlham Əliyev Zakir Fərəcovu təltif etdi 16:29 | Prezidentdən Sumqayıtdakı stadiona 5 milyon manat 16:14 | “Narazılıq var? Çox qəribə sualdır e...” – Mircavadov 15:54 | Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib 15:40 | Bu mənzilləri faizsiz, 25 ilə ala biləcəksiniz — Evi olmayanlara müjdə! - RƏSMİ 15:20 | İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə 14:07 | Afaq Aslanla bağlı ŞOK SÖZLƏR - Nadir Qafarzadə elə danışdı ki... / VİDEO 13:46 | Bakıda professor evində ölü TAPILDI 13:30 | "WhatsApp" bu telefonlarda işləməyəcək 12:37 | DYP-dən sürücülərə VACİB XƏBƏRDARLIQ - Bu yollar BUZ BAĞLAYACAQ 12:31 | DİQQƏT! DİQQƏT! İLİN NOMİNASİYALARI -2019 SƏSVERMƏ BAŞLADI! 12:13 | İcbari Tibbi Sığortanın ölkə üzrə tətbiqi müzakirə olunub 11:59 | Faiq Ağayev Elçin Əlibəyli haqqında GÖRÜN NƏLƏR DEDİ: "Qurşaqdan aşağı zarafatlarla..." 11:49 | Şəhid adından istifadə edib dələduzluq etdi - Bakı polisindən açıqlama 11:22 | "Erkən yaşda qızlarımız dünyaya uşaq gətirirlər" - Elmira Süleymanova