Qaynarxətt: (+99470) 997 11 77
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
24-10-2018, 17:00 Oxunub: 108

Səudiyyə Ərəbistanı Konsulluğun bağçası və quyuda axtarış aparmağa icazə vermədi

Səudiyyə Ərəbistanı Konsulluğun bağçası və quyuda axtarış aparmağa icazə vermədi
 

Səudiyyə Ərəbistanının vəzifəli şəxsləri Krallığın İstanbuldakı Baş Konsulluğunun bağçasında və quyuda araşdırma aparmağa icazə verməyib.

Xeberekspress.Az report-a istinadən xəbər verir ki, jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı istintaq çərçivəsində təhlükəsizlik orqanları əməkdaşlarının Baş Konsulluğun binasında və konsulun evində axtarış aparıb. Ancaq Konsulluğun bağçasında və oradakı quyuda axtarış aparılmasına Krallığın məsul şəxsləri icazə verməyib.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Baş Konsullğun binasında öldürülüb. Camal Qaşıqçının paltarını geyinmiş və gözlüyünü taxmış bir nəfərin Baş Konsulluqdan çıxarılması səhnəsini quraşdırmaqla Səudiyyə Ərəbistanı jurnalistin diplomatik missiyadan çıxdığını beynəlxalq ictimaiyyətə sırımaq istəyib. Bununla da Camal Qaşıqçının itkin düşməsi məsələsində Türkiyəni ittiham etməyi planlaşdırıbmış.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının toplantısında bu barədə çıxış edib.

 

Jurnalist C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq jurnalistin Baş Konsulluğun binasında öldürüldüyünü etiraf edib. Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman C.Qaşıqçının ailəsinə başsağlığı verib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel C.Qaşıqçı ilə bağlı məsələni araşdırmaq üçün oktyabrın 23-də Türkiyəyə səfər edib. O, jurnalistin öldürülməsi ilə bağlı aparılan istintaq işi üzrə bir sıra görüşlər keçirib.