Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
29-09-2018, 14:15 Oxunub: 201

Əliyevlə görüş: Paşinyan artıq dərk edir ki… - Millət vəkili

Əliyevlə görüş: Paşinyan artıq dərk edir ki… - Millət vəkili
 

Paşinyan artıq dərk edir ki, danışıqların formatı dəyişməməli, danışıqlar prosesində tərəf kimi Ermənistan və Azərbaycan iştirak etməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Düşənbədə MDB Dövlət Başçıları Şurası çərçivəsində görüşündən sonra baş nazirin artıq əvvəlki ritorikasını təkrarlamadığı məlum olub:

"Paşinyan artıq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin tərəf kimi iştirak etməsi ideyasını müdafiə etmir. Paşinyan təxminən 4 aylıq hakimiyyəti dövründə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar masası arxasında qondarma rejimin də olmasını istəyir,yalnız bu halda danışıqlara getməyə hazır olduqlarını vurğulayırdı. Bununla əlaqədar Prezident İlham Əliyev dəfələrlə bu şərti qəbul etmədiyimizi bəyan etmiş, hətta ölkə başçısı çıxışlarında ümumiyyətlə, danışıqlarda formatın dəyişdirilə bilməyəcəyini vurğulamışdır. Format isə odur ki, bu münaqişənin tənzimlənməsi prosesində tərəf kimi Ermənistan və Azərbaycan iştirak edir və heç bir halda qondarma rejim bu danışıqlarda təmsil oluna bilməz, çünki münaqişə Ermənistan-Azərbaycan münaqişəsidir”.

 

Millət vəkili vurğulayıb ki, hətta Paşinyan eyni yanaşmalarını BMT-də də təkrarladı:

"Lakin sonradan artıq Ermənistanın baş nazirinin əvvəlki ritorikasını təkrarlamadığı göründü. Paşinyanın əvvəlki yanaşmasının daha çox daxili auditoriyaya ünvanlamışdı. Lakin o, bununla heç bir beynəlxalq dəstək almadığını çox gözəl anladı. Digər tərəfdən Paşinyan, MDB dövlət başçılarının Düşənbə sammitində bu ideyasının dəstək almadığının növbəti dəfə şahidi oldu, ona görə də bu məsələdə praqmatik siyasət aparmaqdan başqa yol olmadığını gördü”.

Millət vəkili qeyd edib ki, danışıqlar prosesində yalnız Ermənistan və Azərbaycan tərəfləri iştirak etməlidir:

"Bu nöqteyi-nəzərdən oktyabr ayında ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona gözlənilən növbəti səfəri çərçivəsində artıq məhz Ermənistan və Azərbaycan rəhbərləri səviyyəsində danışıqlar aparılması ilə bağlı mövqe yekun təsdiqini tapacaq və bundan sonra Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında danışıqların vaxtının təyin edilməsi ətrafında müzakirələrin gedəcəyi ehtimal olunur”.


XƏBƏR LENTİ
23:00 | Trampı dəstəkləyən gözəlin tacı əlindən alındı 22:30 | Azərbaycan fəlakətin astanasındadır - Alimlərdən xəbərdarlıq 22:00 | Övladını vegan kimi qidalandıran cütlüyə 18 ay həbs cəzası verilib 21:40 | Putin ABŞ-la bağlı göstəriş verdi 21:20 | Ağlasığmaz məmur saxtakarlığı: Pensiya almaq üçün pasportda yaşını 34 il artırdı 21:00 | Hacı Əliyev baş leytenant rütbəsi almasından danışdı 18:00 | Putin "Orta və yaxın mənzilli raketlərin ləğvi"nə dair müqavilə barədə bəyanatla çıxış edib 17:40 | 91 yaşlı adamın ağ ciyərindən baxın nə çıxdı - FOTO 17:20 | Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış 17:07 | Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi açıqlaması 17:04 | Türkiyədə Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb 16:55 | İntihar edən gənclərdən yeni xəbər 16:25 | Dərslər başlamadan bunları edin - Həkim 16:10 | Gəncə hadisələrinə görə tutulanlardan biri AZADLIQDA 15:18 | “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert 15:15 | Bakıda ərəblərin şam işığında romantik görüşü yanğınla bitdi 15:13 | Putin: "Rusiya beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ-la dialoqa açıqdır" 15:11 | Azərbaycanın xarici dövlət borcu açıqlandı 15:09 | SON DƏQİQƏ: Bakıda güclü yanğın 14:13 | İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib - Bəyanat 14:09 | Paytaxtın bu ərazisində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur 14:06 | Ankara-Moskva münasibətlərində SOYUQ KÜLƏK - Ekspert səbəbləri AÇIQLADI