Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
31-08-2018, 21:05 Oxunub: 138

Rusiya İrəvanı Türkiyə ilə təkbətək qoyacaq - Ekspert

Rusiya İrəvanı Türkiyə ilə təkbətək qoyacaq - Ekspert
 

Son dövrdə Feysbukun erməni seqmentində fəal şəkildə Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq çağırışının əks olunduğu səhifə tirajlanır. Səhifənin müəllifləri hesab edir ki, 102 saylı rus hərbi bazası onların ölkəsinin maraqlarını əks etdirmir və respublika ərazisindən çıxarılmalıdır.

Xeberekspress.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Kubanski Novosti"də Sergey Verxovtsevin yazısı dərc olunub. Müəllif sözügedən səhifədə Rusiya Prezidenti Vladimir Putinin lağa qoyulduğu fotoların paylaşıldığını bildirib.

"Bu nə deməkdir? Niyə müdafiə qabiliyyəti və ümumiyyətlə mövcudluğu Rusiyadan asılı olan ölkənin sakinləri birdən-birə həyatlarına zəmanət verən bir hərbi obyektə qarşı virtual üsyan qaldırırlar? Burada və istənilən siyasi texnologiyada iki sualın cavabını bilmək lazımdır: Müəllif kimdir və bu dalğa kimə faydalıdır?", - ekspert bildirib.

Verxovtsevin sözlərinə görə, bu səhifənin təqdimatı ilə Soros Fondunun Ermənistanda uzun müddətdir çalışan əməkdaşı, qısa bir zaman əvvəl hökumət orqanlarında fəaliyyətə başlayan Daniel İonisyan (Ermənistanın Baş nazirinin birinci müavini Ararat Mirzoyanın rəhbərlik etdiyi komissiyanın tərkibində Seçki kodeksində islahatların əlaqələndirilməsi) məşğul olur. Onun bu vəzifədə əsas köməkçisi yaxın vaxtlarda Qarabağda dörd günlük Aprel müharibəsi zamanı həlak olan erməni əsgərlərinin ünvanına qəbuledilməz ifadələr səsləndirdiyi üçün işdən azad edilən Ararat Mirzoyanın keçmiş mətbuat katibi Karpis Paşoyandır.

 

Bundan əlavə gəlin bəzi təəccüblü faktları nəzərdən keçirək: Ermənistanın Müdafiə naziri David Tonoyanın rus hərbi bazası və Rusiya FTX-nin sərhədçilərinin statusuna baxılmasına çağırış xarakterli bəyanatı, Panik kəndindəki hadisələrlə bağlı bir qədər əvvəl yaranmış rezonans və Paşinyanın ətrafındakı Qərb QHT agentlərinin dağıdıcı təbliğatı...

Belə bir təəssürat yaranır ki, İrəvandakı yeni hökumət formal olsa belə Rusiya ilə münasibətlərin möhkəmləndirilməsi mövqeyindən çıxış edir. Ancaq daxili informasiya sahəsində ölkə rəhbərliyindəki şəxslər mütəmadi olaraq geniş xarakter alan ciddi antirusiya təbliğatı kampaniyasına start veriblər. Bütün bunlar xüsusilə Paşinyanın Qərbin qrantları ilə maliyyələşənləri ictimai vəzifələrə yerləşdirməsi və onların daxili proseslərə təsirinin tədricən gücləndirilməsi kontekstində normal insanlar üçün ciddi narahatlıq yaratmaya bilməz.

"Əgər işlər bundan sonra da belə davam etsə, "Milyarder Sorosun uşaqları" onlara qoyulan pullarla əvvəl-axır İrəvanı Türkiyə ilə təkbətək qoyaraq Rusiya əsgərlərinin Ermənistandan çıxmasına nail olacaqlar", - müəllif bildirib.


XƏBƏR LENTİ
17:40 | 91 yaşlı adamın ağ ciyərindən baxın nə çıxdı - FOTO 17:20 | Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış 17:07 | Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi açıqlaması 17:04 | Türkiyədə Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb 16:55 | İntihar edən gənclərdən yeni xəbər 16:25 | Dərslər başlamadan bunları edin - Həkim 16:10 | Gəncə hadisələrinə görə tutulanlardan biri AZADLIQDA 15:18 | “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert 15:15 | Bakıda ərəblərin şam işığında romantik görüşü yanğınla bitdi 15:13 | Putin: "Rusiya beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ-la dialoqa açıqdır" 15:11 | Azərbaycanın xarici dövlət borcu açıqlandı 15:09 | SON DƏQİQƏ: Bakıda güclü yanğın 14:13 | İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib - Bəyanat 14:09 | Paytaxtın bu ərazisində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur 14:06 | Ankara-Moskva münasibətlərində SOYUQ KÜLƏK - Ekspert səbəbləri AÇIQLADI 13:42 | "Liverpul" Premyer Liqa tarixində ən bahalı saziş bağlamağa hazırlaşır 13:39 | Şənbə günü hava necə olacaq? 13:18 | Türkiyədə gizli neft satan azərbaycanlılar saxlanıldı 13:09 | İş axtaranlara ŞAD XƏBƏR 12:32 | Vilayət Eyvazovdan polislərə tapşırıq: "Nəzakətli olmaq lazımdır" - VİDEO 12:10 | Almaniyada azərbaycanlıların davası ilə bağlı cinayət işi başlanıldı - Deportasiya olunacaqlar 11:24 | Mədət Quliyevdən yeni təyinat