Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
31-07-2018, 18:45 Oxunub: 175

Deputat: TAP-ın dəstəklənməsi hər şeydən öncə Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən ölçülüb-biçilmiş enerji siyasəti ilə bağlıdır

Deputat: TAP-ın dəstəklənməsi hər şeydən öncə Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən ölçülüb-biçilmiş enerji siyasəti ilə bağlıdır

 

İtaliyanın Baş naziri Cuzeppe Konte ilə birgə mətbuat konfransı zamanı ABŞ Prezidenti Donald Trampın TAP-la bağlı danışması hər şeydən öncə Azərbaycanın həyata keçirdiyi bu layihənin Qərb üçün nə qədər strateji əhəmiyyətə malik olduğunun göstəricisidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə ki, nəzərə almaq lazımdır ki, bu layihənin müəllifi, təşəbbüskarı və icraedicisi Azərbaycandır və Tap Cənub Qaz Dəhlizi layihəsinin əsas seqmentlərindən biridir:

"Baxmayaraq ki, TAP Cənubi Qafqaz, TANAP seqmentlərilə müqayisədə bir xeyli qısadır, ancaq layihənin Cənubi Avropa ayağını təşkil etdiyi üçün olduqca əhəmiyyətlidir. Təsadüfi deyil ki, zaman-zaman TAP-ın icrası ilə bağlı müxtəlif güc mərkəzləri tərəfindən ən müxtəlif etiraz aksiyaları təşkil edildi, təbiətsevərlər bu etiraza qoşuldu və s. Ancaq hazırda layihənin reallaşdırılmasında heç bir problem yoxdur. Bu layihə bütün dünyada böyük dəstək gördü. Bu hər şeydən öncə Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən ölçülüb-biçilmiş enerji siyasəti ilə bağlıdır”.

H.Babaoğlu vurğulayıb ki, Avropa enerji bazarına Azərbaycan qazının çıxarılması həm biznes, həm də strateji maraqlar baxımından sadə məsələ deyil:

"Çünki bu böyük və sabit bazar bir çox enerji istehsalçılarının maraq dairəsinə daxildir və ciddi rəqabət meydanıdır. TAP-la bağlı etirazların təşkil olunmasının arxasında duranlardan biri də Avropanın qaz bazarında öz insiharını yaratmaqla bu qitəyə siyasi təzyiq rıçaqları əldə etmək istəyən güc mərkəzləri idi. Ancaq Azərbaycanın düşünülmüş, ardıcıl diplomatik səyləri Avropa bazarı üçün yeni alternativ enerji marşurutu yarada bildi”.

Deputatın fikrincə, əslində bu layihə Avropa üçün olduğu qədər, Azərbaycan üçün də strateji əhəmiyyətlidir:

"Elə ABŞ Prezidentinin İtalyanın baş naziri ilə görüşündə səsləndirdiyi fikirlər də bir daha bunu təsdiq edir. Donald Tramp baş nazirə xitabən bildirdi ki, TAP-a gəlincə, rəqabətqabiliyyətli boru kəməri görmək istəyir. Burada diqqət həm kəmərin strateji əhəmiyyətinə, həm də iqtisadi baxımdan onun rəqabətqabiliyyətli olmasına yönəldilir. Eyni zamanda burada İtalyanın baş nazirinə bir çağırış və dəstək var. Bu həm də elə Azərbaycana olan dəstəkdir. Çünki bayaq qeyd etdiyimiz kimi, uzun illər belə bir dəhlizlə bağlı müxtəlif adlarda və variantlarda layihələr olsa da, heç biri baş tutmadı. Yalnız Azərbaycanın müəllifi olduğu bu mühüm layihə reallaşdırıla bildi .Onun reallaşması isə birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır”.

TAP boru kəməri Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaqdır. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.

XƏBƏR LENTİ
23:00 | Trampı dəstəkləyən gözəlin tacı əlindən alındı 22:30 | Azərbaycan fəlakətin astanasındadır - Alimlərdən xəbərdarlıq 22:00 | Övladını vegan kimi qidalandıran cütlüyə 18 ay həbs cəzası verilib 21:40 | Putin ABŞ-la bağlı göstəriş verdi 21:20 | Ağlasığmaz məmur saxtakarlığı: Pensiya almaq üçün pasportda yaşını 34 il artırdı 21:00 | Hacı Əliyev baş leytenant rütbəsi almasından danışdı 18:00 | Putin "Orta və yaxın mənzilli raketlərin ləğvi"nə dair müqavilə barədə bəyanatla çıxış edib 17:40 | 91 yaşlı adamın ağ ciyərindən baxın nə çıxdı - FOTO 17:20 | Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış 17:07 | Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi açıqlaması 17:04 | Türkiyədə Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb 16:55 | İntihar edən gənclərdən yeni xəbər 16:25 | Dərslər başlamadan bunları edin - Həkim 16:10 | Gəncə hadisələrinə görə tutulanlardan biri AZADLIQDA 15:18 | “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert 15:15 | Bakıda ərəblərin şam işığında romantik görüşü yanğınla bitdi 15:13 | Putin: "Rusiya beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ-la dialoqa açıqdır" 15:11 | Azərbaycanın xarici dövlət borcu açıqlandı 15:09 | SON DƏQİQƏ: Bakıda güclü yanğın 14:13 | İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib - Bəyanat 14:09 | Paytaxtın bu ərazisində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur 14:06 | Ankara-Moskva münasibətlərində SOYUQ KÜLƏK - Ekspert səbəbləri AÇIQLADI