Qaynarxətt: (+99470) 997 11 77
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
13-10-2018, 12:15 Oxunub: 157

Azərbaycan şahmatçıları Avropa çempionatına qələbə ilə start verdi

 Azərbaycan şahmatçıları Avropa çempionatına qələbə ilə start verdi

Yunanıstanda şahmat üzrə klublararası Avropa çempionatına start verilib.

Xeberekspress.Az "qafqazinfo"ya istinadən bildirir ki, turnirdə Azərbaycanı təmsil edən "Odlar Yurdu" klubunun kişilərdən ibarət komandası ilk turda Finlandiyanın "Komeon" klubu ilə qarşılaşıb.

Görüş təmsilçimizin 6:0 hesablı qələbəsi ilə bitib

Qadınlardan ibarət komandamız isə Sloveniyanın  "Maribor" komandasını 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, çempionatın ümumi mükafat fondu 40 min avrodur. Bunun 22 mini kişilər, 13 mini isə qadınlar arasında bölüşdürüləcək. 5 min avro isə fərdi fərqlənən şahmatçılara veriləcək. Komandalar arasında ilk 3 yeri tutanlar mükafatlandırılacaq.