Qaynarxətt: (+99470) 997 11 77
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
11-06-2018, 16:13

“Özünümüdafiə”yə qalxan həkimin kimliyi məlum oldu

“Özünümüdafiə”yə qalxan həkimin kimliyi məlum oldu

 

Əlbəttə insan ömrünün mənası hər şeydən əvvəl şəxsiyyətin özünü dərk etməsi, özünü tapması və öz peşəsinə sevgisi ilə səciyyələnir.Hər bir insanın həyatda missiyası özünün daxili imkanlarını arayıb-axtarmaqdan, onu ictimaiyyətin və özünün mənafeyinə yönəltməkdən ibarətdir. Bu da bir həqiqətdir ki, insanın mənəvi zənginliyi, əqli əməklə-fiziki əməyin vəhdətini ifadə edir.

Fikirlərimi 07.06.2018-ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzində keçirilən "Həkim Elnarə Rzayeva kimdir?”adlı mətbuat konfransında cəmləşdirmək istəyirəm. Konfrans zalına daxil olduğumda masanın üzərinə Press Reliz əvəzinə Həkim Elnarə Rzayeva kimdir? -başlıqlı yazı qoyulmuşdu. Mövzu ilə tanışlıq üçün həmin yazını olduğu kimi (qrammatik düzəlişlərlə) dərc edirəm:

Rzayeva Elnarə Ramiz qızı 1986-cı ildə Gürcüstanın Dumanisi rayonunda ziyalı ailəsində dünyaya göz açıb.Kiçik yaşlarında olarkən atasının işi ilə əlaqədar yaşamaq üçün Moskva şəhərinə köçürlər. Orta məktəb təhsilini Moskva şəhərində alır. 2003-cü ildə təhsilini uğurla başa vurur və həmin ildə Moskva şəhərində yerləşən Seçimov adına Akademiyanın tələbəsi adını qazanır və 2009-cu ildə təhsilini başa vuraraq həkim adını qazanır. 2009-2010-cu il Moskva şəhərində "Gözəllik Akademiyası”nda təhsil alır və uğurla başa vurur. Amma buna baxmayaraq, öz üzərində işləməyi sevən gənc həkim kosmetoloq öz işinin əvəzolunmaz peşəkarı olmaq üçün aldığı təhsili ilə yenə də kifayətlənmir və təkrar təhsil almaq qərarını verir. Elnarə Rzayeva 2012-ci ildə İtaliyanın Milan şəhərinə üz tutur və orada "Lazerlər üzrə mütəxəssis” peşəsinin incəliklərinə yiyələnir. İşlədiyi sahə üzrə yetərincə sertifikatlar qazanaraq sənətinin peşəkarına çevrilmiş Elnarə Rzayeva yaxın günlərdə qardaş Türkiyənin İstanbul şəhərində 2 illik fəaliyyəti dövründə Kosmetologiya dünyasına yenilik gətirdiyi üçün mükafatlandırılmışdır. Elnarə Rzayeva Türkiyənin Tv kanallarında (TV-8; Acun Media; Bəyaz-TV; Türkiyə; Şou Tv; ATV və s..)i.tirak etmişdir.

Elnarə Ramiz qızı Rzayeva öz işinin proffessionalı olduğuna əmin olduğunu bildirir. Onu da qeyd edək ki, 2018-ci ildə Elnarə Rzayeva öz adını brendləşdirərək, adına estetik mərkəzlər açmağa müvəffəq olmuşdur. Hal-hazırda Bakı şəhəri, Səməd Vurğun 92-də fəaliyyət göstərir.Azadlıq metrosu istiqamətində isə yeni bir estetik mərkəzin təmirinin yaxın zamanlarda başa çatacağı haqqında məlumat verilir.

