Qaynarxətt: (+99470) 997 11 77
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
13-12-2017, 13:10 Oxunub: 274

Salyandakı qətliamın dəhşətli sirləri açılır - Oğlu öldürülən ananın məvacibini alıb xərclədi - VİDEO - FOTO

Salyandakı qətliamın dəhşətli sirləri açılır - Oğlu öldürülən ananın məvacibini alıb xərclədi - VİDEO - FOTO


XeberekspressAz ölkə.az-a istinadən Salyanda dəhşətli qətllə bağlı hazırlanan reportajı təqdim edir:

Yazını hansı adlı, hansı formada təqdim edəcəyimi bilmirəm. Çünki heç vaxt dörd qız və ananın qətlə yetirildiyi evdən reportaj hazırlamamışam. Heç ana öldürüləndən sonra onun işlədiyi yerə gedib məvacibini alıb xərcləyən oğul da görməmişəm...

... Salyanda əri tərəfindən qətlə yetirilən Mehbarə Qurbanovanın və dörd qızı İradə, Rəqibə, Sevda və Ümidənin yas mərasimi verilən evdəyik.

Salyandakı qətliamın dəhşətli sirləri açılır - Oğlu öldürülən ananın məvacibini alıb xərclədi - VİDEO - FOTO

Mehparə Qurbanovanın qardaşı Elnur Qurbanov deyir ki, cəsədlərdən biri nisbətən təzəymiş. Ardınca açıqladığı fakt isə, sözün əsl mənasında, tükürpədicidir. Sən demə, Fəqan Əliyev anası öldürüləndən sonra onun işlədiyi yerə gedərək, verilməmiş iki aylıq məvacibini alıb:

"Görün bu nə qədər vicdansız adamdır ki, gedib bacımın işlədiyi yerdən onun iki aylıq məcavibin bir ayını alıb. Soruşublar ki, anan hardadır? Deyib ki, xəstələnib, Bakıda müalicə etdiririk. Həmin pulu da aparıb xərcləyiblər".
Salyandakı qətliamın dəhşətli sirləri açılır - Oğlu öldürülən ananın məvacibini alıb xərclədi - VİDEO - FOTO
Mehbarə Qurbanovanın bibisi qızı Təranə xanım isə düşünür ki, Fərhad Əliyevin qohumlarından heç kimin yas mərasiminə gəlməməsi onlarda müəyyən şübhələr yaradır:

"Onların evlərinin hasarı yoxdur. Digər iki qardaşın pəncərəsi bunların evinə açılır. O boyda iyi, səs-küyü bunlar eşitməyə bilməzdilər".

Qohumu hesab edir ki, M.Qurbanova və qızlarının qətlə yetirildiyi ev sökülməli və yerində uşaq parkı tikilməlidir:

"Həmin ev Fərhadgilin ata mülküydü, bütün qardaşların orada gözü var idi. Çox istərdik ki, həmin ev sökülsün, yerində park salınsın. Çünki Nə Mehparə, nə də qızları o evdən bir xeyir görmədilər. Xoşqədəm xanımdan da çox razıyıq ki, Yusif Mustafayevin vaxtında cavabını verdi. O düşünmədən danışdı. Ancaq sağ olsun, imkan vermədi ki, haqqımızda nahaq danışsın. Rayon rəhərliyi də bizə qardaş oldular. Bu günlərdə yanımızda idilər. Nə yaxşı ki bu işin üstü açıldı. Çünki hərə bir söz deyirdi. Təmiz adları oldu, kimlərinsə yanında xəcalətli qalmadıq".

M.Qurbanovanın qardaşı E.Qurbanov deyir ki, tez-tez bacısının qətlə yetirildiyi evə gedirmiş, ətrafdakılardan bura kiminsə gəlib-gəlmədiyiylə maraqlanırmış. Qətldən iki il sonra bacısının evinə gedərkən görür ki, həyət-baca səliqəyə salınıb, ağaclar budanıb. Sən demə, F.Əliyev bunu diqqət çəkməmək, şühbə yaratmamaq üçün edirmiş.
Salyandakı qətliamın dəhşətli sirləri açılır - Oğlu öldürülən ananın məvacibini alıb xərclədi - VİDEO - FOTO
Qurbanovanın qardaşı Elnur isə bu ərəfələrdə F.Əliyevin qohumlarının onlara "Televiziyaya çıxıb bizi biabır elədiniz. Onlar ya Türkiyədə, ya da Dubaydadırlar" formasında tənələr edildiyini söyləyir.

Sözügedən hadisəni ilk olaraq ictimailəşdirən "Səni Axtarıram"ın aparıcısı Xoşqədəm Hidayətqızı isə bildirir ki, qətlə yetirilən dörd qız və ananın məzarüstü abidəsi layihənin hesabına götürüləcək:

"Belə qərara gəldik ki, məzar daşlarını biz qoyduraq. Sizə təsəlli vermək asandır. Amma durumunuz çox çətindir. Deyiləsi dərd deyil. Özümü sizin yerinizə qoya bilmərəm. Çünki bu dərdi hiss etmək üçün sizin yerinizdə olmaq lazımdır".

Arvatan kənd qəbristanlığındayıq. Dəhşətli sözü bu mənzərənin qarşısında o qədər bəsit və cılız görünür ki... Ən yaxşısı yazını bitirək. Gerisini özünüz görün.




XƏBƏR LENTİ
23:46 | Mehriban Əliyeva Vladimir Putinlə görüşəcək 23:38 | Qadın güləşçilərin Çeboksarı sınağı 23:36 | Prezident: “Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi” 23:34 | Qaladakı qəzada ölənlər dəfn edildi, qonaq gedirlərmiş... - FOTO 23:32 | Bakı sakinindən hədə-qorxu ilə 7000 manat tələb edilib 17:34 | Kliniki Tibbi Mərkəzdə YAP ın yaradılmasının 27ci ildönümünə həsr olunmuş tədbir keçirildi. 17:13 | Bu şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI 16:51 | İlham Əliyev Zakir Fərəcovu təltif etdi 16:29 | Prezidentdən Sumqayıtdakı stadiona 5 milyon manat 16:14 | “Narazılıq var? Çox qəribə sualdır e...” – Mircavadov 15:54 | Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib 15:40 | Bu mənzilləri faizsiz, 25 ilə ala biləcəksiniz — Evi olmayanlara müjdə! - RƏSMİ 15:20 | İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə 14:07 | Afaq Aslanla bağlı ŞOK SÖZLƏR - Nadir Qafarzadə elə danışdı ki... / VİDEO 13:46 | Bakıda professor evində ölü TAPILDI 13:30 | "WhatsApp" bu telefonlarda işləməyəcək 12:37 | DYP-dən sürücülərə VACİB XƏBƏRDARLIQ - Bu yollar BUZ BAĞLAYACAQ 12:31 | DİQQƏT! DİQQƏT! İLİN NOMİNASİYALARI -2019 SƏSVERMƏ BAŞLADI! 12:13 | İcbari Tibbi Sığortanın ölkə üzrə tətbiqi müzakirə olunub 11:59 | Faiq Ağayev Elçin Əlibəyli haqqında GÖRÜN NƏLƏR DEDİ: "Qurşaqdan aşağı zarafatlarla..." 11:49 | Şəhid adından istifadə edib dələduzluq etdi - Bakı polisindən açıqlama 11:22 | "Erkən yaşda qızlarımız dünyaya uşaq gətirirlər" - Elmira Süleymanova