Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
31-07-2018, 18:15 Oxunub: 155

Növbəti bahalaşma gözlənilir

Növbəti bahalaşma gözlənilir

 

"Bu qərar taksi və kənd təsərrüfatı məhsullarının qiymətini bahalaşdıracaq" - İqtisadçı

Tarif Şurası ictimai nəqliyyatda gediş haqqının avqustun 1-dən 50 faiz artırıldığına dair qərarını açıqlayıb.

 

Modern.az-ın məlumatına görə iqtisadçı Qubad İbadoğlu bu barədə danışarkən deyib ki, 30 qəpik gediş haqqı keçid dövrü üçündür:

"Bir müddətdən sonra 10 qəpik çatışmazlığı ilə bəhanəsi ilə qiymətlər 40 qəpiyə qaldırılacaq.

Bu qərar ilk növbədə taksi xidmətlərinin və kənd təsərrüfatı məhsullarının qiymətini bahalaşdıracaq və növbəti qiymət artımları üçün əsas yaradacaq.

Tarif Şurası çoxdan gözlənilən qərara imza atdı. Bu günkü iclasında metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifini 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib".

Ekspert qeyd edib ki, həqiqətən də Azərbaycanda ictimai nəqliyyatda mövcud qiymətlər digər ölkələrlə müqayisədə aşağıdır:

"Amma metro kimi əhalisinin üçdə birinin yaşadığı Bakı şəhər sakinlərinin əsas nəqliyyat vasitəsində gediş qiymətində tarifin 50 faiz bahalaşması ilk növbədə inflyasiyaya artırıcı təsir göstərəcək. Çünki, metroda gediş haqqı inflyasiyanın hesablanması üçün istifadə edilən istehlak səbətində 5-ci xüsusi çəkiyə malik xidmət hesab edilir.

İctimai nəqliyyatda gediş haqlarının bahalaşması eyni zamanda taksidə də gediş haqlarının artımını şərtləndirəcək. Hesab edirəm ki, 30 qəpik gediş haqqı keçid xarakteri daşıyacaq. Bir müddətdən sonra 10 qəpik çatışmazlığı ilə bəhanəsi ilə qiymətlər 40 qəpiyə yüksələcək. Bu sadəcə nəbz yoxlamasıdır.

Bununla yanaşı bu digər sahələrdə gözlənilən qiymət artımlarının reallaşmasını sürətləndirəcək".

Onun sözlərinə görə, kənd təsərrüfatı mövsümü başa çatan kimi dizel yanacağının və mazutun də qiyməti bahalaşacaq:

"Metroda və digər ictimai nəqliyyat vasitələrində gediş haqlarının qiymət artımın neqativ təsirlərini neytrallaşdırmaq üçün hökumət xüsusilə də aztəminatlı və ictimai nəqliyyatdan müntəzəm olaraq istifadə edənlərin xərclərinin tənzimlənməsi qərarlar qəbul etməlidir.

Təklif edirəm ki, tələbələr üçün gediş haqlarının əvvəlki-20 qəpik səviyyəsində olmasını təmin edən xüsusi güzəştli ödəniş kartları dövriyyəyə buraxılsın. Bununla yanaşı, metroda və digər ictimai nəqliyyat vasitələrində istifadə etmək üçün aylıq, həftəlik, 3 günlük və 1 günlük ödəniş kartları güzəştli qiymətlərlə satışa çıxarılmalıdır.

Müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün tarifin 2,4 qəpiyə qaldırılması xüsusilə də mövsüm dövründə rayondan şəhərə daşınan kənd təsərrüfatı mallarının qiymətinə bahalaşdırıcı təsir göstərəcək".

Q.İbadoğlu deyib ki, ictimai nəqliyyatda gediş haqqının bahalaşdırılması xüsusilə də dövlət büdcəsindən subsidiya alan metroda şəffaflıq və hesabatlığın artımına, keyfiyyətin yüksəlməsinə xidmət etməlidir. Amma indiki şərtlərlə bunları gözləməyə də dəymir."

XƏBƏR LENTİ
23:00 | Trampı dəstəkləyən gözəlin tacı əlindən alındı 22:30 | Azərbaycan fəlakətin astanasındadır - Alimlərdən xəbərdarlıq 22:00 | Övladını vegan kimi qidalandıran cütlüyə 18 ay həbs cəzası verilib 21:40 | Putin ABŞ-la bağlı göstəriş verdi 21:20 | Ağlasığmaz məmur saxtakarlığı: Pensiya almaq üçün pasportda yaşını 34 il artırdı 21:00 | Hacı Əliyev baş leytenant rütbəsi almasından danışdı 18:00 | Putin "Orta və yaxın mənzilli raketlərin ləğvi"nə dair müqavilə barədə bəyanatla çıxış edib 17:40 | 91 yaşlı adamın ağ ciyərindən baxın nə çıxdı - FOTO 17:20 | Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış 17:07 | Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi açıqlaması 17:04 | Türkiyədə Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb 16:55 | İntihar edən gənclərdən yeni xəbər 16:25 | Dərslər başlamadan bunları edin - Həkim 16:10 | Gəncə hadisələrinə görə tutulanlardan biri AZADLIQDA 15:18 | “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert 15:15 | Bakıda ərəblərin şam işığında romantik görüşü yanğınla bitdi 15:13 | Putin: "Rusiya beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ-la dialoqa açıqdır" 15:11 | Azərbaycanın xarici dövlət borcu açıqlandı 15:09 | SON DƏQİQƏ: Bakıda güclü yanğın 14:13 | İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib - Bəyanat 14:09 | Paytaxtın bu ərazisində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur 14:06 | Ankara-Moskva münasibətlərində SOYUQ KÜLƏK - Ekspert səbəbləri AÇIQLADI