Qaynarxətt: (+99470) 997 11 77
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
14-12-2017, 16:12 Oxunub: 156

Avtomobil bazarında qiymət artımı davam edir

Avtomobil bazarında qiymət artımı davam edir


Bu ilin yanvar-noyabr aylarında Azərbaycana ümumilikdə 9 828 ədəd avtomobil idxal olunub.


Xeberekspress.az Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 5 008 ədəd və ya 2,04 dəfə artıb. Avtomobil idxalının artması bazardakı qiymətlərə necə təsir edib?

Ramil Osmanlı Oxu.Az-a açıqlamasında bildirdi ki, avtomobil idxalının artımı qiymətlərin yüksəlməsinin qarşısını almır: "Avtomobil bazarında qiymət artımı davam edir. Bu, həm ilkin, həm də ikinci əl avtomobil bazarı üçün xarakterikdir. Bunun da səbəbi təklifin tələbi ödəməməsidir. Əvvəllər qiymət artımları maliyyə bazarlarında baş verən proseslərlə, yəni dolların dəyərinin yüksəlməsi ilə bağlı idisə, artıq səbəb dəyişib".

R.Osmanlı vurğuladı ki, dolların manata nisbətdə güclənməsi, makroiqtisadi göstəricilərin zəifləməsi bazara pul axınını azaltdı: "İdxal kəskin şəkildə azaldı. 2014-2015-ci illərin göstəricilərinə nəzər salsaq, görərik ki, avtomobil idxalı azalıb. Hazırda ucuz və qiyməti əlçatan avtomobillərə tələb böyükdür. Bu da qiymət artımına gətirib çıxarır".

Məlum oldu ki, hazırda bazarda avtomobillər 2000 manatdan başlayaraq 300 min manata qədər qiymətlərlə təklif edilir.

R.Osmanlı avtomobil salonlarının vəziyyətində dəyişikliyin olmadığını dedi: "İlkin avtomobil bazarında vəziyyət mürəkkəbdir. Avtomobillərə kredit ayrılması məhdudlaşdırılıb".
XƏBƏR LENTİ
09:45 | Səhiyyə Nazirliyi: Zəhərlənən tələbələrin vəziyyəti ağır olaraq qalır 23:46 | Mehriban Əliyeva Vladimir Putinlə görüşəcək 23:38 | Qadın güləşçilərin Çeboksarı sınağı 23:36 | Prezident: “Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi” 23:34 | Qaladakı qəzada ölənlər dəfn edildi, qonaq gedirlərmiş... - FOTO 23:32 | Bakı sakinindən hədə-qorxu ilə 7000 manat tələb edilib 17:34 | Kliniki Tibbi Mərkəzdə YAP ın yaradılmasının 27ci ildönümünə həsr olunmuş tədbir keçirildi. 17:13 | Bu şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI 16:51 | İlham Əliyev Zakir Fərəcovu təltif etdi 16:29 | Prezidentdən Sumqayıtdakı stadiona 5 milyon manat 16:14 | “Narazılıq var? Çox qəribə sualdır e...” – Mircavadov 15:54 | Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib 15:40 | Bu mənzilləri faizsiz, 25 ilə ala biləcəksiniz — Evi olmayanlara müjdə! - RƏSMİ 15:20 | İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə 14:07 | Afaq Aslanla bağlı ŞOK SÖZLƏR - Nadir Qafarzadə elə danışdı ki... / VİDEO 13:46 | Bakıda professor evində ölü TAPILDI 13:30 | "WhatsApp" bu telefonlarda işləməyəcək 12:37 | DYP-dən sürücülərə VACİB XƏBƏRDARLIQ - Bu yollar BUZ BAĞLAYACAQ 12:31 | DİQQƏT! DİQQƏT! İLİN NOMİNASİYALARI -2019 SƏSVERMƏ BAŞLADI! 12:13 | İcbari Tibbi Sığortanın ölkə üzrə tətbiqi müzakirə olunub 11:59 | Faiq Ağayev Elçin Əlibəyli haqqında GÖRÜN NƏLƏR DEDİ: "Qurşaqdan aşağı zarafatlarla..." 11:49 | Şəhid adından istifadə edib dələduzluq etdi - Bakı polisindən açıqlama