Qaynarxətt: (+99470) 997 11 77
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
12-12-2017, 11:09 Oxunub: 160

Bakı Ali Neft Məktəbində ümummilli lider anıldı

Bakı Ali Neft Məktəbində ümummilli lider anıldı


Bakı Ali Neft Məktəbində (BANM) Ümummilli liderimiz, müasir Azərbaycanımızın qurucusu və əvəzolunmaz siyasətçi Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Mərasim ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov tədbir iştirakçılarını salamlayaraq onlara ümummilli liderin müdrik siyasəti, Vətən və dövlət qarşısındakı xidmətlərindən söz açıb və öz xatirəsində qalan dahi şəxsiyyətin xeyirxah əməllərindən danışıb.

Ali Məktəbin İngilis dili və humanitar fənnlər mərkəzinin dosenti, Tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev isə ulu öndərin tarix boyu qoyduğu izdən, onun illər üzrə siyasi fəaliyyəti və quruculuq işlərindən danışıb.

Tədbirdə BANM-in tələbələri də Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən prezentasiya ilə çıxış ediblər. Ali Məktəbin 5-ci kurs tələbələri Heydər Nəcəfov, Aqil Əsgərov və Fərid Mustafayev böyük araşdırma edərək dahi rəhbərin Azərbaycan xalqının müstəqilliyi uğrunda göstərdiyi xidmətini, ölkənin bütün sektorlarında o cümlədən neft sahəsində müdrik siyasətini və bu siyasətinin nəticələrini tədbir iştirakçılarının nəzərinə çatdırıblar.

Anım mərasimində, Ümummilli Liderin müstəqillik, yaradıcılıq, quruculuq ideyaları, həmçinin bu ideyaların cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu davamı tədbir iştirakçıları üçün nümunə gətirilib və hər kəs xalqımızın davamlı inkişaf strategiyasına bu istiqamətdən yanaşaraq töhfə verməyə çağırılıb.
XƏBƏR LENTİ
23:46 | Mehriban Əliyeva Vladimir Putinlə görüşəcək 23:38 | Qadın güləşçilərin Çeboksarı sınağı 23:36 | Prezident: “Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi” 23:34 | Qaladakı qəzada ölənlər dəfn edildi, qonaq gedirlərmiş... - FOTO 23:32 | Bakı sakinindən hədə-qorxu ilə 7000 manat tələb edilib 17:34 | Kliniki Tibbi Mərkəzdə YAP ın yaradılmasının 27ci ildönümünə həsr olunmuş tədbir keçirildi. 17:13 | Bu şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI 16:51 | İlham Əliyev Zakir Fərəcovu təltif etdi 16:29 | Prezidentdən Sumqayıtdakı stadiona 5 milyon manat 16:14 | “Narazılıq var? Çox qəribə sualdır e...” – Mircavadov 15:54 | Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib 15:40 | Bu mənzilləri faizsiz, 25 ilə ala biləcəksiniz — Evi olmayanlara müjdə! - RƏSMİ 15:20 | İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə 14:07 | Afaq Aslanla bağlı ŞOK SÖZLƏR - Nadir Qafarzadə elə danışdı ki... / VİDEO 13:46 | Bakıda professor evində ölü TAPILDI 13:30 | "WhatsApp" bu telefonlarda işləməyəcək 12:37 | DYP-dən sürücülərə VACİB XƏBƏRDARLIQ - Bu yollar BUZ BAĞLAYACAQ 12:31 | DİQQƏT! DİQQƏT! İLİN NOMİNASİYALARI -2019 SƏSVERMƏ BAŞLADI! 12:13 | İcbari Tibbi Sığortanın ölkə üzrə tətbiqi müzakirə olunub 11:59 | Faiq Ağayev Elçin Əlibəyli haqqında GÖRÜN NƏLƏR DEDİ: "Qurşaqdan aşağı zarafatlarla..." 11:49 | Şəhid adından istifadə edib dələduzluq etdi - Bakı polisindən açıqlama 11:22 | "Erkən yaşda qızlarımız dünyaya uşaq gətirirlər" - Elmira Süleymanova