Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
29-11-2017, 12:28 Oxunub: 215

Tbilisidə ikinci "İpək Yolu" Beynəlxalq Forumu keçirilir - FOTO

Tbilisidə ikinci "İpək Yolu" Beynəlxalq Forumu keçirilir - FOTO


28-29 noyabr tarixlərində Gürcüstanın Tbilisi şəhərində Gürcüstan Baş nazirinin sədrliyi ilə ikinci "İpək Yolu" Beynəlxalq Forumu kecirilir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, 50-dən çox ölkədən 1000-dən çox nümayəndənin iştirak etdiyi Forumda regional və qlobal ticarət, elektron ticarət imkanlarının genişləndirilməsi, rəqəmsal baglantılar və bu istiqamətdə mümkün maneələrin aradan qaldırılması, nəqliyyat infrastrukturu və eləcə də enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunur.

Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi tədbirdə ölkələrimizin iştirakı ilə həyata keçirilən iri regional neft və qaz layihələri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi diqqət mərkəzində olub.

Forumda çıxış edən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib ki, Azərbaycan üçün Bakı-Tbilisi-Qars dəmir yolu prioritet layihələrdən biridir. Bu dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə, Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına xidmət edəcək.

Bu xətt Mərkəzi Asiya ölkələri və Çini Türkiyə və Avropa ölkələri ilə birləşdirəcək. Bu dəmir yolu orta hesabla hər il 5 milyon ton yük daşıma gücünə malik olacaq. Yük daşınmaları sahəsinin daha da inkişaf etdirilməsi üçün bundan sonra da işlər davam etdiriləcək.

İkinci "İpək Yolu" Beynəlxalq Forumu bu gün öz işini davam etdirir.
Tbilisidə ikinci "İpək Yolu" Beynəlxalq Forumu keçirilir - FOTO
Tbilisidə ikinci "İpək Yolu" Beynəlxalq Forumu keçirilir - FOTO
Tbilisidə ikinci "İpək Yolu" Beynəlxalq Forumu keçirilir - FOTO
Tbilisidə ikinci "İpək Yolu" Beynəlxalq Forumu keçirilir - FOTO
Tbilisidə ikinci "İpək Yolu" Beynəlxalq Forumu keçirilir - FOTO
XƏBƏR LENTİ
17:20 | Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış 17:07 | Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi açıqlaması 17:04 | Türkiyədə Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb 16:55 | İntihar edən gənclərdən yeni xəbər 16:25 | Dərslər başlamadan bunları edin - Həkim 16:10 | Gəncə hadisələrinə görə tutulanlardan biri AZADLIQDA 15:18 | “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert 15:15 | Bakıda ərəblərin şam işığında romantik görüşü yanğınla bitdi 15:13 | Putin: "Rusiya beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ-la dialoqa açıqdır" 15:11 | Azərbaycanın xarici dövlət borcu açıqlandı 15:09 | SON DƏQİQƏ: Bakıda güclü yanğın 14:13 | İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib - Bəyanat 14:09 | Paytaxtın bu ərazisində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur 14:06 | Ankara-Moskva münasibətlərində SOYUQ KÜLƏK - Ekspert səbəbləri AÇIQLADI 13:42 | "Liverpul" Premyer Liqa tarixində ən bahalı saziş bağlamağa hazırlaşır 13:39 | Şənbə günü hava necə olacaq? 13:18 | Türkiyədə gizli neft satan azərbaycanlılar saxlanıldı 13:09 | İş axtaranlara ŞAD XƏBƏR 12:32 | Vilayət Eyvazovdan polislərə tapşırıq: "Nəzakətli olmaq lazımdır" - VİDEO 12:10 | Almaniyada azərbaycanlıların davası ilə bağlı cinayət işi başlanıldı - Deportasiya olunacaqlar 11:24 | Mədət Quliyevdən yeni təyinat 10:54 | Bu il ilk dəfə dərsə gedəcək şagirdlər, tələbələr… - STATİSTİKA