Qaynarxətt: (+99470) 997 11 77
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
13-12-2017, 13:19 Oxunub: 183

Bakcell şirkətinin stendi "BakuTel-2017" sərgisinin ən orijinal stendi seçildi

Bakcell şirkətinin stendi "BakuTel-2017" sərgisinin ən orijinal stendi seçildi


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları "BakuTel 2017" Sərgi-Konfransında fəal iştirakına görə mükafatlandırılıb. Şirkətinin stendi "BakuTel-2017" sərgisinin "ən orijinal stendi" adına layiq görülüb.

2017-ci ilin 5-8 dekabr tarixlərində keçirilmiş "BakuTel 2017" sərgisi çərçivəsində təşkil edilmiş Bakcell stendi sərgi qonaqlarının böyük marağına səbəb olaraq, bu nüfuzlu tədbirin ən populyar və ziyarət olunan stendinə çevrilib. Stendin ziyarətçiləri "Robot Automation Latency" (Proseslərin Robotlaşdırılması, Məlumatların Ötürülməsində Gecikmə Müddəti) nümayişi ilə yanaşı, Azərbaycanda indiyədək görünməmiş 5G-yə hazırlığı və 4.5G Pro texnologiyasının 1 Gb/saniyəyədək olan inanılmaz sürətini görmək imkanını qazanıblar. Bundan əlavə, Bakcell stendinin qonaqları Bakcell şirkətinin təqdim etdiyi "Bakcell TaxFree app", "Klass Postpaid", "MyHour" və hətta "Pulsuz İnstagram" kimi bəzi yeni məhsullar, təkliflər və xidmətlərlə tanış olublar.

Maraqlı müsabiqələr və bol əyləncə ilə yanaşı, stenddə Bakcell şirkətinin "AppLab" proqramı vasitəsilə gənc Azərbaycanlı proqram tərtibatçıları tərəfindən yaradılmış 3 layihə də nümayiş etdirilib.

Nəticədə innovativ və maraqlı məzmun sayəsində Bakcell şirkətinin stendi sərginin "ən orijinal stendi" seçilib və "BakuTel-2017" sərgisinin təşkilatçısı Caspian Event Organizers (CEO) şirkəti tərəfindən sertifikatla təltif olunub. Bakcell şirkətinin "BakuTel 2017" sərgisi çərçivəsində təşkil edilmiş stendinin bütün ziyarətçiləri mehriban və əyləncə dolu bir mühitdə ən müasir texnologiyalardan istifadə etməklə unudulmaz təəssüratlar əldə ediblər.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell"in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Bakcell şirkətinin stendi "BakuTel-2017" sərgisinin ən orijinal stendi seçildi
Bakcell şirkətinin stendi "BakuTel-2017" sərgisinin ən orijinal stendi seçildi
XƏBƏR LENTİ
22:20 | 10 yaşlı uşağı maşın vurdu 22:00 | Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil verilib (FOTO) 21:40 | Lənkəranda 59 yaşlı ruhi xəstə itkin düşdü 21:20 | Bağçada 50-dən çox uşaq kəskin qoxulu maddədən zəhərləndi 21:00 | Manatın sabaha MƏZƏNNƏSİ 18:40 | "Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək" - İlham Əliyev 18:00 | Lavrovun qalmaqallı Qarabağ açıqlaması: Məqsəd nədir? - GƏLİŞMƏ 17:21 | BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yadı 17:08 | Prezidentdən icra başçılarına SƏRT XƏBƏRDARLIQ: Hansısa bəd əmələ düçar olsanız... 16:42 | Deputat məmurların gəlir deklarasiyası məsələsini QALDIRDI 16:37 | ADPU-nun Quba Filialında 12 Noyabr-Konstitusiya Günü ilə əlaqədar tədbir keçirilib 16:15 | Sürücülərin DİQQƏTİNƏ! 40-60 AZN cərimələnə bilərsiniz 15:50 | Prezidentin bu gün təyin etdiyi icra başçısı Ağdərədə güllə yarası alıb - FOTO 15:35 | Bakıda FACİƏ: iki fəhlə kanalizasiya quyusuna düşərək öldü 15:26 | Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək 15:25 | Sumqayıtda "Dövlət Bayrağı Günü" ilə bağlı bayraq yürüşü keçirilib 15:21 | Sabah Bakıda yağış yağacaq 14:46 | “Azərbaycanda iqtisadi artım gələn il də davam edəcək” - OQTAY ƏSƏDOV 14:31 | “WhatsApp” bu istifadəçiləri bloklayır 14:30 | “Bakcell-in Ukraynanın MTC mobil operatorunu alması böyük uğurdu” - OSMAN GÜNDÜZ 14:17 | İcra başçısı təyin olunan deputatdan ilk AÇIQLAMA 13:58 | Şirvanın YENİ icra başçısı kimdir? - DOSYE