Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
31-07-2018, 19:40 Oxunub: 185

Azərbaycanda marixuana leqallaşdırıla bilərmi?

Azərbaycanda marixuana leqallaşdırıla bilərmi?

 

Dünyada marixuananın tam leqallaşdırıldığı az ölkə var. Bunlar Uruqvay, ABŞ (25 ştatında) və Kanadadır. Bu ölkələr marixuananın istifadəsi, satışı, alışı və saxlanılmasına icazə verib.

Xeberekspress.az oxu.az-a istinadən xəbər verir ki, bəzi ölkələr marixuananı qismən leqallaşdırıb.

 

Bu mövzuda ən məşhur ölkə olan Hollandiyada marixuana qismən leqallaşdırılıb.

Şimali Koreya, Çexiya, ABŞ-ın qalan ştatları, İspaniya, Portuqaliya və Avstriyada marixuananın dövriyyəsində məhdudiyyətlər tətbiq olunur.

Marixuananın tibbi istifadəsi Xorvatiya, İsrail, Polşa və Yunanıstanda mümkündür.

Bu ölkələrə dünən Gürcüstan da qoşulub. Demək olar ki, bütün saytlar "Gürcüstanda narkotiklərə icazə verildi", "Gürcüstanda marixuana leqallaşdırıldı" başlıqlı yazılar dərc etdi.

Əgər saytlara inansaq, Gürcüstanda marixuana üçüncü dəfədir (2016, 2017 və 2018 illərdə) "leqallaşdırılır".

Əslində, Gürcüstanda dünən Konstitusiya Məhkəməsi narkotik istifadəsinə görə məsuliyyətləri ləğv etmək qərarına gəlib. Baxın, yalnız istifadəsinə görə... Almaq, satmaq, becərmək Gürcüstan qanunları ilə qadağandır.

Bu məsələnin Azərbaycanda sosial şəbəkələrdə böyük rezonans doğurduğunu nəzərə alaraq, müxbirimiz Milli Məclisin deputatı Gövhər Baxşəliyevaya müraciət edib.

Onun sözlərinə görə, marixuananın istifadəsini ondan iqtisadi qazanc və çoxlu sayda turist axını əldə etmək istəyən ölkələr leqallaşdırır.

"Şəxsən mən bunu Azərbaycan üçün arzuolunmaz hesab edirəm. Marixuana narkotikdir. Narkotiklər isə ailələrin dağılması, cinayət və xəstəlikdir. Azərbaycanın narkotiklərin qanuniləşdirilməsi ilə turistlərin cəlb edilməsinə ehtiyacı yoxdur", - deputat deyib.

Baxşəliyeva əlavə edib ki, onsuz da Azərbaycan narkotiklərin tranzit ölkəsi olduğu üçün bizdə bununla bağlı kifayət qədər problemlər var.

"Biz buna icazə verməməliyik və bununla mübarizə aparmalıyıq", - deputat əlavə edib.

Həkim-narkoloq, professor Zakir Mirzəyev bu məsələ ilə bağlı fikir bildirərkən deyib ki, marixuananın leqallaşdırılması mövzusu yeni olmasa da, hər zaman mübahisələrə səbəb olub.

"Bu addım hər zaman iqtisadçılar, gənclər tərəfindən dəstəklənəcək, ancaq ekspert kimi çıxış edən həkim və alimlər buna qarşı çıxacaq", - o bildirib.

Onun sözlərinə görə, marixuana 80 aktiv maddədən ibarətdir, ancaq alimlər hesab edir ki, onlardan azı ikisi xüsusilə faydalıdır.

"Bunlar eyforiyaya qapılmadan beyinə təsir edən kannabidiol və ağrıkəsici xüsusiyyətə malik tetrahidrokannabinoldur. Tədqiqatçıların marixuanadan müəyyən tibbi vasitələr üçün üstünlüklərini açıqlamasına baxmayaraq, bu aspekt hələlik sona qədər öyrənilməyib", - həkim qeyd edib.

Xatırladaq ki, parlamentin deputatı Qüdrət Həsənquliyev ölkədə yüngül narkotiklərin istifadəsini, xüsusilə marixuananın leqallaşdırılmasını təklif edib.

XƏBƏR LENTİ
23:00 | Trampı dəstəkləyən gözəlin tacı əlindən alındı 22:30 | Azərbaycan fəlakətin astanasındadır - Alimlərdən xəbərdarlıq 22:00 | Övladını vegan kimi qidalandıran cütlüyə 18 ay həbs cəzası verilib 21:40 | Putin ABŞ-la bağlı göstəriş verdi 21:20 | Ağlasığmaz məmur saxtakarlığı: Pensiya almaq üçün pasportda yaşını 34 il artırdı 21:00 | Hacı Əliyev baş leytenant rütbəsi almasından danışdı 18:00 | Putin "Orta və yaxın mənzilli raketlərin ləğvi"nə dair müqavilə barədə bəyanatla çıxış edib 17:40 | 91 yaşlı adamın ağ ciyərindən baxın nə çıxdı - FOTO 17:20 | Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış 17:07 | Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi açıqlaması 17:04 | Türkiyədə Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb 16:55 | İntihar edən gənclərdən yeni xəbər 16:25 | Dərslər başlamadan bunları edin - Həkim 16:10 | Gəncə hadisələrinə görə tutulanlardan biri AZADLIQDA 15:18 | “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert 15:15 | Bakıda ərəblərin şam işığında romantik görüşü yanğınla bitdi 15:13 | Putin: "Rusiya beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ-la dialoqa açıqdır" 15:11 | Azərbaycanın xarici dövlət borcu açıqlandı 15:09 | SON DƏQİQƏ: Bakıda güclü yanğın 14:13 | İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib - Bəyanat 14:09 | Paytaxtın bu ərazisində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur 14:06 | Ankara-Moskva münasibətlərində SOYUQ KÜLƏK - Ekspert səbəbləri AÇIQLADI