Elnarə Rzayeva kosmetologiyada öz yeniliklərinə artıq Azərbaycanın hüdudlarından kənara çıxmağa qərar vermişdir. O Moskva şəhərində, Türkiyənin bir çox şəhərlərində və Hindistanın Dehli şəhərində estetik mərkəzlərin açılışını etməyə hazırlaşır.

Əslində bir gənc azərbaycanlı xanımı üçün bu qədər göstərici sevindirici haldır. Yuxarıda qeyd etdiyim kimi ali dərəcəli mütəxəssis həkimin mənəvi zənginliyi, əqli əməklə-fiziki əməyin vəhdətini ifadə edirsə…

Konfransa dəvət olunan KİV nümayəndələrinin demək olar ki, bir hissəsini yaxından tanıdığım üçün obyektivliyə xələl gəlməyəcəyini düşündüm.  Sakitcə dinləmək mədəniyyətinə üstünlük verdim. Təşkilatçı Almaz İlahə mövzu ətrafında söz açdı və bildirdi ki, həkim-kosmetoloq Elnarə Ramiz qızı Rzayevaya qarşı mətbuatda qərəzli, həqiqətə uyğun olmayan yazılar dərc olunub. Bu günki mətbuat konfransının keçirilməsi də məhz bu səbəbdəndir. Sonra sözü Elnarə Rzayevaya verdi:- Elnarə xanım üzünü media nümayəndələrinə tutub, ona qarşı şantaj xarakterli bu yazı və məqalələrin müəlliflərinə, sayt rəhbərlərinin sahiblərinə qarşı lazımı addımlar atıldığını bildirdi. Hətta, Kriminal.az saytının rəhbərinin ünvanına "O mənə sevgi etirafı etmişdi” ifadələrini işlədərək, artıq Məhkəməyə də müraciət etdiyini bildirdi. Repartyor.info saytının əməkdaşı və həmin yazı sahiblərindən biri jurnalist Arifə xanımın açıqlamasına görə əlbəttə ki, vətəndaşın mövqeyi mənim üçün hər zaman önəmlidir. Konfransın gedişatı bir daha təsdiq etdi ki, həkim-kosmetoloq E.Rzayeva kimdir?.. Bu qədər təhsili necə və hansı şəraitdə alıb? Yəqin ki, bütün bunlara aidiyyatı nazirliklər aydınlıq gətirəcəklər. O ki, qaldı jurnalist mövqeyimdən onu deyə bilərəm ki, Elnarə Ramiz qızı Rzayeva öz kimliyini ortaya qoymaqla böyük bir səhvə yol verdi. Konfransın təşkilində qeyri-obyektivlik nəzərəçarpacaq dərəcədə idi. Konfransa qarşı tərəf  dəvət olunmamışdı. Təsadüf nəticəsində təkcə Repartyor.info saytının əməkdaşı Arifə xanım konfransa qatılmışdı və öz sözünü israrla bildirdi. Əslində konfransa həkim mütəxəsisslər, psixoloqlar, hüquqşünaslarla yanaşı Mətbuat Şurası da dəvət olunmalı idi.

Konfransa qatılanlardan bir neçə KİV nümayəndələrinin və KİV-ə aidiyyatı olmayan digərlərinin həkimi müdafiə məqsədi ilə çıxışları az qala mətbuata qarşı hücum idi. Açıq bazar xarakteri alan konfrans bir qələm sahibi kimi məni də hiddətləndirdi. Dəfələrlə mikrafonumu yandırıb söz istəsəm də nədənsə mənə söz verilmirdi.Özünümüdafiəyə qalxan həkimin tərcümeyi halına əsaslanan mətbuatın qarşısında olduqca gözəl, yaraşıqlı və zərif bir xanım olan həkim-kosmetoloqun savadına  əmin olmaq məqsədilə bir sual verdim: – Dəri neçə qatdan ibarətdir?..

