Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
31-08-2018, 17:15 Oxunub: 164

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Çinin nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Çinin nümayəndə heyəti ilə görüşüb
 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva avqustun 31-də Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Li Syaolinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xeberekspress.Az AZƏRTAC-a istinadən bildirir ki, qonağın Azərbaycana səfərinin uğurlu olacağına əminliyini ifadə edən Birinci vitse-prezident Mehriban Əliyeva Li Syaolinin Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri kimi ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə yönələn fəaliyyətinə görə təşəkkürünü bildirdi. Birinci vitse-prezident Çinlə Azərbaycan arasında münasibətlərin dostluq və tərəfdaşlıq üzərində qurulduğunu, qarşılıqlı hörmətə əsaslandığını vurğuladı. Mehriban Əliyeva iki ölkənin müxtəlif sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq etdiyini bildirdi, siyasi əlaqələrin ən yüksək səviyyədə olduğunu diqqətə çatdırdı. Heydər Əliyev Fondunun Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası ilə uğurlu əməkdaşlıq etdiyini bildirən Mehriban Əliyeva ötən il iki qurum arasında dostluq və əməkdaşlıq Memorandumunun imzalandığını və bu istiqamətdə artıq işlərin başlandığını diqqətə çatdırdı.

"Bu il Çində yaradılan yay düşərgəsini Azərbaycandan olan uşaqlar da ziyarət etdilər, Çində Azərbaycan mədəniyyət günləri, o cümlədən Azərbaycan sərgiləri təşkil edildi", - deyən Mehriban Əliyeva gələcək əməkdaşlıq üçün böyük potensialın olduğuna əminliyini ifadə etdi. Birinci vitse-prezident Çinin dünyanın ən güclü iqtisadiyyatlarından birinə malik olduğunu qeyd etdi və bu sahədə birgə fəaliyyət üçün yaxşı imkanların olduğunu söylədi. Nəqliyyat sahəsində mövcud olan geniş potensialı qeyd edən Mehriban Əliyeva Azərbaycanın artıq iri mərkəzə çevrildiyini, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə Asiyaya ən qısa yolun çəkildiyini bildirdi. Həm Azərbaycanın, həm də Çinin tarixən Böyük İpək Yolu üstündə yerləşdiyini və bunun əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını vurğuladı. Bu yaxınlarda Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi dövlət kimi üzv olmaq üçün ərizə təqdim etdiyini, bu ilin may ayında təşkilatın mənzil-qərargahında Azərbaycan mədəniyyət günlərinin uğurla keçirildiyini xatırladan Birinci vitse-prezident ölkəmizə dəstəyə və göstərilən yüksək münasibətə görə təşəkkürünü çatdırdı. Mehriban Əliyeva Azərbaycanla Çin arasında dostluq körpülərinin yaradıldığını və Li Syaolinin səfərinin yeni tərəfdaşlıq münasibətlərinin qurulmasına mühüm töhfə verəcəyinə əminliyini bildirdi.

Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Li Syaolin Mehriban Əliyeva ilə görüşündən şərəf hissi duyduğunu deyərək, bu görüşün gələcək əməkdaşlığın müzakirəsi baxımından əhəmiyyətini qeyd etdi. İlk dəfədir Azərbaycana səfər etdiyini deyən qonaq paytaxtımızın onda dərin təəssürat yaratdığını, Heydər Əliyev Mərkəzi və oradakı sərgilərlə tanışlıqdan məmnunluğunu ifadə etdi. Qonaq Heydər Əliyev Fondu ilə əməkdaşlığa görə təşəkkürünü bildirdi.

Görüşün sonunda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qonaqlara xatirə hədiyyəsi təqdim etdi.


XƏBƏR LENTİ
17:07 | Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi açıqlaması 17:04 | Türkiyədə Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb 16:55 | İntihar edən gənclərdən yeni xəbər 16:25 | Dərslər başlamadan bunları edin - Həkim 16:10 | Gəncə hadisələrinə görə tutulanlardan biri AZADLIQDA 15:18 | “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert 15:15 | Bakıda ərəblərin şam işığında romantik görüşü yanğınla bitdi 15:13 | Putin: "Rusiya beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ-la dialoqa açıqdır" 15:11 | Azərbaycanın xarici dövlət borcu açıqlandı 15:09 | SON DƏQİQƏ: Bakıda güclü yanğın 14:13 | İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib - Bəyanat 14:09 | Paytaxtın bu ərazisində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur 14:06 | Ankara-Moskva münasibətlərində SOYUQ KÜLƏK - Ekspert səbəbləri AÇIQLADI 13:42 | "Liverpul" Premyer Liqa tarixində ən bahalı saziş bağlamağa hazırlaşır 13:39 | Şənbə günü hava necə olacaq? 13:18 | Türkiyədə gizli neft satan azərbaycanlılar saxlanıldı 13:09 | İş axtaranlara ŞAD XƏBƏR 12:32 | Vilayət Eyvazovdan polislərə tapşırıq: "Nəzakətli olmaq lazımdır" - VİDEO 12:10 | Almaniyada azərbaycanlıların davası ilə bağlı cinayət işi başlanıldı - Deportasiya olunacaqlar 11:24 | Mədət Quliyevdən yeni təyinat 10:54 | Bu il ilk dəfə dərsə gedəcək şagirdlər, tələbələr… - STATİSTİKA 10:30 | Sürücülərin diqqətinə