Qaynarxətt: (+99470) 997 11 77
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
27-06-2018, 19:00

Bakıda İran mədəniyyət və incəsənət sərgisinin açılışı olub

Bakıda İran mədəniyyət və incəsənət sərgisinin açılışı olub

 

Bakıda keçirilən İran Mədəniyyət Günləri çərçivəsində mədəniyyət və incəsənət sərgisinin açılışı olub.

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəz Qarayev bildirib ki, İran Mədəniyyət Günlərinin açılışı ölkələr arasında əlaqələrin inkişafında mühüm hadisədir. O deyib ki, bir həftə davam edəcək mədəniyyət tədbirləri çərçivəsində  Bakıda və Gəncədə müxtəlif proqramlar təşkil olunacaq. Nazir qeyd edib ki, bu kimi tədbirlər iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin nə dərəcədə yüksək olduğunu göstərir.

 

Daha sonra çıxış edən İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi vurğulayıb ki, adətən mədəniyyət həftələri xalqların bir-birini yaxından tanıması üçün keçirilir: "Azərbaycanın İranda və İranın Azərbaycanda mədəniyyət günləri keçirməsinin məqsədi isə budur ki, bizim mədəniyyətimizin bir-birinə nə qədər yaxın olduğunu göstərməkdir: "Biz yalnız iki qonşu ölkə deyil, həm də bir-birinə yaxın, eyni tarixi, mədəniyyəti paylaşan xalqlarıq. Biz min illər boyu eyni yerdə yaşamışıq. Sevincdə və kədərdə bir-birimizin yanında olmuşuq". 

Daha sonra nazirlər və qonaqlar sərgidə nümayiş olunan İran mədəniyyətinə aid nümunələrlə tanış olublar.

XƏBƏR LENTİ
19:55 | Karantin rejiminin sərtləşdirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA 19:49 | Azərbaycanda SMS icazə bərpa edilir - RƏSMİ 19:34 | Karantinin yumşaldılması dayandırılır, məhdudlaşdırma olacaq 19:21 | Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb 19:04 | Macarıstan: Ölkəmizə yardım göstərənlər arasında ilk sırada Türkiyə və digər türk dövlətləri yer alır 18:47 | Prezident icra başçısına iradını bildirdi 18:30 | Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib 18:02 | Prezident Ağcabədidə “ASAN xidmət”in açılışında iştirak etdi 17:35 | Bərdədə su kanalına atılmış heyvan leşləri ilə bağlı RƏSMİ AÇIQLAMA 17:33 | İlham Əliyev Ağdamdakı “N” saylı hərbi hissədə 17:07 | Prezident Təhsil Nazirliyinə iki milyon manat ayırdı 15:36 | DİM-dən bu fənlər üzrə imtahanlara düşəcək mövzularla bağlı AÇIQLAMA 15:22 | Azərbaycanda 4 dənizçi koronavirusa yoluxdu 15:10 | Güclü külək əsəcək, temperatur 5 dərəcə aşağı düşəcək - XƏBƏRDARLIQ 14:40 | Sosial şəbəkələrin hüquqi tənzimlənməsində Almaniya təcrübəsi - TƏHLİL 14:17 | Yol polisindən əhaliyə XƏBƏRDARLIQ 13:53 | Postpandemiya dövründə Azərbaycanın əmək bazarında hansı dəyişikliklər olacaq? - MÖVQE 13:41 | Prezident İlham Əliyev Tərtər rayonundadır 12:25 | Təhsil Nazirliyi “Son zəng"lə bağlı qərarını AÇIQLADI 11:54 | Polis Bakıda reydlərə başladı – Maska taxmayanlar cərimələnir 11:32 | AzTV-də koronavirus HƏYƏCANI - Karantinə alındı 11:10 | Növbəti mövsüm A seriyasında “play-off” oynanıla bilər