Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
31-08-2018, 22:00 Oxunub: 176

Prezident İlham Əliyev Slovakiya və Özbəkistanın dövlət başçılarını təbrik edib

Prezident İlham Əliyev Slovakiya və Özbəkistanın dövlət başçılarını təbrik edib
 

Prezident İlham Əliyev Slovakiya Prezidenti Andrey Kiskaya təbrik məktubu göndərib.

Xeberekspress.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, Slovakiya Respublikasının milli bayramı - Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Slovakiya əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Slovakiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

X X X

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu göndərib.

Xebeekspress.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: təbrikdə deyilir:

"Hörmətli Şavkat Miromonoviç, Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu gün qardaş Özbəkistan müstəqillik yolu ilə inamla irəliləyərək, dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafı sahəsində mühüm nailiyyətlər qazanır. Özbəkistanın beynəlxalq aləmdə nüfuzu daim artır.

Ölkələrimiz arasındakı əlaqələr ortaq milli, mənəvi və mədəni dəyərləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır. Dövlətlərarası münasibətlərimizin belə möhkəm təməllər üzərində inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi xüsusi məmnunluq doğurur.

İnanıram ki, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi və daha da dərinləşməsi bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Hörmətli Şavkat Miromonoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Özbəkistan xalqına daim əmin-amanlıq və rifah arzulayıram.


XƏBƏR LENTİ
17:40 | 91 yaşlı adamın ağ ciyərindən baxın nə çıxdı - FOTO 17:20 | Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış 17:07 | Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi açıqlaması 17:04 | Türkiyədə Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb 16:55 | İntihar edən gənclərdən yeni xəbər 16:25 | Dərslər başlamadan bunları edin - Həkim 16:10 | Gəncə hadisələrinə görə tutulanlardan biri AZADLIQDA 15:18 | “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert 15:15 | Bakıda ərəblərin şam işığında romantik görüşü yanğınla bitdi 15:13 | Putin: "Rusiya beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ-la dialoqa açıqdır" 15:11 | Azərbaycanın xarici dövlət borcu açıqlandı 15:09 | SON DƏQİQƏ: Bakıda güclü yanğın 14:13 | İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib - Bəyanat 14:09 | Paytaxtın bu ərazisində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur 14:06 | Ankara-Moskva münasibətlərində SOYUQ KÜLƏK - Ekspert səbəbləri AÇIQLADI 13:42 | "Liverpul" Premyer Liqa tarixində ən bahalı saziş bağlamağa hazırlaşır 13:39 | Şənbə günü hava necə olacaq? 13:18 | Türkiyədə gizli neft satan azərbaycanlılar saxlanıldı 13:09 | İş axtaranlara ŞAD XƏBƏR 12:32 | Vilayət Eyvazovdan polislərə tapşırıq: "Nəzakətli olmaq lazımdır" - VİDEO 12:10 | Almaniyada azərbaycanlıların davası ilə bağlı cinayət işi başlanıldı - Deportasiya olunacaqlar 11:24 | Mədət Quliyevdən yeni təyinat