Həkimin cavabı yenidən mövzu ətrafında bayaqdan söylənən mənasız söhbətlər üzərində dolaşdı və təkrar cavab gözləyirəm deyə müraciətimdən sonra 7 dedi və heç bir açıqlama vermədi…Əslində, mənim fikrimcə hər bir kosmetoloq , həkim olmasa belə insanın dərisi ilə işləyirsə 4 əsas qatı (epidermis,derma, tük və piy qatlarını) mükəmməl bilməlidir. Keçirilən mətbuat konfransından belə qənaətə gəldim və öz çıxışımda da bunu qeyd etdim ki, mövzu ilə konfransda tanışam, həm qarşı tərəfin bir nümayəndəsini, həm də həkim-kosmetoloq Elnarə xanımı bu gün, buradan tanıdım. Elnarə xanımın imkanları geniş ola bilər, təhsili, mükafatları da çoxlu sayda ola bilər, hətta güvənc yeri çox olan insanlar da… Bu bir aksiomadır. Lakin unutmayaq ki,  hər hansı peşənin sahibi olursa-olsun insanın biliyi, zəkası və təcrübəsi onun ən böyük silahı, arxasıdır! Jurnalistin isə bir silahı var sual və söz!

Ümid edirəm ki, müqəddəs və şərəfli peşələrdən sayılan Həkimlərin Peşə Bayramı ərəfəsində bir həkim-kosmetoloqun özünüdərketməsi, Jurnalistlərin Peşə Bayramına qədər zəfərlə başa çatacaqdır.

aenpress.info

“Özünümüdafiə”yə qalxan həkimin kimliyi məlum oldu

 

“Özünümüdafiə”yə qalxan həkimin kimliyi məlum oldu

 


XƏBƏR LENTİ
11:10 | Növbəti mövsüm A seriyasında “play-off” oynanıla bilər 10:52 | DİM-dən imtahanlarla bağlı daha bir XƏBƏRDARLIQ – VİDEO 10:24 | Bakıda xəstəxanada dörd ayda 50 ölüm - RƏSMİ 10:11 | Bibiheybət yolu bu tarixdə açılacaq - RƏSMİ 09:50 | Maska taxılması tələb olunan yerlərin - Siyahısı 09:48 | Şadlıq evləri və şou əhli “qan ağlayır”: "Biz rusuq ki, 50 nəfərlik toy keçirək?" 09:07 | Günəşdə baş verən partlayışın NƏTİCƏLƏRİ 23:11 | Prezident İlham Əliyev uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyanı təsdiqləyib 23:10 | DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ 23:05 | “Real” ev oyunlarını “Santyaqo Bernabeu”da keçirməkdən imtina etdi 22:58 | Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya yeni üzvlər təyin olunacaq - ADLAR 22:56 | Vilayət Eyvazov yol polisinə yeni rəis müavini təyin etdi 18:23 | Azərbaycanda daha 273 nəfərdə koronavirus aşkarlandı - 3 nəfər vəfat etdi 18:04 | Xüsusi karantin rejimində YENİ MƏHDUDİYYƏT - RƏSMİ 17:48 | Bakı polisindən nazirlik qarşısında keçirilən aksiya ilə bağlı AÇIQLAMA 17:31 | Prezident mülki aviasiya işçilərini təltif etdi - SƏRƏNCAM 17:16 | Prezident Azərbaycandakı dini qurumlara maliyyə ayırdı - SƏRƏNCAM 16:54 | Dərslər tədris ilinin sonunadək dayandırıldı - SƏRƏNCAM 16:21 | Azərbaycanda daha bir vəzifəli şəxsə rüşvətə görə cinayət işi açıldı - RƏSMİ 15:52 | Xalq Prezidentə minnətdardır: “Sizə arxalanır və güvənirik” - MƏKTUBLAR 15:33 | Nazirdən dövlət qurumu barədə bədbin AÇIQLAMA: “Vəziyyəti ürəkaçan deyil” 13:41 | Deputatlardan Sahibə Qafarovaya TƏŞƏKKÜR